Siyasət, Dünya
28 avqust 2024
247
Ermənistan Parlamentində Terror Aktında İttiham Olunan Aşot Knyazyan Həbsxanada Öldü

Ermənistan parlamentində 1999-cu ildə törədilən terror aktına görə ömürlük həbs cəzası almış Aşot Knyazyan "Nubaraşen" həbsxanasında vəfat edib. Onun vəziyyəti anidən pisləşib və həkimlərin bütün səylərinə baxmayaraq, Knyazyanın həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, Aşot Knyazyan 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində baş verən terror aktının təşkilində iştirakına görə ittiham olunmuşdu. Həmin faciəli hadisə zamanı parlamentin sədri Karen Dəmirçiyan, baş nazir Vazgen Sarkisyan və daha altı dövlət xadimi qətlə yetirilmişdi. Knyazyan, bu dəhşətli hücumun əsas iştirakçılarından biri kimi ömürlük həbs cəzasına məhkum edilmişdi.

Daha çox xəbər:

Abşeronda 20 Yaşlı Qızı Qətlə Yetirən Şəxsə 10 İl Həbs Cəzası Verildi
Gündəm, Kriminal, Ölkə
İraqda növbəti terror: 7 ölü, 11 yaralı
Dünya
Türkiyə parlamentində Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı tədbir k ...
Dünya
Reina terrorçusuna 1368 il həbs cəzası verildi
Dünya
DTX-nin tutduğu “Abu İbrahim Dağıstani”yə 19 il həbs cəzası verildi
Kriminal, Video