Gündəm, Siyasət, Dünya, Cəmiyyət
09 aprel 2022
1045

Uğurlu siyasət strategiyasının müəllifi

Uğurlu siyasət strategiyasının müəllifi
Hər bir millət, hər bir dövlət yaşam tarixində torpağını, xalqını sevən, onu mübarizə meydanında qələbəyə, çətin anlarda işığa doğru aparan rəhbərə, şəxsiyyətə ehtiyac duyur. Sözün əsl mənasında hər bir dövlətin bir dövlət olaraq formalaşmasında, millətin millətlər sırasında mətin dayanmasında böyük şəxsiyyətlərə daim ehtiyac var. Prezident Ulu öndər Heydər Əliyev də Azərbaycanın özü qədər əbədi olan şəxsiyyətidir. Onun uzaqgörən siyasəti sayəsində Azərbaycanın adı bu gün dünya müstəvisində öndə gedən dövlətlər sırasında məğrur durur.
İllər keçdikcə, ümummilli liderimiz Heydər Əliyevin böyüklüyünü, müdrikliyini, xalqını, Vətənini necə bir məhəbbətlə sevdiyini daha çox anlayırıq. Bu siyasət nəhənginin fəaliyyəti bütün bəşəriyyətin xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr olunmuşdur.
Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü onun şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Onun Azərbaycana otuz ildən çox rəhbərliyi dövründə ölkəmiz bütün sahələrdə böyük inkişaf yolu keçib. O, bütün həyatını ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr etmişdir.
Azərbaycan mədəniyyətinin ən böyük nailiyyətləri görkəmli siyasət və dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Məhz buna görə də Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illəri mədəniyyətimizin tarixində yeni intibah dövrü adlandırmaq olar. Bu uca zirvənin yolları daşlıkəsəkli olsa da, polad iradəsi, dönməz xarakteri, şəxsiyyət bütövlüyü bu zirvəni fəth etməkdə ona kömək etmişdir. Bütün dünyanın etiraf etdiyi böyük dövlət xadimi, görkəmli siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı, zəmanəmizin nadir şəxsiyyətlərindən biri Heydər Əliyev çox zəngin irs qoyub getmişdir. Müasir şəraitdə ölkəmizin gələcək inkişaf yolunu işıqlandıran bu zəngin irsin öyrənilməsinə böyük ehtiyac hiss edilməkdədir. Respublikamızın vətəndaşlarının, ziyalıların, alimlərin, mütəxəssislərin, əhalinin bütün təbəqələrinin, xüsusilə vətənimizin gələcəyi olan gənclərin bu irsi dərindən mənimsəməsinə ciddi ehtiyac duyulmaqdadır. Heydər Əliyevin elmimizə, tariximizə, dilimizə, milli ideologiyamıza, soykökümüzə həsr edilmiş dərin məzmunlu əsərləri, ideya və fikirləri elm və mədəniyyətin bütün sahələrində aparılan elmi araşdırmaların metodoloji əsasıdır. Bu əsərlər azərbaycanşünaslığa böyük hədiyyədir. Heydər Əliyevin nəzəri irsi həmçinin Azərbaycan dövlətçiliyinin yaranması, qorunması və inkişaf etdirilməsinin əsasıdır. Bu əsərlər siyasi tarix, azərbaycançılıq, vətəndaşlıq, dövlət quruculuğu, vətən sevgisi, vətənə hədsiz məhəbbət dərsliyidir. Ulu öndərin hər bir əsəri böyük əhəmiyyətə malikdir. Heyder eliyev əsrlər keçəcək, illər bir-birini əvəz edəcək, nəsillər dəyişəcək, bu əsərlər isə yaşayacaq, neçə-neçə nəsillərə, Azərbaycan xalqının gələcəyinə xid­mət edəcəkdir.
Çünki bu əsərlər zamanın sifarişidir, xalqın tarixidir, salnaməsidir. Bu əsərləri zaman özü yaratdığından daim yaşayacaq, gələcəyə işıq saçacaq.
Çağdaş tariximizdə Azərbaycan dövlətinə ən çox rəhbərlik etmiş Heydər Əliyev özünə belə bir şöhrət çələngi hörmüşdür. Heydər Əliyev elə nadir şəxsiyyətlərdəndir ki, tarix belələrinin əməlləri, fəaliyyəti ilə yaranır. Azərbaycanın Heydər Əliyev dövrü tariximizin ən şərəfli, ən şanlı səhifəsi hesab edilməyə layiqdir.
Ulu öndər xarakter etibarilə qurucu, yaradıcı insandır. Heydər Əliyev bənzəri olmayan bir şəxsiyyətdir.Yaşadığı mənalı ömür, keçdiyi şərəfli həyat yolu xalqımıza örnəkdir. Müstəqillik illərində məhz ulu öndərimizin gərgin və titanik səyləri, müdrik siyasi kursu sayəsində Azərbaycan nəinki öz suverenliyini qoruyub saxlamış, onu əbədi prosesə çevirmiş, dünyanın qüdrətli dövlətləri səviyyəsinə yüksəltmişdir.
