Gündəm, Siyasət, Dünya
08 fevral 2024
759
Tarixi Zəfərimizin memarı: Müdrik lider, qalib sərkərdə
Bu gün hər bir vətəndaşımız qürur və fəxarət hissləri ilə yaşayır. 30 ildən artıq erməni işğalına və təcavüzünə məruz qalmış, mənfur düşmənin tapdağı altında inləyən cənnət Qarabağımız dövlətimizin başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin məqsədyönlü siyasəti və cəsarətli komandanlığı, yenilməz və mətin Ordumuzun qəhrəman, vətənpərvər, qeyrətli əsgər və zabitlərinin şücaəti sayəsində işğaldan azad olundu!
30 illik ədalətsizliyə 44 gün ərzində tutarlı cavab verildi və son qoyuldu! Yaşa qəhrəman xalqım! Var ol, doğma yurdum, candan əziz vətənim! Zəfərin mübarək Azərbaycanım! Sən sınmadın, əyilmədin, çünki bilirdin, əmin idin ki, övladların səni darda qoymayacaq! Suyunla, havanla, çörəyinlə böyüyən igidlərin yolunda canlarından, qanlarından belə keçəcəklər.
Azərbaycan xalqı səbirli, dözümlü olduğu qədər də mətindir, iradəlidir. Dövlət başçımız da, xalqımız da bu münaqişənin dinc yolla həlli üçün kifayət qədər təmkin nümayiş etdirsə də, düşmən tərəf bunu layiqincə dəyərləndirə bilmədi və təcavüzkar siyasətindən, təxribatlarından əl çəkmədi. Belə olan halda isə, hərb yolu qaçılmaz oldu. Ali Baş Komandanımız cənab İlham Əliyevin əmrini gözləyən Müzəffər Ordumuz düşmən üzərinə şərəf və ləyaqətlə getdi, döyüş meydanına aslan kimi atıldı. 44 gün davam edən vətən müharibəsinin hər günü tariximizə şanlı səhifələr yazdı. Yüksək amallarla döyüşən əsgər və zabitlərimiz hər gün yeni şəhərləri, kəndləri, qəsəbələri düşmənlərdən azad etdi, yüksəkliklərdə misli görünməyən rəşadət göstərirdilər. Tarixi ədalətin bərqərar olması üçün inamla irəlilədi. Düşmən ordusunda on min fərari olduğu halda, hörmətli dövlət başçımızın fəxrlə vurğuladığı kimi, Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmadı. Əksinə, ağır yaralanaraq, hospitallara yerləşdirilən əsgərlərimiz müalicələrini sona çatdırmadan yenidən döyüşlərə qatıldılar. Düşmən tərəfin hərbi texnikasını, silah-sursat anbarlarını, raket və hərbi qurğularını məhv etdilər, döyüş meydanında əfsanəvi qəhrəmanlıqlar göstərdilər.
Həmin günlərdə xalq dövlətimizin, Prezidentimizin ətrafında bir yumruq kimi birləşmişdi! Dəmir yumruq kimi! Biz yenilməz millət olaraq, gücümüzü, birliyimizi bütün dünyaya bəyan etdik və bu birlik öz nəticəsini verdi. Biz müdrik və qətiyyətli dövlət Başçımıza birmənalı güvənirik! Çünki Vətəni, xalqı üçün çalışan, ürəyi torpaq sevgisi ilə döyünən cənab Prezidentimizin nümunəvi fəaliyyəti, sadəliyi və səmimiliyi danılmazdır; onun müdrikliyi, cəsarəti və Vətən sevgisi hər birimiz üçün örnəkdir!
Ulu Öndərin layiqli davamçısı, Azərbaycan tarixini zəfərlə yazan, Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Heydər oğlu Əliyev!
Biz inanırıq ki, 7 fevral 2024-cü il tarixdə keçiriləcək Prezident seçkilərində yenidən parlaq qələbə əldə edəcəksiniz. Azərbaycan xalqı Sizə inanır, güvənir və layiqli namizədinə səs verəcəkdir.
Şərəfli və məsuliyyətli işinizdə sizə uğurlar və müvəffəqiyyətlər arzu edirəm.
Elvin Paşayev
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı
Daha çox xəbər:
ADINI DÜNYA DİPLOMATİYA VƏ HƏRB TARİXİNƏ HƏKK ETMİŞ PREZİDENT
Gündəm, Siyasət, CəmiyyətMÜZƏFFƏR ALİ BAŞ KOMANDAN AD GÜNÜNÜZ MÜBARƏK!
Gündəm, Siyasət, ÖlkəTarixə qızıl hərflərlə həkk olunan Qələbə
Gündəm, Siyasət, Cəmiyyət, Ölkə, Sosialİlham Əliyevin rəhbərliyi ilə yazılan yeni şanlı tarix
Gündəm, Siyasət, Cəmiyyət, ÖlkəMüdrik lider, böyük strateq, qalib sərkərdə
Gündəm, Siyasət, Dünya, Cəmiyyət, Ölkə