Ölkə
06 iyul 2020
1004
Azərbaycanlı alimlərin təklif etdiyi dərmanın COVID-19-a qarşı istifadəsinə başlandı
Koronavirus xəstələrinin müalicəsində “Remdesivir” preparatından istifadənin effektivliyi elmi tədqiqatlarda sübut olunduqdan sonra Avropada aidiyyatı qurumlar tərəfindən istifadəsinə rəsmi şəkildə icazə verilib və artıq COVID-19 xəstələrinin müalicəsində sözügedən dərmandan istifadəyə başlanılıb.
Bununla bağlı “report”a açıqlama verən Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev bildirib ki, tibb sahəsində nüfuzlu elm adamlarının, o cümlədən də Köln Universitetindən olan alimlərin apardığı elmi tədqiqatlar zamanı preparatın ağır koronaviruslu xəstələrdə xəstəliyin kifayət qədər yüngül keçməsinə səbəb olduğu və hətta xəstəlikdən sağalma müddətini 11 günə endirdiyi sübut olunub.
N.Abdullayevin sözlərinə görə, dərmanın təsiri nəticəsində virusun orqanizmdə çoxalmasının qarşısı alınır: “Bu da ümumi kliniki vəziyyətə birbaşa təsir edir. Hazırda Avropada hətta bir çox xəstələrin bu dərmandan istifadəsindən sonra süni tənəffüs cihazına qoşulmasına da ehtiyac qalmır”.
Tibb elmləri doktoru Azərbaycanda da koronavirus xəstələrinin müalicəsində “Remdesivir”dən istifadənin tətbiq edilməsini məqsədəuyğun hesab edib. Azərbaycanlı alim əminliklə bildirib ki, dərman preparatının yan təsirləri, yəni qaraciyər və böyrəyin funksiyasında dəyişikliklər də tədqiqatlar nəticəsində artıq öyrənilib və bunlar da nəzərə alınaraq dərmandan istifadə Azərbaycanda da tətbiq edilə bilər.
Xatırladaq ki, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev və elmi işçi qrupu tərəfindən “Remdesivir” preparatının koronavirus xəstələrinin müalicəsində istifadəsi ilə bağlı hələ aprel ayında aparılan elmi tədqiqatların nəticəsi barədə geniş elmi təhlil ictimaiyyətə çatdırılıb.
Daha çox xəbər:
“Virus əvvəlki kimi aqressiv deyil” – Koronavirus xəstələrini evdə müalicə ...
CəmiyyətKoronavirusun müalicəsi necə başlayır? – Türkiyədə çalışan azərbaycanlı hək ...
CəmiyyətAzərbaycanda süni tənəffüs aparatında olan COVID-19 xəstələrinin sayı açıql ...
CəmiyyətAzərbaycanda daha bir xəstəxanada koronavirus xəstələrinin görüntüləri yayı ...
Ölkə“Tək bildiyimiz odur ki, bu virus var və təhlükəlidir” – Koronavaksin çıxıl ...
Gündəm, Cəmiyyət