Gündəm, Cəmiyyət, Ölkə
06 aprel 2023
394
“Bakı Tekstil Fabriki” MMC-nin sədri, Azərbaycanda Qadın Sahibkarlar Assosiasiyasının sədri Səkinə Babayeva:QADIN SAHİBKARLIĞI ÖLKƏDƏ ƏSAS PRİORİTETLƏRDƏN BİRİDİR
Ölkə iqtisadiyyatının inkişaf prioritetləri və milli xüsusiyyətləri nəzərə alınmaqla qadın sahibkarlığının inkişafını təşviq etmək və bu sahədə zəruri tədbirlər görmək fəaliyyət istiqamətlərdəndir.
Azərbaycan hökuməti qadınların sahibkarlıq fəallığının artırılmasına böyük önəm verir: “Ölkəmiz son illərdə iqtisadi inkişaf sahəsində uğurlar qazanmasına görə müstəqilliyini əldə etmiş ölkələrdən biridir. Azərbaycanın iqtisadi potensialının artırılmasında qadın sahibkarların böyük rolu var. İqtisadiyyatın inkişaf etdirilməsində, ölkənin daxili iqtisadi potensialların gücləndirilməsində kiçik və orta sahibkarlığın böyük rolu var. Azərbaycan əhalisi dinamik inkişaf edən, artan bir əhalidir. Əhalinin artması əmək bazarına yeni işçi qüvvəsinin gəlməsi kimi səciyyələnir”.
Qadınlar arasında sahibkarlığın inkişaf etdirilməsinin təşkil olunması, onlara lazımı köməyin göstərilməsi bu sahənin güclənməsinə təkan verəcək. Azərbaycan qadını təkcə kiçik sahibkarlıqla deyil, həm də ciddi biznes fəaliyyəti ilə məşğul olmağa özünü hazır hiss etməlidir.
İlk növbədə qadın bir şəxsiyyət olaraq ailədə ana və qadın kimi özünü təsdiq edir, bir çox risk və çətinliklərdən müdafiə olunur. Eyni zamanda, həm öz icmasına, həm də cəmiyyətə töfhə verir. Azərbaycanda bir sıra sənədlərdə, o cümlədən, Strateji Yol Xəritəsində və Dayanıqlı İnkişaf Məqsədlərində də insanların özünü reallaşdırması üçün imkanların genişləndirilməsini nəzərdə tutulur. Buna görə də əhalinin, əsasən də qadınların peşə təhsilinin gücləndirilməsi və zamanın tələblərinə uyğunlaşdırılması aktualdır. Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası qadın sahibkarlığının inkişafında, bu fəaliyyətin əlaqələndirilməsində və əməkdaşlığının genişləndirilməsində mühüm rol oynayır. Qadınların peşə hazırlığı kurslarına cəlb olunması, onların bazar iqtisadiyyatı və sahibkarlıq fəaliyyəti haqqında bilik və təcrübə qazanmaları Komitənin BMT İnkişaf Proqramı və digər beynəlxalq təşkilatlatlarla birgə keçirdiyi layihələrin mühüm əhəmiyyəti vardır.
Son illər qeyri-neft sektorunun, xüsusilə də paytaxt Bakıda və regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində genişmiqyaslı tədbirlər, qabaqcıl beynəlxalq təcrübəyə uyğun müxtəlif layihələr həyata keçirilir. O cümlədən qadın sahibkarlığın inkişafına dəstək göstərilir. Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının fonunda sahibkarlar, o cümlədən qadın sahibkarlar səmərəli fəaliyyət göstərmək imkanı əldə ediblər. Azərbaycanda fəaliyyət göstərən bir çox sahibkar qadınlar xeyli nailiyyətlər qazanıblar. İqtisadiyyatın bütün sahələrində qadınlarımızın böyük əməyi var. Ona görə də regionlarda pambıqçılığın inkişaf etdirilməsi, yeni zavod və fabriklərin yaradılması, onların məhsullarının xaricə ixrac olunması, qadınlar arasında savadlı və təcrübəli mütəxəssislərin hazırlanması istiqamətində mühüm işlər görülür.
