Gündəm, Siyasət, Ölkə
06 mart 2023
441

Heydər Əliyev Fondu səhiyyə sahəsində olan diqqət və qayğının bariz nümunəsidir

Heydər Əliyev Fondu səhiyyə sahəsində olan diqqət və qayğının bariz nümunəsidir
Ümummilli lider Heydər Əliyev öz xalqına, millətinə misilsiz xidmətləri ilə yaddaşlara əbədi həkk olunmuşdur. Dahi rəhbərin milli maraqlara yönələn siyasəti, sosial, iqtisadi, mədəni intellektual cəhətdən ölkəsini dirçəltmək, qədim xalqını öz torpaqlarının, tarixi irsinin və taleyinin həqiqi sahibinə çevirmək uğrunda mübarizəsi onun bitib-tükənməz ideyalarının inandırıcı potensialını daha da artırmışdır. Məhz xalqda olan bu inam böyük Azərbaycanlının ikinci dəfə hakimiyyətə gəlişinin istinadına çevrilmişdir. Böyük qayıdışdan sonra Azərbaycan cəmiyyətində müstəqil dövlətçilik ideyaları fundamental mahiyyət kəsb etməyə başlamış, mütərəqqi ənənələr əsasında yeni dövlətçilik konsepsiyası işlənib hazırlanmışdır. Ulu öndər Heydər Əliyevə yaxşı bəlli idi ki, xarici dövlətlərdən hərtərəfli yardım alan Ermənistanın təcavüzünə qarşı aparılan qeyri-bərabər döyüşlər davam etdikcə respublika daha ağır vəziyyətə düşə bilər, transmilli neft şirkətlərini ölkəmizə dəvət etmək, onlarla müqavilələr bağlamaq və beləliklə, Azərbaycan neftini sərbəst təhlükəsiz marşrutla Qərbə ixrac etmək mümkün olmayacaq. Ona görə də ilk növbədə 1994-cü il mayın 14-də atəşkəsə nail olundu, həmin ilin sentyabr ayının 20-də isə "Əsrin müqaviləsi" imzalandı. Məhz ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində öz geostrateji mövqeyini möhkəmləndirə bildi. 1994-1995-ci illərin hadisələrində Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini faciələrdən və iflasdan xilas etdi. O, ictimai-siyasi sabitliyi təmin etməklə demokratik dövlət modeli konsepsiyasını həyata keçirməyə başladı. Böyük rəhbərin dövlətçilik uğrunda apardığı fəal mübarizə, çoxşaxəli fəaliyyət ölkəmizin bütün sahələrində olduğu kimi, bu konsepsiyanın tərkib hissələrindən olan Azərbaycan səhiyyəsi, o cümlədən tibb elmi və tibb təhsili strukturlarının dinamik inkişafı və gələcək yüksəlişində də öz parlaq əksini tapdı. Müəyyən müddətdə cəmiyyətdə müşahidə edilən anarxizmi neytrallaşdırmaq da ümummilli liderin dahiyanə siyasətçi olmasının məntiqi yekunu kimi dəyərləndirilir. XX əsrin ortalarında - 1969-cu ilin 14 iyulunda ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin ən qabarıq siyasi təzahürü imperiyanın sərt ideoloji qəlibləri şəraitində azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlişinin, xalqın tarixi kökünə qayıdışı kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının və hislərinin güclənməsi, real siyasi amilə çevrilməsi ilə bağlı olmuşdur. Böyük öndər respublikamızın üzləşdiyi problemləri ilk gündən düzgün müəyyənləşdirməklə, onların həlli üçün lazımi iradə, qətiyyət və prinsipiallıq göstərmiş, o dövrün çatışmazlıqlarını açıq deməkdən çəkinməmişdir. Bu baxımdan Heydər Əliyevin Azərbaycan KP MK-nın 5 avqust 1969-cu il tarixli plenumundakı dərin məzmunlu, eyni zamanda tənqidi ruhlu çıxışı Sovet Azərbaycanını problemlər məngənəsindən dinamik inkişaf yoluna çıxaran pozitiv prosesin başlanğıcı kimi ehtiramla xatırlanır. Plenumda çıxış edən Heydər Əliyev mövcud problemləri konkret şəkildə önə çəkmiş, dövlət idarəçiliyi sistemində formalaşmış regionçuluq, bürokratiya və korrupsiya kimi neqativ tendensiyaların yolverilməz olduğunu demişdir. Ulu öndər eyni zamanda çoxsaylı problemlərin həllində bir sıra rəhbər şəxslərin məsuliyyət daşıdığını da aşkar şəkildə bəyan etmişdir. Çox keçmədi ki, dünya siyasətçiləri sırasında öncül mövqeyə çıxan dahi Heydər Əliyev fenomeni ona bəslənən ümidləri doğruldaraq əsl xariqələr yaratmağa başladı. Xalqın öz liderinə, onun möhtəşəm ideyalarına olan inamının geniş vüsət alması ulu öndər tərəfindən reallaşdırılan əməli tədbirlərə, onun gərgin fəaliyyətinin əyani nəticələrinə əsaslanırdı. Ümummilli lider hələ keçmiş SSRİ dövründə Azərbaycanda xalq təsərrüfatının bütün sahələrinin inkişafına xüsusi diqqət yetirir, yeniliyə, tərəqqiyə sədd yaradan, keçmişdən miras qalan maneələri, lüzumsuz stereotipləri qətiyyətlə aradan qaldırırdı. Onun düşünən beyni sanki istirahət bilmədən daim fəaliyyət göstərərək Azərbaycanın gələcəyi naminə yeni layihələrin eskizlərini hazırlayır və dərhal da onların həyata keçirilməsi üçün şərait yaradırdı. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan qısa müddətdə mütərəqqi islahatların tətbiqi meydanına çevrildi.
