Gündəm, Cəmiyyət, Ölkə
09 dekabr 2022
268
Heydər Əliyev elm və təhsilin inkişafına böyük qayğı ilə yanaşırdı
Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır.
HEYDƏR ƏLİYEV
Ümummilli liderimiz Heydər Əliyevin keçmişindən və Onun çoxsahəli fəaliyyətləri nəticəsində Azərbaycan dövləti, xalqı üçün əldə etdiyi nailiyyətləri haqqında çox danışıb, yazmaq olar.
Bəli, dahi şəxsiyyət Heydər Əliyevin sayəsində Azərbaycan dövləti müstəqil dövlət olub, dünya miqyasında tanındı. Məhz Onun işgüzar əməyi nəticəsində artıq Azərbaycanın müstəqil ordusu, konstitusiyası və Beynəlxalq aləmdə nəzərdə tutulmuş dövlət quruluşu, iqtisadiyyatı və bir sözlə müqəddaratını həll edə biləcək dövlət siyasəti vardır. Düzdür bu yollarda, bu illərdə çox çətinliklər oldu.Lakin həmişəyaşar liderimiz Heydər Əliyev bütün bu çətinliklərə sinə gərərək, dünyada Azərbaycanın necə güclü dövlət olmasını sübut etdi.
Xalqımızın lideri Heydər Əliyevin çoxsahəli fəaliyyətindən danışarkən, Onun mədəniyyətə olan sevgisi, bu sahədə dərin və kamil biliklərə malik olmasını da xüsusilə qeyd etmək lazımdır. Hələ orta məktəbdə oxuyarkən, Naxçıvan şəhərinin tarixi abidələri, qədim mədəniyyəti ilə dərindən maraqlanan gənc Heydər müşahidələr aparır, qocaların söhbətinə qulaq asır, doğma xalqının keçmişinə ciddi maraq göstərirdi.
Heydər Əliyev həmişə öz xalqına güvənən və bu güvənlə, inamla da Öndər bir şəxsiyyət kimi Azərbaycan dövlətinin çiçəklənməsinə, yüksək inkişafına kömək etmişdir. O, təsadüfən deməmişdir: “ Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram.”
Ulu öndər Heydər Əliyev həqiqətən də öz ömrünü Azərbaycan dövlətinin inkişafına, suverenliyinə və müstəqilliyinə sərf etmişdir. Gənc nəslimiz üçün böyük nümunə və örnək olan dahi şəxsiyyət məhz bu nəslin müstəqil və yüksək nailiyyətli olması üçün ölkəmizdə hər cür şəraitin yaradılmasına böyük şəraitlər yaratmışdır. O, hər zaman gənclərimizə öz dövlətini necə qorumağı, sevməyi, öz doğma Ana dilimizi hər bir dildən yüksək tutmağı, dövləti üçün belə yüksək fikirli və xalqına layiq vətəndaş olmağı tövsiyyə etmişdir. Gənclərimizin bu cür formalaşması üçün əlindən gələni edən Heydər Əliyev həmçinin dövlətdən kənarda da təhsil alan, yaşayan vətəndaşlarımıza belə köməklik edib.
Mədəni irsə məhəbbət və bağlılıq Heydər Əliyevin bütün ömrünün qayəsi olaraq qalmış, memarlığa olan şərəfi və səadəti də məhz Ona – xalqımızın dahi oğluna nəsib olmuşdur. Ömür yolunun bütün məthələlərində qurub – yaratmaq amalı ilə yaşayan Heydər.Ə. Azərbaycan Milli mədəniyyətinin qorunmasına və inkişafına əvəzsiz töhfələr vermişdir.
Dövlət Təhlükəsizlik sistemində fəaliyyət göstərdiyi illlərdə H.Əliyevin şəxsi himayədarlığından bəhrələnən çoxsaylı mədəniyyət xadimləri sürgünlərdən, həbslərdən kənarda qalmaq imkanı əldə etmiş, imperiya məngənəsində sıxılmaq, əzilmək əzabından qurtulmuşlar.
