Sosial
26 oktyabr 2020
480
Elman Süleymanov: Biz özümüz öz talehimizin sahibiyik
Yasamal rayon prokuroru Elman Süleymanov - Qubadlı işğaldan azad olundu. 27 sentyabr 2020-ci il tarixdə Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəsin pozulması ilə başlanılan əks hücumlar nəticəsində Ali Baş Komandan, ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən 23 oktyabr 2020-ci il tarixdə Qubadlı rayonunun 4 kəndi-Zilanlı, Kürd Mahruzlu, Muğanlı və Alaqurşaq kəndləri işğaldan azad edilmişdir.
25 oktyabr 2020-ci il tarixdə Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri, eləcə də Qubadlı şəhəri müzəffər ordumuz tərəfindən işğaldan azad olunmuşdur.
Qubadlı bizimdir, Qarabağ Azərbaycandır!
Xeberim.info rəhbərliyi və kollektivi olaraq, bu münasibət ilə bütün Qubadlıları və cənab Yasamal rayon prokuroru Elman Süleymanovu təbrik edirik!
Yasamal rayon prokuroru Elman Süleymanov - Hörmətli cənab prezidentim, sentyabrın 27-dən başlayaraq mənfur qonşumuz, erməni təcavuzkarlarının torpaqlarımıza və xüsusən də Ağdam, Fizuli, Tərtər rayonlarımıza qarşı etdiyi hücumlar Qüdrətli ordumuz tərəfindən əks - hücum əməliyyatı keçirərək düşmənə layiqincə cavablar verilmişdir.
Siz həmişə, o cümlədən, Ermənistanın hərbi təxribatlarına qarşı başlanılan son əks –hücum əməliyyatlarının gedişində yenilməz siyasi iradə, əzm, qətiyyət prinsparlıq nümayış etdirdiz. Düşmən ölkənin havadarları olan dövlətlər və böyük güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edirsiz. Bu günlərdə bütün dünya Azərbaycan xalqının bir daha əzmini gördü. Ərazilərin işğaldan azad edilməsi üçün bütün xalq Ali Baş Komandanın ətrafında səfərbərdir.
Ermənistan ikinci atəşkəs elanından dərhal sonra, gecə yarısı Gəncəni yenə namərdcəsinə vurub, 13 nəfər dinc sakin – uşaq, qadın, qoca yatarkən qətl edilib. 50-dən çox insan yaralanıb, insanların evləri tarmar edilib. Ermənistan döyüş meydanında məğlub olanda heyflərini dinc əhalimizdən çıxıblar, bu birinci Qarabağ savaşında da belə olub, Xocalını törədənlər də onlardır. Bu insanlıq əleyhinə cinayətdir, heç bir müharibə qanununa, beynəlxalq konvensiyalara uyğun gəlmir.
Azərbaycan ordusu heç vaxt mülki şəxslərə atəş açmayıb, bu gün də açmır. Müharibəni mərdcəsinə aparır.
Dinc torpaqlarımıza hücumlar olsa da, vətəndaşlarımız öz torpaqlarında yaşayırlar və heç yerə getməyəcəklərini qürurla bildirirlər.
Ermənistanın məqsədi məlumdur: biz də İrəvanı vuraq, bununla da münaqişəyə Rusiya və KTMT qatılsın...
Azərbaycan öz torpağında özünü müdafiə edir və işğalçını qovur. Bizim Ermənistan ərazisində hərbi məqsədimiz yoxdur. Lakin, Ermənistan ərazisindən Azərbaycanın dinc şəhərlərinə qarşı təhlükəli silahlardan istifadə edilərsə, necə ki, Gəncə Vardenis rayonu ərazisindən vuruldu, bu artıq Azərbaycana özünü müdafiə hüququnu verir.
Gəncədə ölən günahsız körpə, qadın və valideynlərin qisasını şanlı ordumuz döyüş meydanında aldı! Füzuli şəhəri və ətraf bir neçə kənd işğaldan azad edildi, tarixi Xudafərin körpüsü bizim nəzarətimizə keçdi! Həm Füzulidə, Zəngilanda Qubadlıda, Cəbrayılda həm də Xudafərində üçrəngli Azərbaycan bayrağı qürurla dalğalanır.
Azərbaycanın haqlı və ədalətli mübarizəsi dünya ölkələri tərəfindən dəstəklənir. Ən çox qardaş Türkiyə mənəvi dəstək olur, bu da xalqımızı ruhlandırır. Son əks-hücum əməliyyatlarının nəticələri Azərbaycan ordusunun uğurunu ifadə edir.
“Şuşanın Azərbaycan vətəndaşlarının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar.” Cənab Prezidentin bu sözləri bizi çox ümidləndirir.
Əlbəttə, bu müharibədə itkilərimiz bizi kədərləndirir. Mülki əhalimiz tələf olur, gənc əsgərlərimiz, hərbçilərimiz rəşadət, fədakarlıq göstərərək şəhid olurlar.
Allah bütün şəhidlərimizə rəhmət etsin!
Bu əlbəttə böyük faiədir, lakin xalqımız dözür və bir arzuyla yaşayır – Qarabağın qaytarılması, Azərbaycan bayrağının işğal edilmiş bütün torpaqlarımızda qaldırılması!
Əminik ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuz xalqımızın arzusunu gerçəkləşdirəcək! Tezliklə işğaldan azad olmuş torpaqlarımıza qaçqınlarımız qayıdacaq, geniş quruculuq işləri başlayacaq!
Yaşasın Ali Baş Komandan, yaşasın Müzəffər Ordumuz”.
Qarabağ Azərbaycandır!
Prezident İlham Əliyev hər zaman Ulu Öndərin yoluna sadiqdir. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı ona etimad göstərəndə seçkilərdən əvvəl demişdi ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Böyük layihələrin həyata keçirilməsi, əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır.
Daha çox xəbər:
İmamverdi İsmayılov: Qubadlı bizimdir, Qarabağ Azərbaycandır!
CəmiyyətMalik İsaqov: Bu gün Ordumuzun qazandığı qələbələr Prezident İlham Əliyevin ...
Gündəm, ÖlkəMehriban Əliyevadan Qubadlı şəhərinin işğaldan azad edilməsi ilə bağlı payl ...
Gündəm, Siyasətİmamverdi İsmayılov: Artıq Zəngilan bizimdir!
Gündəm, Cəmiyyət