Bakı Tekstil Fabriki 1939-ci ildə Bakı şəhərində fəaliyyətə başlayıb. Sovetlər Birliyinin yeni qurulduğu dövrdə nəinki ölkəmizdə, bütün Qafqaz bölgəsində toxuculuq sahəsində ilk fabrik olan bu müəssisənin yaradılmasında əsas məqsəd Sovet dövlətinin Azərbaycan Respublikasının zəngin sərvətlərindən biri olan pambıq istehsalı və onun məhsullarına olan tələbatı idi. Hətta II Dünya müharibəsi illərində Sovet ordusunu geyimlə təmin edirdi. 1991-ci ildə Sovetlər birliyi dağıldıqdan sonra Bakı Tekstil Fabrikində ciddi dəyişikliklər baş verdi və müəssisə planlı Sovet iqtisadiyyatı prinsiplərindən uzaqlaşaraq öz fəaliyyətini dünya standartları və qlobal bazar prinsipləri üzərində yenidən qurdu. 2010-cu ildə fabrik özəlləşdirildi və o vaxtdan MMC kimi fəaliyyətini davam etdirir. Əsas məqsədlərdən biri də qadınların işə cəlb olunması, məşğulluğunun artırılmasıdır. Hazırda 312 nəfər qadın işlə təmin olunub. Yeni açılacaq 2 sexdə 154 qadının işlə təmin olunması planlaşdırılır. Bu gün müəssisəyə Almaniya, İtalya, Hollandiya, Yaponiya və Türkiyədən ən son xammal və texnologiyalar tətbiq olunmaqla yanaşı müasir təcrübəyə malik xarici mütəxəssislər də cəlb olunur. Hazırda müəssisədə yüksək keyfiyyətə və təhlükəsizlik göstəricilərinə malik xüsusi təyinatlı geyimlərlə (uniformalarla) yanaşı, dünya və Avropa standartlarına uyğun 5 mindən çox çeşidli trikotaj məhsulu istehsal olunur, eyni zamanda, müxtəlif təyinatlı dövlət və şirkət şifarişləri yerinə yetirilir. Müəssisənin kollektivi trikotaj istehsalı üzrə bir çox qabaqcıl ölkələrdə təşkil olunan treninqlərdə və ixtisaslaşma mərkəzlərində mütəmadi iştirak edir, yeni təkliflər və real praktika bazası yaradır. Çalışırıq ki, istehsal etdiyimiz məhsullarda milli atributlar üstünlük təşkil etsin. Nəinki məktəbli geyimləri, eyni zamanda, digər yaş kateqoriyalarına aid insanlar üçün də istehlak malları istehsal etməyi planlaşdırırıq. Bir sözlə, bizim müəssisə dövlət standartlarına uyğun müxtəlif çeşidlərdə istehlak mallarının istehsalı ilə məşğuldur. İşimizdə keyfiyyətə üstünlük veririk. Bu isə yerli bazarda tələbatı artırır.
Fabrik 7 sahədən ibarətdir. Xüsusi təyinatlı geyimlər, promo geyimlər, məktəbli formaları, hərbi, tibbi, idman geyimləri, fərdi mühafizə vasitələri, kişi, qadın və uşaq alt geyimləri, corab və digər geyimlər istehsal edirik. Bu məhsulların brendləşdirilməsi işləri həyata keçirilir. Müəssisəmizin yeni avadanlıqlarla təchiz olunması nəticəsində 49 adda milli brendlərimiz var. “Enzo”, “Alpar”, “Corabçı”, “Betex”, “Sette Bellezze”, “Zanbag” və digər məhsullarımız milli mağazalarda öz yerlərini tuturlar. Bununla biz vətəndaşlarımıza milli brendlərimizi təqdim edirik.
Məqsədimiz keyfiyyəti yaradan effektlərə sahib yeni nəsil parçalarla, gündəlik və kooporativ tələbata uyğun məhsullar hazırlayıb, gedişatın bütün mərhələlərində mükəmməlliyi hədəfləyən, “yüksək keyfiyyət, əla qiymət” qaydasına önəm verən və bu istiqamətdə sistemli şəkildə daha da böyüyən bir tekstil firması olmaqdır. Dövlət, özəl, ictimai iaşə obyektləri var ki, bunların da müxtəlif istiqamətdə fəaliyyət göstərirlər. Sifarişçilərimiz də hava və iqlim müxtəlifliyinə görə əsasən keyfiyyətə üstünlük verirlər.
Azərbaycanda iki müəssisə var ki, rəsmi olaraq məktəbli geyimlərinin ən böyük istehsalçısıdır. Bakı Tekstil Fabriki də bunlardar biridir. Valideynlərin hər zaman həssas yanaşdığı məsələlərdən biri də məktəbli geyimlərinin keyfiyyətli və estetik görkəminin, gözəlliyinin yüksək olmasıdır. Bazarlarda keyfiyyət göstəriciləri aşağı olan məhsullar da var. Bunu ilk növbədə qanunlar vasitəilə tənzimləmək lazımdır. Bu isdə valideynlər özləri daha çox maraqlı olmalıdırlar. Həmçinin, maarifləndirici tədbirlər həyata keçirilməlidir. Müəssisə olaraq təhsil ocaqlarında görüşlər keçiririk. Bunun daha kütləvi olması üçün kütləvi informasiya vasitələrində maarifləncirici materiallar yer almalıdır. Qeyd edim ki, Sumqayıt, Şirvan şəhərlərində, Abşeron və Salyan rayonlarında firma mağazalarımız fəaliyyət göstərir.
Səkinə Babayeva
“Bakı Tekstil Fabriki” MMC-nin sədri, Azərbaycanda Qadın Sahibkarlar Assosiasiyasının sədri
PS: Bizdə Redaksiyamızın kollekrivi adından “Bakı Tekstil Fabriki” MMC-nin sədri, Azərbaycanda Qadın Sahibkarlar Assosiasiyasının sədri Səkinə Babayevaya ölkədə qadın sahibkarlığın inkişafında verdiyi töhfələrinə və ölkə Prezidentinə göstərdiyi sədaqətinə görə minnətdarlığımızı bildiririk.
Dilşad Əhmədova
Baş redaktor
Daha çox xəbər:
8 Mart - Beynəlxalq Qadınlar Günüdür.
Gündəm, Cəmiyyət, Ölkə, SosialBu gün Beynəlxalq Qadınlar Günüdür
Şou biznesTürk şirkətləri Qarabağa milyonlarla dollar yatırır - Yeni iş yerləri açıla ...
İqtisadiyyatKişi boşandığı qadını döydü — Qadın özünü binadan atdı
KriminalAzərbaycanda hər 1000 kişiyə 1002 qadın düşür
Cəmiyyət