Gündəm, Cəmiyyət, Ölkə, Sosial
02 iyun 2023
1540

“Ağ Çiçəyim” hər zaman şəhid ailələri, qazilər və kimsəsizlərin qayğısındadır

“Ağ Çiçəyim” hər zaman şəhid ailələri, qazilər və kimsəsizlərin qayğısındadır
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük müharibədə qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində tariximizə yazılmış şanlı salnamədir. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı ilə yanaşmaq bütün cəmiyyətimizin borcudur.
Bu yönümdə iş adamlar, vətənpərvər eloğullarımız öz vətəndaşlıq borcunu yerinə yetirərək, həm dövlətimizə, həm də şəhid ailələri və kimsəsizlərə maddi və mənəvi köməkliklərini əsirgəmirlər. Sadaladığımız bu xeyirxah işləri yüksək səviyyədə yerinə yetirən şirkətlərdən biri də “Ağ Çiçəyim” şirkət qrupudur ki, həmişə qayğıya ehtiyacı olanların yanında olur.
Bu gün Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin sosial qayğılarının həll edilməsi üçün zəruri tədbirlər həyata keçirilir. Bu tədbirlər hərçənd ki, gül və gül çələngləri ilə bəzədilir. “Ağ Çiçəyim” şirkət qrupu hər zaman şəhidlərimizin adına təşkil olunan tədbirlərdə gül çələnglərini təmənnasız olaraq hazırlayır.
“Ağ çiçəyim” Şirkətlər Qrupunun rəhbəri Hacı Ceyhun hər zaman ölkə başçısı, cənab Prezident İlham Əliyev cənablarının apardığı daxili və xarici siyasətini dəstəkləyərək, Müzəffər Ali Baş Komandanın verdiyi tapşırıqlarına yüksək səviyyədə əməl edərək iqtisadiyyatımıza və iş yerlərinin açılmasında xüsusi xidmətlər göstərir. Hacı Ceyhun istər pandemiya dövründə, istərsə də 44 günlük haqq savaşında həmişə kimsəsiz ailələrə, şəhid ailələrinə, ordu-xalq, xalq-ordu birliyini deviz bilərək hərbi hissələrə maddi köməkliklər göstərmişdir.
Bizdə redaksiyamızın kollektivi adından “Ağ çiçəyim” Şirkətlər Qrupunun rəhbəri Hacı Ceyhuna və orada fəaliyyət göstərən bütün əməkdaşlara minnətdarlığımızı bildiririk.



“Ağ Çiçəyim” hər zaman şəhid ailələri, qazilər və kimsəsizlərin qayğısındadır
“Ağ Çiçəyim” hər zaman şəhid ailələri, qazilər və kimsəsizlərin qayğısındadır
“Ağ Çiçəyim” hər zaman şəhid ailələri, qazilər və kimsəsizlərin qayğısındadır
“Ağ Çiçəyim” hər zaman şəhid ailələri, qazilər və kimsəsizlərin qayğısındadır
“Ağ Çiçəyim” hər zaman şəhid ailələri, qazilər və kimsəsizlərin qayğısındadır
“Ağ Çiçəyim” hər zaman şəhid ailələri, qazilər və kimsəsizlərin qayğısındadır
Geri 1 2 3 4 5 6 7 8 9 10 İrəli