İqtisadiyyat
26 dekabr 2020
1070

Gələcəkdə Azəbaycanın naftası Türkiyəyə daşına bilər?

Gələcəkdə Azəbaycanın naftası Türkiyəyə daşına bilər?


İlin sonuna qədər STAR NEZ ilə 76 milyon barel neft emal etməyi düşünürük.
Bunu SOCAR-ın Türkiyədəki törəmə şirkəti “SOCAR Türkiyə Enerji”nin STAR Neft Emalı Zavodu ve “Petkim Petrokimya Holdinq”in Baş direktoru Anar Məmmədov deyib.

O bildirib ki, gələn il müəssisə istehsalı 11 milyon tona qədər artırmağı planlaşdırır:

“Bu günə qədər biz 20-dən çox xam neft çeşidini STAR NEZ-də işlətdik. Bunlar Qazaxıstan, Əl-Cəzirə, Tunis və fərqli yerlərdən olan xam neft çeşidləri idi. Zavodun dizaynı üçün nəzərdə tutulan ən yaxşı xam neft növü İran neftidir. Bu gün müəyyən səbəblərə görə biz bu nefti ölkəyə gətirə bilmirik. Ona görə də digər alternativləri dəyərləndiririk”.

Növbəti dövrdə VLCC-nin (xam neft daşıyıcısı olan tanker) şirkət tərəfindən qəbul edilməsi məsələsinə də toxunan direktor əlavə edib ki, növbəti ildə də zavod həmin tankerləri qəbul edə bilməyəcək.

Naftanın Azərbaycandan Türkiyəyə daşınması məsələsinə münasibət bildirən A.Məmmədov qeyd edib ki, bu, real deyil:

“Azəbaycandan naftanın Türkiyəyə daşınması real deyil. Hazırda nafta mənbələrinə ehtiyacımız yoxdur. STAR NEZ işə başlamadan əvvəl biz naftanı Aralıq dənizindən, Bolqarıstan, Yunanıstan, Rumıniya, İtaliya və fərqli ölkələrin zavodlarından gətirirdik. Bu əmaliyyatlarımıza ciddi problem yaradırdı. Onların keyfiyyəti də hər zaman fərqlənirdi. İndi isə stabil boru xətti ilə Petkim üçün eyni keyfiyyətli naftanı əldə edə bilirik. Onun bizim istehsalat həcminə də böyük təsiri oldu. Hazırda naftanı ikinci bir yerdən gətirməyə ehtiyacımız yoxdur”.oxu.az
Geri 1 2 3 4 5 6 7 8 9 İrəli