2004-cü il may ayının 10-da fəaliyyətə başlayan Heydər Əliyev Fondu yaradılarkən Ümummilli lider Heydər Əliyevin zəngin irsini öyrənməyi, təbliğ etməyi, Onun Azərbaycanın sosial-iqtisadi və mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə əyani təsəvvür yaratmağı, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməyi, Azərbaycanın mədəniyyətinin və tarixinin dünyada daha geniş tanıdılması ilə bağlı aparılan işlərə kömək göstərməyi qarşısına məqsəd qoyub. Fond bununla yanaşı, xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil etməyi, ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etməyi, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirməyi, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləməyi, sağlam həyat tərzini təbliğ etməyi, Azərbaycan Respublikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar təşkil etməyi, uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etməyi, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməyi öz fəaliyyətində prioritet məsələlər kimi görür. Bir sözlə, Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir.
Ümummilli lider Heydər Əliyevin zəngin irsini təbliğ edən, Onun miras qoyduğu ənənələri davam etdirən Fondun əsas fəaliyyət istiqamətlərindən biri də səhiyyə və tibbi təsisatların inkişaf etdirilməsidir.
Fondun səhiyyə sahəsində həyata keçirdiyi mühüm layihələrdən biri də talassemiya xəstəliyinin müalicəsi ilə bağlıdır. Bu xəstəlikdən əziyyət çəkən insanların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün donor xidmətinin inkişafı, əhalinin maarifləndirilməsi, prenatal diaqnostika üsulu ilə xəstəliyin proqnozlaşdırılması məsələləri həmin layihə üzrə görülən işlərin əsas istiqamətləridir. Layihə çərçivəsində İtaliya, Türkiyə, Yunanıstan və İsrailin talassemiya ilə mübarizə sahəsində təcrübəsi öyrənilib. Bir sıra ölkələrin talassemiya sahəsində tanınmış mütəxəssislərinin ölkəmizə səfərləri təşkil edilərək müzakirələr, təcrübə mübadiləsi aparılıb. Bütün bunlar yerli mütəxəssislərin hazırlanmasında mühüm rol oynayıb. Həmçinin, müasir avadanlıqla təchiz olunmuş Talassemiya Mərkəzinin yaradılması həmin layihənin Azərbaycan səhiyyəsinə sanballı töhfəsidir. Mərkəz artıq hazırdır və yaxın günlərdə istifadəyə veriləcək.
Fond səhiyyənin müxtəlif sahələrində yeni texnologiyaların tətbiqi işində də yardımçı olur, təbabətin ən müasir metod və nailiyyətlərindən istifadə üçün beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirir.
Dərman preparatlarının dəqiq doza ilə ötürülməsini təmin edən aparatın isə uzun müddət və müəyyən miqdarda təyin edilmiş dərman qəbuluna ehtiyacı olan onkoloji xəstələr üçün həyati əhəmiyyəti var.
Bir sözlə, Heydər Əliyev Fondu ölkəmizdə səhiyyənin müxtəlif sahələrində yeni texnologiyaların tətbiqinə də kömək edir, təbabətin ən müasir nailiyyətlərinin Azərbaycana gətirilməsi üçün beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirir.
Ölkənin müxtəlif bölgələrində səhiyyə ocaqlarının tikilməsi, bir sıra xeyriyyə aksiyalarının, pulsuz müayinə və müalicələrin təşkili məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşıb. Yeni tibb müəssisələrinin açılması, səhiyyə sahəsində aparılan islahatlar Fondun prezidenti Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir.
Heydər Əliyev Fondunun Azərbaycanda səhiyyənin inkişafı, yeni xəstəxanaların açılması və onların müasir avadanlıqla təchiz edilməsi sahəsində gördüyü işlər dünyanın beynəlxalq qurumları tərəfindən yüksək qiymətləndirilib. Dünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin Cenevrədə keçirilən sessiyasının yekdil qərarı ilə Mehriban xanım Əliyeva ana, uşaq və ailə sağlamlığının qorunması işində müstəsna xidmətlərinə görə, bu mötəbər təşkilatın mükafatına layiq görülüb.
Heydər Əliyev Fondu səhiyyə sahəsində olan diqqət və qayğının bariz nümunəsidir
Elviz Qasımov
Respublika Klinik Xəstəxanasının direktoru


PS. Xüsusilə qeyd etmək istərdik ki, Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov ölkə başçısı, Müzəffər Ali Baş Komandan, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev cənablarının apardığı uğurlu daxili və xarici siyasətini hər zaman dəstəkləyir və qarşısında qoyulan tələbləri yüksək səviyyədə icra edir. Elviz Qasımov həmişə Şəhid ailələri, Vətən müharibəsi əlillərinin və kimsəsizlərin yanında olaraq onlara maddi və mənvi dəstəyini göstərir. Elviz müəllimə işlərində müvəffəqiyyətlər arzu edirik.

Dilşad Əhmədova
Baş redaktor