Gündəm, Cəmiyyət, Ölkə
16 sentyabr 2022
1161

Cənab İlham Əliyevin qətiyyəti böyük zəfərimizin ən əsas şərtlərindən biridir

Cənab İlham Əliyevin qətiyyəti böyük zəfərimizin ən əsas şərtlərindən biridir
Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini uğurla davam etdirən, müstəqil Azərbaycan dövlətini inamla inkişafa və tərəqqiyə doğru aparan möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyi sayəsində ölkəmiz gündən-günə inkişaf edir, gözəl, abad, yaraşıqlı bir diyara çevrilir.
Dövlət başçısı cənab İlham Əliyevin ardıcıl olaraq qəbul etdiyi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları ilə Azərbaycanımızın ən ucqar şəhər, qəsəbə və kəndləri, bütün bölgələr sürətlə inkişaf edir. Respublikanın rayonlarında aparılan tikinti-quruculuq işləri ilə abadlığa çevrilən yurdumuzda insanların firavan yaşayışı üçün ideal şərait yaranır.
Prezident İlham Əliyev Azərbaycan siyasi sistemə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi.
Dövlətimizin başçısının sosial dövlət fəlsəfəsi dərin köklərə əsaslanır. Prezident İlham Əliyevin daxili siyasət kursunun çox mühüm istiqamətlərindən birini də sosial siyasət təşkil edir. Bu siyasətin ən önəmli istiqamətlərindən biri ölkəmizdə qaçqın və məcburi köçkünlərə 30 ilə yaxın bir dövr ərzində göstərilən qayğıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
Prezident İlham Əliyev siyasi liderliklə yanaşı, zəfər çalmış Müzəffər sərkərdə obrazını da özündə birləşdirdi. Bu isə onun potensialının hüdudsuzluğunun daha bir göstəricisi idi. Məhz buna görə də o, ən çıxılmaz məqamlarda, bəzən başqaları üçün həlli mümkünsüz görünən məsələlərdə belə qətiyyətlə məsuliyyəti öz üzərinə götürür və məqsədinə çatır.
Müasir dünyanın nüfuzlu siyasi liderlərindən biri olan Azərbaycan Prezidenti dəfələrlə milli maraqlar məsələsində güzəştsiz mövqedə olduğunu sübut edib. Bu da onu digər siyasi xadimlərdən fərqləndirən əsas liderlik xüsusiyyətlərindəndir. İlham Əliyevi başqalarından fərqləndirən bir çox üstün keyfiyyətləri var: siyasətdə sistemliliyi qoruyan, səbirlidir, soyuqqanlıdır, təmkinlidir və dəqiqdir. Onun nəyi nə zaman edəcəyini sadəcə özü bilir. Onun atacağı addımı öncədən müəyyənləşdirmək çətindir. Zəfərlə bitən Vətən müharibəsində də o bir daha sübut etdi ki, hər şeyi doğru zamanda doğru edir.
Qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada önəmli mövqe, müstəqil xarici siyasət və qalib ölkə. Bu, öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır. On yeddi il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək, Ulu Öndərimizin siyasi kursuna və dahi şəxsiyyətin layiqli davamçısı İlham Əliyevə səs verdi. Ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqləməkdədir. Yeni əsrin yeni lideri İlham Əliyev bu 17 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi. Bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Biz həqiqətən tarixi günlər yaşadıq və yaşayırıq. Çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb.
Xalqımıza Qarabağ Zəfərini bəxş edən, bizi qalib xalqa çevirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin “güclü dövlət” konsepsiyasına nəzər salaq. Məhz bu konsepsiyanın əsasını təşkil edən üç mühüm güc - iqtisadi, siyasi, hərbi güc və onların vəhdəti Azərbaycanın Vətən müharibəsinin başlıca hərəkətverici qüvvəsi oldu.
Prezident İlham Əliyev bu gücə arxalanaraq 44 günlük müharibə dövründə həm də informasiya cəbhəsində xalqının, ölkəsinin maraqlarını qətiyyətlə müdafiə etdi. Xarici KİV-lərə çoxsaylı müsahibələrində praqmatik siyasətçi, hadisələri, prosesləri dəqiq qiymətləndirən, öz mövqeyini təkzibolunmaz arqumentlərlə əsaslandırmağı bacaran lider olduğunu nümayiş etdirdi.
Beləliklə, Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqına, məcburi köçkünlərə verdiyi sözə sahib çıxdı, güclü Azərbaycan yaradaraq düşməni onunla hesablaşmağa vadar etdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa edən müdrik lider, böyük strateq, qalib sərkərdə kimi adını əbədi olaraq tarixə yazdırdı, 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi.

Nəbi İskəndərov
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Cəlilabad rayon Komitəsinin sədri

Cənab İlham Əliyevin qətiyyəti böyük zəfərimizin ən əsas şərtlərindən biridir
Geri 1 2 3 4 5 6 7 8 9 10 İrəli