Gündəm, İdman, Ölkə
11 avqust 2024
57

Mikayıl Cabbarov Paris-2024-də Bürünc Medal Qazanan Maqomedxan Maqomedovu Təbrik Edib

Mikayıl Cabbarov Paris-2024-də Bürünc Medal Qazanan Maqomedxan Maqomedovu Təbrik Edib

İqtisadiyyat naziri və Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov, Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında sərbəst güləş üzrə bürünc medal qazanan Maqomedxan Maqomedovu təbrik edib. Mikayıl Cabbarov bu təbrik mesajını "X" sosial şəbəkə hesabında paylaşıb.

Federasiyanın başçısı yazıb: "Olimpiya Oyunlarında güləşdə üçüncü və son medalımızı qazandıq. Sərbəst güləşçimiz Maqomedxan Maqomedov (97 kiloqram) böyük əzmkarlıq göstərərək Paris-2024-də bürünc medal əldə etdi. İdmançımızı, onun valideynlərini və məşqçilərimizi təbrik edirik".