Heydər Əliyevin elmimizə, tariximizə, dilimizə, milli ideologiyamıza, soykökümüzə həsr edilmiş dərin məzmunlu əsərləri, ideya və fikirləri elm və mədəniyyətin bütün sahələrində aparılan elmi araşdırmaların metodoloji əsasıdır. Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən nadir simalardan biri, türk dünyasının və ümumən, sivil dünyasının qüdrətli şəxsiyyətidir. Bir sözlə, Heydər Əliyev qalibiyyət əzmilə yaşayan və dövləti cəsarətlə idarə edən möhtəşəm bir şəxsiyyət idi.
Bu gün Azərbaycan dünyanın cənnət misalıdır. Heydər Əliyev də bu cənnət diyarın rəşadət, fədakarlıq, mərdlik, məğrurluq timsalıdır. O, Günəş kimi təmənnasız bir şəxsiyyət idi. Onun həyatının mənası Azərbaycan üçün daim yanmaq idi. Respublikamızın mütərəqqi fikirli, təmiz vicdanlı vətəndaşları çox gözəl bilir ki, Azərbaycan elminin, maarifinin, mədəniyyətinin inkişafı, tərəqqisi Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyev qəlbləri ehtizaza gətirən, heç bir dəlilə, sübuta ehtiyacı olmayan, inandırıcı, məntiqi çıxışları ilə nəhəng siyasətçiləri heyran edən əvəzolunmaz diplomat idi. Bunun nəticəsi olaraq bu gün müstəqil Azərbaycanın səsi ən mötəbər kürsülərdən gəlir.
Danılmaz bir həqiqətdir ki, Heydər Əliyevin həyat prinsipi həmişə ədalət, sülh, əmin-amanlıq və xalqın rifahı, dövlətin qüdrətinin və təhlükəsizliyinin möhkəmləndirilməsi olmuşdur. Bu gün fəxrlə deyə bilərik ki, belə xoşbəxt xalqlardan biri də Azərbaycan xalqıdır. Azərbaycanın tarixi dahi şəxsiyyətlərin tarixidir. Azərbaycanın müasir tarixi isə xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyev ötən əsrin görkəmli siyasətçisi və dövlət xadimi kimi bütün dünyada tanınmış və artıq öz sağlığında tarixə düşmüş böyük şəxsiyyətdir. Azərbaycan tarixi inkişafının son illərində yaşadığı hadisələr
Heydər Əliyev varlığının, onun zəkasının, nüfuzunun və dərin təcrübəsinin dövrümüz üçün nə qədər əhəmiyyətli olduğunu əyani şəkildə göstərmişdir.
Heydər Əliyev zəmanəsinin böyük filosofu idi. Onun fəlsəfəsi sülh fəlsəfəsi idi. Heydər Əliyev şəxsiyyətini dəyərləndirmək cəhdində olmaq haradasa tarixə, zamana, gələcəyə qiymət vermək iddiası qədər çətindir. Onun yorulmaz fəaliyyətinin Azərbaycan elminin müxtəlif sahələri ilə bağlı əlaqələrinin coğrafiyası və tarixi çox genişdir. Bu tarixi şəxsiyyəti, fenomeni sözlə səciyyələndirmək çətindir. Çünki Heydər Əliyev yalnız bir dövləti idarə edən siyasi xadim, rəhbər deyil, həm də milyonlarla insanı böyük ideallar ətrafında səfərbər edən bir dövlət qurucusu, tarix memarıdır. Onun bütün həyatı, fəaliyyəti, məqsəd və arzuları bu idealın dövlət quruculuğu, tarix yaradıcılığı idealının ətrafında cəmlənmişdir. Heydər Əliyev Azərbaycan elminin hamisi və böyük mütəfəkkir idi. Onun varlığı xalqa, onun mədəniyyətinə xidmətdən yoğrulmuşdur.
Ulu öndərin incəsənətə, mədəniyyətə, teatra, ədəbiyyata göstərdiyi xidmətlər unudulmazdır. O, sənətdə, ədəbiyyatda həmişə tərəqqi və irəliləyiş yolunu seçməyi vacib sayardı. Doğrudan da, Heydər Əliyev kimi görkəmli şəxsiyyətlər xalqımızın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər. Azərbaycanın dövlətçilik tarixində müstəsna xidmətləri olan, ideyaları, idarəçilik təcrübəsi bu günümüzə, sabahımıza bələdçilik edən ümummilli lider Heydər Əliyevin siyasi irsi o qədər zəngin, mənalı və dəyərlidir ki, hələ bir neçə on illər bundan sonra da nəsillər bu varislik xəzinəsindən istifadə edəcəklər. Onun söylədiyi "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam" sözləri ilə bir daha bildirirdi ki, hansı sahədə çalışmasından asılı olmayaraq Azərbaycanın adına, vədinə sadiq əsgəri kimi xalqının xoşbəxtliyi, müstəqilliyi naminə hər çətinliyə həmişə hazır olmuşdur. O, heç bir zinətlə ölçülə bilməyəcək qədər qiymətli ideyaları, qətiyyəti, sağlam azərbaycançılıq məfkurəsi ilə Azərbaycan xalqını ardınca aparılan ölməz sərkərdə, komandan olduğunu əməli fəaliyyəti ilə təsdiqlədi. İnsan fəaliyyətinin elə bir istiqaməti yoxdur ki, Heydər Əliyev dühası, Heydər Əliyev zəkası oraya işıq saçıb nur çiləməsin.

Uğurlu siyasət strategiyasının müəllifi

Ruslan Əliyev
Azəriqaz İstehsalat Birliyinin baş direktoru