Heydər Əliyevin himayədarlığı mədəniyyətimizə “ 60-cılar “ kimi daxil olmuş böyük bir nəslə münasibətdə özünü daha qabarıq göstərmişdir. O, Azərbaycana rəhbərlik etməyə başladıqdan sonra “ 60-cılar”ın daha da püxtələşməsi, ittifaq miqyasında tanınması, əsərlərinin müxtəlif dillərə tərcümə olunub çap edilməsi üçün böyük imkanlar yaratmışdır. Bütün bunlara nail olmaq üçün xalqımızın müdrik və təəssübkeş oğlu gecə - gündüz çalışmış, bilik və bacarığını, təşkilatçılıq qabiliyyətini səfərbər etmişdir. Əgər bu gün bir vətəndaş könüllü olaraq siravi orduya yazılaraq torpağını qorumağa gedirsə, bir gənc müxtəlif xalqlar arasında öz dilində çıxış edirsə, əgər bir vətəndaş dövlətdən kənarda öz xalqını lazımınca təmsil edirsə və ən əsası bir uşaq öz torpağının hər qarışını belə sevib qiymətləndirirsə, əlbəttə bu böyük sevincdir və əlbəttə ki, bu sevinci Azərbaycan xalqına bəxş edən ölməz liderimiz Heydər Əlirza oğlu Əliyev olubdur.
Biz əbədiyaşar lider Heydər Əliyevin daxili və xarici siyasətini bəyənib, hər zaman Onu dəstəkləmişik. Biz gənc nəsil və uşaqlarımız heç vaxt unutmamalıyıq ki, Heydər Əliyev siyasəti bir məktəbdir və bu məktəbi biz Azərbaycan xalqı tam öyrənməliyik. Azərbaycan xalqı bu müstəqilliyə, bu əminamanlığa və sevincli günlərə görə dahi şəxsiyyət Heydər Əliyevə minnətdardır.
Müstəqil dövlətimizin artıq güvənli bir əldə olduğunu, bu güvənlə xalqımız – yaşlı, gənc, orta, əsasəndə uşaqlarımız gələcəyə böyük inamla baxır və irəliləyirlər. Çünki müstəqil Azərbaycan dövlətinə başçılıq edən hörmətli, Ali Baş Komandan, zəfər sevincini bizə yaşadan, möhtərəm Prezidentimiz cənab İlham Əliyev unudulmaz liderimiz Heydər Əliyev siyası kursunun davamçısıdır.
Heydər Əliyev bu fəaliyyəti tək həmin dövrün Azərbaycanı və vətəndaşları üçün yox, həm də gələcək Müstəqil Azərbaycanın möhkəm bünövrəsini, sonrakı nəsillərin isə xoşbəxt və firavan həyatının təməlini qoymuşdur. Nə qədər Azərbaycan var, Azərbaycan xalqı var, bu gün Heydər Əliyev dühasının qayıdışı kimi qeyd ediləcək və daima xatırlanacaqdır.
Dilarə Mövlayeva
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Göygöl rayon komitəsinin sədri
Daha çox xəbər:
Heydər Əliyev elm və təhsilin inkişafına böyük qayğı ilə yanaşırdı
Gündəm, Siyasət, Cəmiyyət, ÖlkəQurtuluş Günü - Müasir Azərbaycanın inkişafının başlandığı tarix
Gündəm, Siyasət, Cəmiyyət, ÖlkəHeydər Əliyev elm və təhsilin inkişafına böyük qayğı ilə yanaşırdı
Gündəm, Cəmiyyət, ÖlkəHeydər Əliyevin təhsil siyasəti
Gündəm, Cəmiyyət, Ölkə, SosialSumqayıt Dövlət Yol Polis İdarəsinin rəisi Şamxal Əliyev: Sumqayıt şəhərini ...
Gündəm