Gündəm, Cəmiyyət, Ölkə
15 mart 2024
225
ÖMRÜN BARLI ÇAĞLARI
Həyatını xalqına bəxş edənlər...
Təbiətdə rəng çoxdur, bu rəngləri bir güzgü kimi özündə əks etdirəm hər bir yaradıcı fərdə aid olan poeziya, nəsr... həm də öz rənglərini yaradır. Bunlar nəfəs alan, yaşayan, bir-birinə bənzəməyən al-əlvan rənglərdi. Həyatın belə zəngin rəngləri ilə gözəlləşən əsərlərin ayrı-ayrı kadrlarında bir-birindən fərqlənən canlı mənzələri var; El və elat, insan, övlad, vətən, dostluq, peşə sevgisi, vətənsevərlik, vətəndaşlıq, vətənpərvərlik və qəhrəmanlıq – şəhidlik mövzusu. Hər lövhə, hər mənzərə mənalıdı. Adiliyindən çıxıb poeziyanın dilində böyük məna kəsb edərək geniş vüsət alır. Ömrünü xalqına həsr edən belə insanlardan biri də ulu yurddan, Qarabağımızın musiqi beşiyi sayılan doğma Şuşa şəhərindən olan Həsən Hüseyn oğlu Quliyev yaradıcılığında bu meyar, bu qayə beləcə doğmalaşır, əziz gilaməyə çevrilir.
Dünyanın müasir problemləri ilə əlaqədar fikirlər, torpaq, vətən sevgisi, azadlıq təşnəsi, həqiqət və ədalət uğrunda aparılan mübarizə, qəhrəmanlıq və təhsil mövzusu-onu bu hislər rahat buraxmır, bu mövzular həmişə Həsən müəllimin diqqəti mərkəzindədir. Həsən Quliyev həyatını doğma Azərbaycan torpağından, onun tarixililiyindən, elindən, obasından, adət və ənənəsindən, təbiətindən ayrı təsəvvür etmək olmur. Bu yaradıcılığın, onun elmə, təhsilə, dövlətə, dövlətçiliyə xidməti, cövhəri də, ətiri-şirəsi də, nəfəsi də bu torpaqdan rişələnir, bu torpaqdan axıb-süzlüb bir bulaq kimi, yaranıb bir qaya kimi bərkiyib, bir ağac kimi kök salıb, bir çiçək ləçəklənib... Təbii ki, ürəkdən yazanda bu həmişə belədir. Ona görə də mənalıdır, gözəldir, seviləndir, sevdirəndir. Ürəkdən yazanda şeir dağ çayına bənzəyir, bu çay isə öz məcrasından çıxaraq Həsən Quliyev gördüyü işlərdən axır və dövlətin bel sütununa çevrilir.
Həsən Quliyevin qurub yaratdıqları körpüyə dönür, bu körpünün üstündə oxşar taleli, orta dərdli insanlar görüşürlər, burada hamı eyniləşir. İnam, ilham, silkinib ayılma, təzələnmə, saflaşma məkanıdı Həsən Quliyevin yaratdıqları. Belə insanlar xırdalanmağa yox, alqışlanmağa layiqdi. Çünki, əbədiyyət tarixini yazanların tarixini əbədiləşdirir. Həsən Quliyevin bütün ruhu və əməlləri fəaliyyəti ilə Azərbaycanlı olub doğma vətənin mənəvi dirçəlişinə tarixinin, şöhrətinin bərpasına yönəlir. Onun yaratdığı möcüzələrdən biri isə Azəbaycanın ən çətin vaxtlarında Qəbələdə təhsil ocağının yaratması idi. Bu da ürəklə, ruhla, sevgi ilə görülən işin qələbəsidi. Həsən müəllim kimi insanlar torpaqda əzəmətli çinarlardan biridi; Özü kök kimi torpağın altında, başı isə ildən-ilə ucalacaq doğma Azərbaycanın üstündə hələ çox əməli işlər görəcək, qurub-yaradacaq. Həsən Quliyevin tarixi əsərlərindən sayılan təhsil ocağı, bu isə hər şey deməkdir. Həsən müəllim 55 il keçirilən seçkilərdə 30 il Şuşa şəhərində, 25 il Qəbələ rayonunda seçki məntəqəsinin sədri işləmişdir. Şuşada yaşayarkən Hüsü Hacıyev adına kolxozun sədri olmuşdur. Çalışqanlığına görə Şuşa Rayon Partiya Komitəsinin büro və plenium üzvü olmuş, vilayət, rayon və yerli sovetlərin deputatı seçilmişdir. Birinci Qarabağ veteranıdır. Özü kimi övladı da vətən, xalq, torpağını uca tutaraq, torpaqlarımızın azadlığı uğrunda 2-ci qrup Qarabağ əlili olmuşdur. Öz elindən, obasında didrəgin düşən Şuşalıların bir qismi Qəbələ rayonunda mskunlaşdığından Həsən Quliyev belə qərara gəlir ki, övladları təhsildən geri qalmasın deyə Qəbələdə hərbi şəhərcikdə Şuşa 24 saylı tam orta məktəbini açır. Şuşa və Qəbələdə yaşayan müəllimləri də bu təhsil ocağında işləməsi üçün işə dəvət edir.Ömrünün 55 ilini təhsilə həsr edən Həsən Quliyev ömrünün barlı çağlarını yaşayır. Orada təhsil alıb Azərbaycanımıza xidmət edən hər bir vətəndaşın xidmətindən ona da pay düşür. Bunu bəndə yox, Xaliq edir. Bu gözəl dünyanın gözəl olmayan insanlarının axirətdən bixəbər münasibətlərini də o, uca yaradan özü görür. Qədir bilənlər isə bir ağızdan: “Çox saqolun Həsən müəllim” deyirlər. Minnətdarlıq isə Allahın ən çox sevdiyi ifadələrdən biridir...
Daha çox xəbər:
İNSANLARA YAXŞILIQ EDƏN HƏR KƏS ALLAH YANINDA ƏZİZDİR
Gündəm, ÖlkəNərimanov Rayon Məhkəməsinin hakimi və sədri Həbib Bəhram oğlu Həsənov - Ha ...
Gündəm, Cəmiyyət, Ölkə"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin idar ...
Gündəm, Cəmiyyət, ÖlkəŞuşada yol qəzası: Bir hərbçimiz həlak oldu, ikisi yaralandı - SON DƏQİQƏ
HadisəBirinci Qarabağ müharibəsində şəhid olan qardaşının qisasını Vətən müharibə ...
Cəmiyyət