Gündəm, Cəmiyyət, Ölkə
08 iyul 2023
271
YORULMAZ MƏDƏNİYYƏT İŞÇİSİ
Təbii ki, mədəniyyətdən danışarkən onun mühüm bir qolu olan musiqi incəsənətini də xüsusi qeyd etməliyik. Bu sahəyə Heydər Əliyevin ciddi münasibəti musiqi tariximizin böyük bir şaxəsini təşkil edir. Bu yerdə Heydər Əliyevin musiqi sənəti haqqında söylədiyi fikirlərdən bəzi nümunələrə nəzər salaq: "Mədəniyyət, musiqi xalqımızın ən dəyərli sərvətlərindən biridir. Mədəniyyət hər bir xalqı dünyada daha da çox tanıdan, onu təbliğ edən vasitələrdən biridir. Biz isə xoşbəxtik ki, xalqımızın belə zəngin mədəniyyəti, musiqisi, incəsənəti var və bunlar həm xalqımızın özünə mənəvi qida verir, həm də onu dünya xalqları içərisində fərqləndirir, tanıdır, başını ucaldır".
Azərbaycançılıq ideyaları Azərbaycan professional musiqisinin “şifahi” ənənəyə malik, özünəməxsus xalq musiqisi janrı olan muğamlarla da sıx bağlıdır. Tədqiqatçıların fikrincə, qədim dövrlərdən meydana gələn muğam musiqisi haqda bizə ilk məlumatı orta əsrlər verir. Məlumdur ki, o dövrdə Azərbaycan poeziyası yüksək çiçəklənmə mərhələsinə çatmış və onun ən yaxşı nümayəndələri olan Xaqani, Nizami, Nəsimi, Füzuli və başqaları bütün dünyada şöhrət qazanmışlar.
Zərbi muğamlarda musiqi ilə şeirin əlaqəsinə nəzər etsək, görərik ki, bu muğamlardan Heyratı, Simayi-şəms, Mənsuriyyə, Heydəri qəzəl ilə oxunur. Mani, Heydəri, Arazbarı, Ovşarı və şikəstələr isə bayatılarla oxunur.
Qarabağ - Azərbaycanın musiqi beşiyi
Qarabağ - 30 illik həsrətin sonunda vüsalına qovuşduğumuz mədəniyyət incimiz, musiqi beşiyimiz! Musiqi mədəniyyətimizin bütün yaradıcılıq qolları yüzilliklər boyu bu torpaqda yanaşı addımlamışdı.
Musiqi beşiyimiz Qarabağda igidlərin süngü bıçaqla dastan yazdığı müqəddəs Şuşamız isə musiqi konservatoriyamızdır.Bura Azərbaycan musiqisinin ölməz korifeylərindən olan dahi Üzeyir bəyin doğulub böyüdüyü, musiqi tariximizdə əbədiləşən əsərlərini yazdığı ana yurdudur. Şuşa - Xan qızı Nətavanın, Mir Möhsün Nəvvabın, Xarrat Qulunun, Hacı Hüsnünün, Seyid Şuşinskinin, Xan Şuşinskinin, Zülfi Adıgözəlovun, Rəşid Behbudovun, Zülfiqar Hacıbəyovun, Fikrət Əmirovun, Niyazinin, Soltan Hacıbəyovun, Süleyman Ələsgərovun da vətənidir. Qarabağın, o cümlədən, Şuşanın dağlı-yamaclı, güllü-çicəkli, buz bulaqlı, dağ havalı təbiətindən ilham alan bu musiqiçilərimizin yaratdığı əsərlər dillər əzbəri olub, könüllər fəth edib.
Böyükağa Abdullayev
Laçın rayonu 2 №-li Musiqi Məktəbinin direktoru
Baş redaktordan: Deyirlər, elə peşə var ki, onu adam özünə görə seçir. Mədəniyyət, maarif, elm, təhsil, incəsənət və s. sahələrdə təşkilatçılıq sanki Böyükağa Abdullayevin qabiliyyətinə, istedadına görə biçilib.
Laçın rayonu 2 №-li Musiqi Məktəbinin direktoru Böyükağa Abdullayev bütün mənalı ömrünü mədəniyyət aləminə, musiqiyə həsr etmişdir.
Vətənini, el-obasını sevən adamlar həmişə çox sadə olurlar. Bu vətənpərvərlik Böyükağa müəllimin ailəsinə də sirayət edib.
Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Laçın rayon 2 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Böyükağa müəllim sayılıb-seçilən ziyalılarımızdan biridir. Məktəbdə fəaliyyət göstərən pedaqoji heyət Böyükağa müəllimdən razı qalmaqları ilə bərabər onu sanki doğma insanı kimi hörmətini saxlayıb, xətrini əziz tuturlar. Çünki, Böyükağa müəllim məktəbdə təhsil alan şagirdlərə musiqimizin sirlərini öyrətməklə bərabər, onları həmişə diqqətində saxlayır. Böyükağa Abdullayev dövlət əhəmiyyətli xüsusi günlərdə öz vəzifə borcunu yetirməklə bərabər vətəndaşlıq borcunu da yüksək səviyyədə yerinə yetirir. Böyükağa müəllim hər bir nitqini Ulu Öndərin adıyla başlayır və Respublikamızın yaranması, və inkişafı tarix boyu keçdiyi yolların çətinliyi və Ulu Öndər Heydər Əliyevin hakimiyyət dövründə ölkənin iqtisadi rifahının artmasıyla Azərbaycanın yenidən dirçəlməsi haqqında geniş məlumat verir. Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının apardığı daxili və xarici siyasətini həmişə dəstəkləyir, ölkə başçısına olan sevgi və ehtiramını özünün iş fəaliyyətində peşəkarlığı ilə göstərir. Böyükağa müəllim rəhbərlik etdiyi musiqi məktəbinin şagirdləri respublikada keçirilən tədbirlərdə peşəkarlıq nümayiş etdirərək müəllimlərinin naşını uca edirlər.
Onu da xüsusi qeyd etmək istəyirəm ki, Böyükağa Abdullayev həmişə dövlətçiliyimizin mənafeyini öz şəxsi mənafeyindən üstün tutmuşdur. Həmişə şəhid ailələri, Vətən müharibəsi əlilləri və kimsəsiz insanların yanında olub onlara maddi və mənəvi dəstək göstərir.
Səcdəgahımız, qibləgahımız olan Qarabağda musiqinin, muğamın təsiri ilə artıq təbiətin hər fəslində bülbüllər oxuyur, quşlar cəh-cəh vurur. Zəfərin nəğməsi çalınandan bəri bu torpaqlarda canlı və cansız olan hər şey dil açıb danışır.Təbiətin ruhunu oxşayan bu şərqinin təsiri ana torpağı da dilə gətirdi.
Biz də redaksiyamızın kollektivi adından Böyükağa Abdullayevə, onun timsalında bütün məktəbin pedaqoji kollektivinə işlərində uğurlar, uzun ömür, can-sağlığı arzulayırıq.
Baş redaktor
Dilşad Əhmədova
Daha çox xəbər:
Ağdam şəhər Cabbar Qaryağdıoğlu adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin dire ...
GündəmLaçın şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbi direktoru Gülsüm Yusif qızı Məhər ...
GündəmKönül xanım Kərimova insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların ...
Gündəm, ÖlkəErməni tərxribatı nəticəsinə şəhid olan musiqi müəllimi – FOTO
ÖlkəMehriban Əliyevadan Milli Musiqi Günü ilə bağlı paylaşım — FOTO
Cəmiyyət