Siyasət
02 oktyabr 2020
288
Deputatlar Fransanın ATƏT MQ həmsədrliyindən uzaqlaşdırılmasını tələb edir
“Ölkə.Az” xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında şıxış edən Fazil Mustafa bildirib ki, Fransa son günlərdə sərgilədiyi münasibətə görə ATƏT MQ həmsədrliyindən uzaqlaşdırılmalıdır. “Azərbaycan hökuməti bu istiqamətdə addımlar atmalıdır. Fransa uzaqlaşdırılıb Türkiyənin ATƏT MQ həmsədrliyinə gətirilməsinə çalışılmalıdır”.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da Fransanın ATƏT MQ-dən uzaqlaşdırılmaısnı təklif edib: “Ümumiyyətlə ATƏT MQ məsələsinə yenidən baxılmalıdır. Ümumiyyətlə Azərbaycan-Fransa münasibətlərinə yenidən baxılmalıdır”.
Deputat Arzu Nağıyev də Fransanın son hadisəlrə zamanı tutduğu mövqeyi ATƏT MQ həmsədri kimi obyüktivliyinə və bitərəfliyinə kölgə salır.
Deputat Elşən Musayev isə bildirib ki, Fransanın ölkəmizdəki səfiri XİN-ə dəvət edib, ondan Parisin sərgilidiyi mövqe ilə bağlı hesabat tələb edilməlidir.
Deputat Sevil Mikayılova da hesab edir ki, ATƏT MQ-nin həmsədr ölkəsi kimi Fransanın sərgilədiyi mövqeni qətiyyətlə pisləyərək, mandatına uyğun olmadığını qeyd edib: “Fransanın bu gün sərgilədiyi mövqe birmənalı şəkildə Ermənistanı dəstəkləməkdir. Ona görə də Azərbaycan hökuməti MQ həmsədrliyindən geri çağrılması məsələsini qaldırmalıdır”.
Deputat Kamal Kamal Cəfərov da çıxışında Fransanın tutduğu mövqeninin həmsdər ölkə kimi obyektivliyinə birmənalı şəkildə kölgə salır.
Digər deputatlar da Fransanın tutduğu möv qeyi qətiyyətlə pisləyərək ATƏT MQ həmsədrliyindən uzaqlaşdırılmalıdır.
Daha çox xəbər:
Qarabağın azərbaycanlı icmasından Fransanın vasitəçiliyi ilə bağlı BƏYANAT
Siyasət“Kompromisə hazırıq” — İrəvan “ağ bayraq” qaldırdı
DünyaFransanın bu şəhərində qondarma rejimin də “bayrağı” asılıb - Foto
DünyaErməni nazir Fransa TV-sinə: Qorxuruq…
DünyaATƏT sədri Azərbaycan və Ermənistanı atəşi dayandırmağa çağırdı
Siyasət