Gündəm, Ölkə
16 mart 2026
4

T Ə B R İ K

T Ə B R İ K
Tanınmış jurnalist, hüquqşünas və şair, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ağsu Yazarları” və “İti Qələm” Ədəbi birliklərinin rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Raqif Nazimoğlu qardaş Türkiyə tərəfindən yüksək mükafata layiq görülmüşdür.
Belə ki, ona Türkiyə Uluslararası Akademiyası tərəfindən “Qızıl” medal və Fəxri Akademik adına layiq görüldüyünü təsdiq edən diplomlar təqdim olunmuşdur. Bu nüfuzlu mükafat Raqif Nazimoğlunun uzun illər ərzində jurnalistika, hüquq və ədəbiyyat sahəsində göstərdiyi səmərəli fəaliyyətin, zəngin yaradıcılığının və milli-mənəvi dəyərlərə verdiyi töhfələrin yüksək qiymətləndirilməsidir.
Qardaş ölkə tərəfindən verilən bu dəyərli təltif, eyni zamanda onun yaradıcılığının beynəlxalq səviyyədə tanındığını və böyük rəğbət qazandığını göstərir.
Dəyərli ziyalımız Raqif Nazimoğlunu ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, yeni-yeni yaradıcılıq uğurları və gələcək fəaliyyətində daha böyük nailiyyətlər arzulayıram.
Tapdıq ƏLİBƏYLİ