Gündəm, Siyasət, Ölkə
18 mart 2024
289

Qalib Prezident İlham Əliyev Azərbaycan xalqının SEÇİMİDİR!

Qalib Prezident İlham Əliyev Azərbaycan xalqının SEÇİMİDİR!
Üzeyir Kərimov - Bakı şəhəri, 51 saylı notariat ofisinin xüsusi notariusu: Ümummilli liderin siyasi kursu­nun yeganə düzgün yol olduğunu görən xalqımız 2003-cü ildə keçi­rilən seçkilərdə onun layiqli varisi İl­ham Əliyevi dəstəkləyərək 76,8 faiz səslə onu özünə yeni Prezident seç­di. Prezident İlham Əliyevin ali döv­lət vəzifəsində ilk günlərdən baş­layaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Xalqın öz lide­rinə inam və etimadı son dərəcədə artdı. Məhz buna görə də 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində də İlham Əliyev yenidən inamlı qələbə qa­zandı.
Əsrə bərabər 20 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımı­zın azad olunması, ərazi bütövlü­yümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezi­dent, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qaza­nılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni re­allıqlar yarandı.
44 gün davam edən və Şuşa şəhərinin işğaldan azad olunması ilə nəticələnən şanlı Qarabağ zəfəri Azərbaycan xalqının çoxəsrlik tarixində qazandığı ən böyük qələbədir. Bu qələbə ilə Prezidentimiz Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı və Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı. Tarixi zəfərimiz Ali Baş Komandan İlham Əliyevin liderlik istedadının parlaq bir ifadəsi kimi mühüm əhəmiyyətə malikdir.
2023-cü ildə cəmi bir günlük uğurlu hərbi əməliyyatdan sonra Qarabağda illərdən bəri davam edən separatçı rejimin mövcudluğuna son qoyulması, Xankəndi şəhərində üçrəngli bayrağımızın yüksəlməsi və hərbi paradın keçirilməsi Azərbaycan xalqının ən qürurlu günü oldu. Xankəndi şəhərində bu gün dalğalanan Azərbaycan bayrağı ölkə başçısının verdiyi ən önəmli vədin, yəni işğal altında olan bütün ərazilərimizin geri qaytarılmasının reallığa çevrilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin tam təmin olunması deməkdir.
Azərbaycan işğal altındakı torpaqlarını azad etməsi ilə ədalət və beynəlxalq hüquq da bərpa edildi. Bu qələbə ilə regionda erməni vandalizminə son qoyuldu. Prezident İlham Əliyev regionda və dünyada yeni reallıq yaratdı və bu reallıqla indi hamı hesablaşır.
Bu gün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur yenidən dirçəlir. Bu bölgələrdə əhalimizin firavan yaşayışı üçün infrastruktur layihələri davam edir. Prezident İlham Əliyevin müəllifi olduğu Böyük qayıdış Azərbaycanın çoxəsrlik tarixində ən böyük və hərtərəfli dövlət proqramıdır. Bu gün Cənab Prezident İlham Əliyev bu bölgədə gedən yenidənqurma prosesinə böyük diqqət ayırmışdır. Ölkə başçısının Qarabağa tez-tez olan səfərləri bu diqqətin bariz nümunəsidir.
Prezident İlham Əliyevin müstəqil dövlətimiz və xalqımız qarşısındakı tarixi xidmətləri, dövlət başçısı kimi möhkəm siyasi iradəsi, beynəlxalq aləmdə qazandığı yüksək nüfuz onu dünya liderlərinin ön sırasına çıxarmışdır. Prezidentimizin yorulmaz və qətiyyətli fəaliyyəti müstəqil dövlətimizin sabahkı inkişafının ən böyük təminatıdır.
Hər bir Azərbaycan vətəndaşı, dünyada yaşayan hər bir azərbaycanlı şanlı Qarabağ Zəfərinin sevincini yaşayır, haqlı qürur hissi keçirir. Azərbaycanın çoxəsrlik tarixində heç vaxt buna bənzər qələbə olmayıb. Xalqımız öz prezidenti ilə fəxr edir, ona qələbə sevinci yaşadan, başucalığı gətirən liderinə böyük dəstək verir. Prezident seçkiləri bunun daha bir bariz təcəssümü oldu.
2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində İlham Əliyev inamlı qələbə qazanaraq növbəti müddətə dövlət başçısı seçildi. Bu qələbə xalqın öz liderinə sarsılmaz inamından qaynaqlanmaqla, son iyirmi ildə görülən işlərə, qazanılan uğurlara verilən dəyərdir. Azərbaycan xalqı səsini İlham Əliyevə verməklə, Ümummilli Lider Heydər Əliyevin ideyalarına sədaqətini nümayiş etdirdi.
Son 20 ilin tarixi göz qabağındadır. Biz hamımız bu dövrdə baş vermiş misilsiz inkişafın canlı şahidləriyik. Azərbaycanın haradan haraya gəlib çıxdığını öz gözlərimizlə görmüşük. Bu dövr ölkə iqtisadiyyatının dinamik inkişafı, insanların rifah halının durmadan yaxşılaşması, bütün sahələrdə köklü islahatlarla yadda qalıb.
İlham Əliyevin Azərbaycana Prezidentlik etdiyi 20 il ölkəmizin tarixinə yüksəliş dövrü kimi daxil olub. Prezident İlham Əliyev ötən 20 ildə verdiyi hər bir vədi yüksək səviyyədə yerinə yetirib.
Qurucu lider olan Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın reallaşması üçün inanılmaz qətiyyət və əzmkarlıq göstərir. Görülən bütün işlər Azərbaycan xalqının, Azərbaycan vətəndaşının daha xoş güzəranını qurmaq, sabahını daha firavan etmək məqsədi daşıyır.
Prezident İlham Əliyevin siyasi bilikləri və təcrübəsi, diplomatiya elmini dərindən bilməsi ölkəmizin xarici siyasət kursunun uğurla həyata keçirilməsində mühüm rol oynayır.
Əsrə bərabər 20 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə əbədi yazıldı. Otuz ilə yaxın işğal altında qalmış torpaqlarımız 44 gün ərzində azad olundu. BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi. Beləliklə, Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi.
Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı cənab İlham Əliyevə yüksək inam və etimad göstərməklə ölkəmizin qarşıdakı dövrdə də möhtəşəm nailiyyətlər, uğurlar qazanmasına vəsiqə vermiş oldu. Əminliklə deyə bilərik ki, qarşıdakı 7 il ərzində də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası daha da irəliləyəcək, inkişaf edəcək, daha da qüdrətlənərək beynəlxalq müstəvidə öz mövqeyini gücləndirəcəkdir.