Gündəm, Cəmiyyət, Ölkə
12 sentyabr 2023
399

Xeyirxah əməlləri ilə seçilən sahibkar Famil Bağıyev mənəviyyat zirvəsində...

Xeyirxah əməlləri ilə seçilən sahibkar  Famil Bağıyev mənəviyyat zirvəsində...
Famil Bağıyev: Sahibkarlıq ən böyük ibadətdir...”.
Sahibkar olan insan, neytiral olmalıdır. Heç bir siyasətə, dövlətin işinə qarışmamalıdır. Sahibkar olaraq yalnız arzulamalıdır ki, nələrisə qursun, yaratsın. İşçi sayını artırsın. Mənim düşüncəmə görə əsl sahibkar pulu hesablamamalıdır. Əsl sahibkar pul haqqında düşünməməlidir. Sadəcə işinin genişləndirilməsi, perspektivi, əmək şəraitinin yaxşılaşdırılması, işçilərin funksiyası və ən əsası da yüksək mütəxəssis olan işçilərinin sayının artırılmasına çalışmalıdır. Sahibkarlıq ən böyük ibadətdir. Çünki sahibkar öz işçilərinə yaxşı əmək haqqı verirsə, onun işçilərinin ailə üzvləri yaxşı yaşayırsa, bax, bu elə ibadətdir. Sahibkar halal zəhmətlə qazanan, rəqabətdən qorxmayan insan olmalıdır. Həm də sahibkarda paxıllıq hissi olmamalıdır. Ümumiyyətlə, paxıllıq insanı məhv edən ən naqis əməldir. Paxıl olan adam qabağa gedə bilməz.

Bu "Orbita" MTK-nın rəhbəri Famil müəllimin əsas amal və devizidir.
Famil müəllim ehtiyacı olanlara əl tutmaq, maddi kömək göstərmək - xeyriyyəçilik sosial kateqoriya sisteminə aiddir. İctimai istehsalın və iqtisadi sistemin sosial formasından asılı olmayaraq dünyanın maliyyə cəhətdən istər qüdrətli, istərsə də zəif ölkələrində sosial ədalət ümumi ədalətin tərkib hissəsi kimi başa düşülməli, tətbiq edilməli, həyata keçirilməlidir. Bu mühüm və xeyirxah fəaliyyətə, insanpərvər addıma maraq və meyil daim artırılmalı və sözügedən məsələ daimi xarakter almalıdır. Bununla da, xeyriyyəçilər ölkənin, cəmiyyət üzvlərinin maddi rifahının yaxşılaşdırılmasında, dövlətlə birlikdə korporativ sosial vəzifənin həllində öz iştirakçılarını təmin etmiş olurlar.
İmkanlı insan ehtiyacı olana kömək etməlidir. Bu xoş məqam xeyriyyəçi üçün rahatlıq, ehtiyacı ödənilən üçün isə yaxşılıqdır. Xeyriyyə, xeyriyyəçilik özündə yaxşılıq, xeyirlik mənasını təcəssüm etdirir.
Belə xeyriyyəçi sahibkarlarımızdan biri də Famil Bağıyevdir.
"Orbita MTK"-nın rəhbəri Famil Bağıyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Famil Bağıyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Famil Bağıyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Famil Bağırov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
"Orbita MTK" sakinlərin təhlükəsizliyi mühafizə xidməti və videomüşahidə sistemi vasitəsilə təmin etmişdir.
Yaşayış Kompleksinin birinci mərtəbəsi sosial və kommersiya yönlü obyektlərin yerləşdirilməsi üçün satışa təklif olunur. “Avtomobilsiz həyət” konsepsiyası sayəsində kompleksin həyətyanı sahəsi sakinlərin tam sərəncamına verilir. Burada uşaqlar üçün oyun, yaşlılar üçün istirahət yerləri yaradılacaq. Avtomobillər xüsusi mühafizə olunan giriş vasitəsilə yeraltı dayanacağa daxil olacaq.
Özünə məxsus üslubda inşa edilən yaşayış kompleksinin görkəmi onu qəsəbənin bütün digər binalarından fərqləndirir.
Yaşayış Kompleksinin tikintisində müasir texnologiyalardan və yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunur. Betonun keyfiyyəti xüsusi laboratoriyalarda yoxlanılır. Qurulan drenaj sistemi və həyata keçirilən hidroizolyasiya işləri, təməldə olan istinad divarlarının nəmə və qrunt sularına qarşı ikiqat müdafiəni təmin edəcək. Bina yüksək seysmik davamlığa malidir.
Famil Bağırov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun "Orbita MTK" kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Famil müəllim Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətinin layiqli davamçısı ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının apardığı daxili və xarici siyasətini həmişə dəstəkləmişdir. 44 günlük ədalət-haqq savaşında Famil Bağıyev xalq-ordu, xalq-ordu birliyinə dəstək olaraq hərbiçilərimizə maddi və mənəvi dəstəyini göstərmişdir. Famil müəllimin həmişə şəhid ailələrinə, müharibə veteranlarının övladlarına, kimsəsiz və maddi imkanı aşağı olan ailələrə diqqət və qayğı göstərir.
Bütün bunlar göstərir ki, Azərbaycanda sahibkarlar və digər imkanlı insanlar arasında xeyriyyəçilərin sayı getdikcə artlr və Famil Bağıyev məhz belə xeyriyyəçi sahibkarlardandır.
Biz də redaksiyamız adında Famil Bağıyevə gördüyü xeyriyyə işlərində həmişə uğur, qalibiyyət və zəfər qazansın. Gələcək hər bir gününüz xeyirli olsun. Kökü vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, "Orbita MTK"-nın rəhbəri Famil Bağırova uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik.

Dilşad Əhmədova
Baş redaktor
Kelly
  • Kelly
  • 22 sentyabr 2023 18:02
  • [reply]Ответить[/reply]
  • [rating-type-3]
  • [rating-plus]+[/rating-plus] {rating} [rating-minus]-[/rating-minus]
  • [/rating-type-3]
This article provides clear idea in support of the new users of blogging, that
truly how to do blogging.

My web-site :: sbobet