Siyasət
24 iyul 2024
239
Müdafiə Nazirliyinin rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb.

Müdafiə Nazirliyinin rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb.
Müdafiə Nazirliyi tərəfindən verilən məlumata əsasən, nazir general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkənin bütün bölgələrində, o cümlədən azad edilmiş ərazilərdə hərbi qulluqçuların maddi-texniki təminatı və sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün görülən işlərdən danışıb.
Nazir Azərbaycan Ordusunda aparılan islahatların müsbət nəticələrini vurğulayıb və bu istiqamətdə işlərin gələcəkdə də uğurla davam etdiriləcəyini bildirib.
Sonda general-polkovnik Z. Həsənov hərbi qulluqçuların problemləri ilə maraqlanıb və onların fərdi hazırlığının inkişaf etdirilməsi, həmçinin bilik və bacarıqlarının artırılması üçün şəxsi heyətə müvafiq tövsiyələr verib.
Daha çox xəbər:

Zakir Həsənov işğaldan azad edilən ərazilərdə yerləşən bölmələrdə olub - FO ...
Siyasət
Prezident göstəriş verdi: Müdafiə naziri azad edilmiş ərazilərdəki ordunun ...
Cəmiyyət
Azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrin təminatı yaxşılaş ...
Cəmiyyət
İlham Əliyev şəhid hərbi qulluqçuların ailə üzvlərinə başsağlığı verib
Gündəm, Siyasət
Zakir Həsənov şəxsi heyəti təbrik etdi
Ölkə