Video, Hadisə
01 sentyabr 2020
330
Valideynini təhqir edən polis işdən çıxarıldı — VIDEO
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (DYPİ) operatoru Kamran Abbasov ailə münaqişəsi zəminində valideynlərinə qarşı yol verdiyi kobud davranışa, işlətdiyi nalayiq ifadələrə, bununla da “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi” ilə müəyyən olunmuş qaydaların tələblərini pozduğuna görə daxili işlər orqanlarında xidmətdən xaric edilib.
Bu barədə "Ölkə.Az"-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edək ki, yaşlı qadının oğlu tərəfindən təhqir olunmasını əks etdirən video sosial şəbəkələrdə yayılıb. Görüntülərdə ailədaxili mübahisə zamanı Kamran Abbasovun yaşlı anasını söydüyü əks edilib. Həmin şəxs anasını əvvəl təhqir edir, daha sonra onu vurmaq istəyir. Oğlu tərəfindən təhqir edilən qadın isə ağlaya-ağlaya “ananı söyməzlər...” ifadəsini işlədir. Anasını təhqir edən şəxsi yeniyetmə otaqdan çıxarır.
Daha çox xəbər:
Kamran Əliyev prokuror köməkçisini qovdu
Siyasətİcazəsini yoxladığı qadına "Facebook"da yazan polis işdən çıxarıldı — RƏS ...
KriminalQanunu pozan polis cəzalandırıldı, vətəndaş Prezidentə təşəkkür etdi — VİDE ...
Gündəm, CəmiyyətPolis zibil atanlardan üzr istəyib? – RƏSMİ
ÖlkəŞOK GÖRÜNTÜLƏR! Bakıda avtobus sürücüsü qadınları TƏHQİR ETDİ — VİDEO
Kriminal