Bölgə
28 yanvar 2021
1001
“Göyçə gölünün əsas mənbələri Azərbaycanın nəzarətinə keçib” - Petrosyan
Kəlbəcərin Azərbaycana qaytarılması Ermənistana çox böyük zərbə vurub.
Ermənistanın turizm mütəxəssisləri açıqlamalar verir ki, ölkəyə gələn turistlərin sayı kəskin azalacaq. Xüsusilə dağ turizmi sıradan çıxıb. Turistlərin diqqətini çəkən yerlərin əksəri Kəlbəcər ərazisinə düşür. Deməli, Ermənistanın daha dağ turizmindən danışmasının mənası yoxdur.
Bizimyol.info xəbər verir ki, ətraf mühit naziri Romanos Petrosyan mətbuata açıqlamasında başqa problemi də qabardıb. O, Göyçə gölünün əsas qida mənbələrinin Azərbaycanın nəzarətinə keçdiyini deyib: "Sevan gölünün (Göyçə - red.) qidalandığı Vorotan və Arpa (Bərgüşad və Arpaçay – red.) Kəlbəcər ərazisindən keçir. İndi bura Azərbaycanın nəzarətindədir. Barəsində ciddi narahat olacağımız məsələdir”.
Petrosyan jurnalistlərlə söhbətində deyib ki, rəhbərlik etdiyi nazirliyin bu istiqamətdə səlahiyyəltəri böyük deyil. Buna görə nazir həm Ermənistanın Müdafiə Nazirliyinə, həm də Baş Nazir Aparatına müraciət edib.
Romanos Petrosyan nazir poztuna 2020-ci ilin iyulundə təyin olunub. 41 yaşlı siyasətçi buna qədər Kotayk vilayətinin qubernatoru vəzifəsini tuturdu. Petrosyan qubernator vəzifəsinə məhz 2018-ci il inqilabından sonra gətirilmişdi. O, nazir postunda keçirdiyi ilk günlərdə müsahibə zamanı Göyçə gölünün problemlərindən danışmışdı. Petrosyan su təsərrüfatından düzgün istifadə edilməməsi nəticəsində ciddi boşluqlar yarandığını demişdi.
Göyçə Cənubi Qafqazın ən böyük gölü sayılır. Göl dəniz səviyyəsindən 1926 metr yüksəklikdə yerləşir. Göyçə sönmüş vulkanlarla əhatə olunub, sahəsi 1243 kvadratkilometrdir. Burada forel balığına çox rast gəlinir.
Göyçə gölünü Ermənistanda "Sevan” adlandırırlar. Razdan çayı mənbəyini məhz buradan götürür. Xüsusilə Arpaçay Göyçə gölünün əsas qida mənbəyi sayılır. Göyçənin su ilə lazımi təminatı üçün Arpaçaydan ora 48.3 kilometr uzunluğunda tunel çəkilib. Gölün ətrafında xeyli qanunsuz tikili inşa olunub. Ermənistan hökuməti illərdir məsələyə məsuliyyətsiz yanaşır. Son illər möhtəkirlik üzündən gölün balıq ehtiyatı xeyli azalıb.
Daha çox xəbər:
Nazir: “İndiyədək 12 min şəhid və müharibə əlilinin ailəsi sosial qayğı ilə ...
SosialNazir: “Əsas prioritet Qarabağın Azərbaycanın iqtisadiyyatına reinteqrasiya ...
İqtisadiyyatPaşinyan BU TARİXDƏ BAKIYA GƏLMƏLİ İMİŞ VƏ... - Ermənistandan SENSASİON ETİ ...
DünyaPaşinyanın kürsüsünə iddialı olan Vazgen Manukyan kimdir? - DOSYE
Dünya“Paşinyan 5 min əsgərin başını yedi, azı 10 min yaralımız var” - Erməni dep ...
Dünya