Siyasət
26 noyabr 2020
242

"Fransa kimi ölkələr işğalçı ilə işğala məruz qalan ölkələr arasında fərq qoymur” - Sahibə Qafarova

"Fransa kimi ölkələr işğalçı ilə işğala məruz qalan ölkələr arasında fərq qoymur” - Sahibə Qafarova


Parlament Fransa Senatının təxribatçı qərarı ilə bağlı olaraq bəyanat qəbul etməlidir.
Bu sözləri Milli Məclisin iclasında çıxış edən spiker Sahibə Qafarova deyib.

Milli Məclis sədri bildirib ki, Fransa Senatının qəbul etdiyi qətnamə beynəlxalq hüquqa zidd olmaqla yanaşı təxribatçı hərəkətdir.

Sahibə Qafarova xatırladıb ki, Fransa 1994-cü ildən ATƏT-in Minsk Qrupunun sədrdiri: “Ancaq bu qurum vasitəsilə münaqişənin həllinə nail olunmadı. Bunun bir səbəbi də Fransa kimi ölkələrin işğalçı ilə işğala məruz qalan ölkələr arasında fərq qoymamasıdır”.

Spiker deyib ki, artıq bölgədə reallıq dəyişilib: “Rusiya və Türkiyə problemin həlli üçün addımlar atıb. Bu reallıqları Ermənistanda qəbul edib. Fikrimcə, indi vəziyyəti dəyişmək mümkün deyil. Azərbaycan xalqı prezidentin ətrafında sıx birləşib”.