Siyasət
09 sentyabr 2020
236
Əli Əsədovdan bağçalarla bağlı QƏRAR
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın qərarına uyğun olaraq 1 oktyabr 2020-ci il tarixindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə, 15 sentyabr 2020-ci il tarixindən isə yerdə qalan rayon və şəhərlərdə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib.
Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Bu qərar 2020-ci il noyabrın 2-dək qüvvədədir.
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bağçaların bir qədər gec, 1 oktyabr 2020-ci il tarixindən açılmasının səbəbi əhalinin sayı və sıxlığının daha yüksək olmasıdır. Bu, həm də bağçalarda müvafiq hazırlıq işlərinin görülməsi, dezinfeksiya işlərinin aparılması üçün daha uzun müddətin tələb olunması ilə əlaqəlidir.
Eyni zamanda, bu müddətdə bağça tərbiyəçiləri və texniki işçilər bağçaların yeni qaydalarla açılması və idarə edilməsinə dair təlimatlandırılacaq, oyun, yataq və digər otaqlar xüsusi qaydalarla təşkil olunacaqdır.
Uşaq bağçalarının açılması zamanı müvafiq sanitar-gigiyenik qaydaların təmin edilməsi vacib şərtdir.
Daha çox xəbər:
Metrodan istifadə qaydaları AÇIQLANDI
ÖlkəUşaq bağçalarının açılışına hazırlıq görülür
ÖlkəXüsusi karantin rejimi bu gündən daha bir ay uzadıldı
CəmiyyətAzərbaycanda açıq havada fəaliyyət göstərən kafe və restoranların açılmasın ...
ÖlkəBağçalar açılır? – Bakı Şəhər İcra Hakimiyyəti aydınlıq gətirdi
Ölkə