Siyasət
04 iyun 2020
1059
Deputat: “Karantin rejiminin sərtləşdirilməsi doğru addımdır, çünki vətəndaşlar qaydalara əməl etmir”
“Təəssüflər olsun ki, pandemiayay qarşı əldə etdiyimiz uğurları sonadək tam olaraq qoruyub saxlaya bilmədik.Karantin rejiminin yumşaldılmasından sonra biz COVİD-19-a yoluxma sayının artmasını müşahidə etməkdəyik. Epidemiyaya yoluxma sayının artmasına səbəb isə koronavirus pandemiyası ilə əlaqədar olaraq tətbiq edilən qaydalara və tövsiyyələrə əməl edilməməsidir”.
Bunu “Ölkə.Az” açıqlamasında millət vəkili İqbal Məmmədov yenidən pandemiya ilə əlaqədar olaraq qaydaların sərtləşdirilməsi məsələsinə mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, son günlərdə koronavirusa dinamik olaraq yoluxanların sayı sağalanların sayını üstələyir, ölənlərin və ağır xəstələrin də sayı artır.
İ.Məmmədov bildirib ki, proses belə davam edərsə bir müddətdən sonra çox çətin tibbi və səhiyyə problemləri ilə üzləşə bilərik:
“Baxmayaraq ki, pandemiyanın nəzarətə saxlanması və onun qısa zaman ərzində aradan qaldırılması istiqamətində dövlət tərəfindən bütün zəruri və təxirəsalınmaz addımlar atılıb və atılmaqda davam edirməkdədir ki, həyat yenidən pandemiyadan öncəki dövrə qayıtsın. Bunun üçün nə lazımdırsa, onu edir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər görüş və çıxışlarında xalqa müracitə edərək üzləşdiyimiz bəladan qısa zamanda xilas olmaq üçün tətbiq edilən qaydalara ciddi əməl edilməsini xahiş edirlər. Cənab Prezident və Birinci vitse-prezident vətəndaşlarımızı məsuliyyətli olmağı, nizam-intizamı, qaydaları pozmamamağı, insanlaırn özlərini, uşaqlarını, yaxınlarını qoruyaraq, un ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxmağı xahiş edib. Ölkə başçısı dəfələrlə bəyan edib ki, biz birlikdə güclüyük və birlikdə də üzləşdiyimiz problemə qalib gələ bilərik. Lakin bəzi vətəndaşlarımız isə məsuliyyətsizlik nümayiş etdirərək nə qaydalara nə də tövsiyyələrə əməl etmirlər. Məsuliyyətsiz davranmağımızın ac nəticə isə göz qabağındadır”- deputat qeyd edib.
Deputat əlavə edib ki, isti hava şəraitində insanların koronavirus epidemiyasına yoluxması daha ciddi fəsadlar, çətinliklər yaradır: “İsti havalar həm virusa yoluxanların xəstəliyi ağır keçirməsinə, onların rahat nəfəs almasına, həm də digər xəstəlikləri olan insanlar üçün, xüsusən də ağ ciyər xəstəlikləri, xroniki bronxit, ürək, qan-damar, böyrək, şəkərli diabet xəstələri üçün daha ciddi problemlər yaradacaq. Digər problem isə xəstəxanalarda yer məsələsidir. Vəziyyət elə həddə çata bilər ki, klinikalarda yerlər çatmaya bilər, reanimasiya vasitələri, xüsusən süni tənəffüs aparatları çatmaya bilər və ola bilsin ki, bəzi xəstələrin müalicəsi xəstəxanada deyil, evdə aparılsın və tibb personaların çox ağır yük altında işləməsi müəyyən dövrdən sonra onların da həm sağlamlığına mənfi təsir göstərə bilər, həm də əmək qabiliyyətini aşağı sala bilər. Bu da öz növbəsində epidemiyaya yoluxma sayının daha da artmasına gətirib çıxara bilər. Ona görə də bunların hamısını nəzərə alaraq karantin rejiminin gücləndirilməsi doğru addımdır. Karantin rejiminin gücləndirilməsi və sərtləşdiirlməsini digər bir səbəbi də həftə sonu insanlar sərbəst olduğundan daha çox lazım olmayan hallarda müəyyən alış-veriş mərkəzlərində, mağazalarda, restoran və kafelərdə toplaşırlar ki, bu da koronavirusun yayılmasına münbit şərait yaradır. Dövlət görəndə ki, insanlar öz sağlamlığına belə laqeyd yanaşır və onun cəmiyyət üçün yaradacağı təhlükənin səviyyəsini dəyərləndirə bilmir, o zaman məcburi qaydada inzibati yolla bunun qarşısını almaq yolunu seçmək zorunda qalır. Odur ki, gəlin özümüzün, övladlarımızın, yaxınlaırmızın sağlam gələcəyi və təhlükəsizliyi naminə qaydalara ciddi riayət edək. Ölkə başçısı və Birinci vtse-prezidentin səsinə səs verib, birlikdə güc olub, dünyanı cənginə alan pandemiyadan qalib çıxaq.Əgər ölkədə normal həyatın bərpa olunmasını istəyiriksə, o zaman qaydalara və tövsiyyələrə ciddi əməl etməliyik”.
Daha çox xəbər:
ÜST: “Pandemiyanın bitməsi hələlik reallıqdan çox uzaqdır”
Dünyaİki ay ərzində küçəyə çıxma qadağası təklif edilib — RƏSMİ
Gündəm, CəmiyyətAzərbaycanda şənbə və bazar günləri evdən çıxmağa qadağa qoyulur
Cəmiyyət“Tək bildiyimiz odur ki, bu virus var və təhlükəlidir” – Koronavaksin çıxıl ...
Gündəm, CəmiyyətAzərbaycanda koronavirus təhlükəsi: Pik hədd yaxınlaşır, reanimasiyalar dol ...
Gündəm, Cəmiyyət