Gündəm, Siyasət, Ölkə
18 mart 2024
269

Qədim Azərbaycan tarixinə yeni tarix yazan LİDER

Qədim Azərbaycan tarixinə yeni tarix yazan LİDER
İlham Əliyev həm müstəqil Azərbaycanın, həm də dünya azərbaycanlılarının lideridir. Tarix faktları ilə amansızdır. Bu faktlarla zamanın səlahiyyətliləri nə qədər manipulyasiya etsələr də strukturlaşdırıcı faktları dəyişmək və silmək demək olar ki, mümkünsüzdür. Ona görə də bütün xalqların tarixində milli simvola çevrilmiş liderlər bütün zamanların tarixi şəxsiyyətidir. Xalqı xalq kimi dünyaya tanıdan, onu inkişaf etdirən onun tarixi liderləridır.
Məhz belə liderlər xalqının çətin, təhlükəli günlərində ümumxalq mənafeyini üstün tutur, xalq üçün çalışır. Dahi lider Heydər Əliyevin dahi uzaqgörən siyasəti nəticəsində müstəqilliyimiz qorundu. Azərbaycan xalqının ağır vəziyyətində ümumxalq mənafeyini üstün tutaraq uzaqgörən siyasəti ilə xalqı ağır vəziyyətdən çıxarıb müstəqil dövlətin prezidenti oldu. Heydər Əliyevin liderliyi ilə Azərbaycan dövləti bütün istiqamətlərdə inkişaf etdirildi. Çağdaş Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin ideya və strategiyasının sadiq damçısı İlham Əliyev dövlət başçısı kimi onun inkişafını yüksək səviyyədə təmin etmişdir.
Müstəqillik illərində milli tariximizdə dövlətçiliyin möhkəmləndirilməsi və inkişafı baxımından Ümummilli lider Heydər Əliyevin və onun ləyaqətli davamçısı İlham Əliyevin adları qızıl hərflərlə yazılmışdır. XX əsrin sonlarında müstəqilliyimizin qorunub saxlanılmasında Heydər Əliyevin müstəsna xidmətləri nə qədər böyük və əzəmətlidirsə, XXI əsrin yaşadığımız ilk yarısında İlham Əliyevin ərazi bütövlüyünün bərpası və dövlətçiliyimizin milli maraqlarının möhkəmləndirilməsi sahəsində xidmətləri o qədər qiymətlidir.
20 il əvvəl Prezident kimi ilk addımlardan başlayaraq indiyədək Dövlət başçısı kimi İlham Əliyev, bütün qərarlarını həmişə xalqın və dövlətin strateji maraqlarının üstünlüyü prizmasından vermişdir. Bu dövrdə milli təkamülümüzün bəzi önəmli hadisələrini sadalasaq, onların strateji əhəmiyyətini aydın təsəvvür edə bilərik. Məsələn, qısa müstəqillik tariximizə rəğmən, qarşılıqlı faydalılığa əsaslanan fəal diplomatiya sayəsində Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvlüyünə seçilmiş, qoşulmama hərəkətinə Sədrliyə (iki müddətə) layiq bilinmişdir. Ölkəmiz saysız-hesabsız beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir.
Qədim Azərbaycan tarixinə yeni tarix yazan LİDER
Bakı Humanitar və Multikulturalizm forumları, Avropa oyunları və s. kimi elmi-mədəni, sosial-humanitar xarakterli tədbirlər ölkəmizin beynəlxalq aləmdə tanınması, nüfuzunun yüksəlməsi, bəşəri dəyərlərə söykənən zəngin tariximiz və milli kimliyimızın təşviqi sahələrində əvəzsiz əhəmiyyətə malik olmuşdur. Fəal diplomatiya və qarşılıqlı faydalılığa əsaslanan iqtisadi inteqrasiya xəttinə sadiq qalaraq Azərbaycan dünyada etibarlı tərəfdaş imici qazanmışdır. Bu mərhələdə lap yaxınlarda ÇOP-29 kimi nəhəng və olduqca mühüm əhəmiyyətli qlobal İqlim konfransının 2024 ildə ölkəmizdə keçirilməsi haqqında qərar fikirlərimizin təkzib olunmaz dəlili hesab oluna bilər.
30 ildən artıq davam etmiş ərazi bütövlüyümüzün pozulmasının qarşısının alınması prosesində yüksək diplomatik gedişləri, qətiyyətli mövqeyi və əzmkarlığı ilə faktiki olaraq qlobal “xristian klubunun” bütün cəhdlərinə sinə gərməsi və nəhayət “sülhlə həllin” bütün ehtiyatları tükəndikdə, bu illər ərzində yaradılmış Azərbaycan Ordusunun “nümunəvi” döyüş yürüşü ilə cəmisi 44 gün ərzində Düşməni təslim aktını imzalamağa məcbur etməsi, Ali Baş Komandan, Prezident İlham Əliyevin dünya tarixinə düşəcək Dövlət Başçısı olmasının daha bir sübutudur.
Burada xüsusi qeyd etməyi vacib sayırıq ki, Dövlət başçısı və Ali Baş Komandan kimi İlham Əliyevin 44 günlük müharibə günlərində beynəlxalq informasiya agentlikləri və televiziyalara müxtəlif dillərdə verdiyi çoxsaylı müsahibələr, faktiki olaraq işğalçılara qarşı apardığımız ədalətli mübarizəni yeni nəsil informasiya müharibəsi kimi identifikasiya etməyə imkan verir.
Milli iqtisadiyyatın modernləşdirilməsi və dayanıqlı inkişaf halına gətirilməsi sahəsində Dövlət başçısının ötən dövrdə fəaliyyəti geniş spektrliyə malik olmaqla bərabər ardıcıllıq, dinamiklik və səmərəlilik meyarlarına görə xarakterizə oluna bilər. Məsələn, ümummilli lider Heydər Əliyevin dahiyanə düşünülmüş Neft strategiyasının imkanlarından bəhrələnərək, Milli iqtisadiyyatda hələ Sovet dövründən miras qalmış və 90-cı illərin əvvəllərində yaranmış fəlakətli xaos dövründə daha da pis forma almış tənəzzülün yaratdığı qeyri-bərabər inkişaf, regionların təbii potensialından qeyri-səmərəli istifadə, iqtisadi sistemin ciddi struktur, sosial disproporsiyası, infrastruktur problemləri və s kimi böyük məsrəf tutumlu çağırışlarının həlli üçün sistemli və proqram-məqsədli yanaşmanın tətbiqi, indiki baxış bucağından da olduqca düzgün seçim kimi dəyərləndirilə bilər.
Hesab edirik ki, bu dövrdə Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə görülmüş işlərin nəticəsi olaraq əldə olunmuş nailiyyətlərimiz, xalqımıza və dünyaya kifayət qədər bəllidir və geniş sübutlara ehtiyacı yoxdur. Ona görə də onların təhlili üzərində dayanmayaraq, nail olduğumuz inkişaf səviyyəsinin, bu illər ərzində formalaşdırılmış potensialın yaratdığı yeni çağırışların bəzilərinə diqqəti yönəltmək istərdik.
20 ildə aparılan Dövlət siyasəti sayəsində indi biz fəxrlə Azərbaycanın təkcə Cənubi Qafqaz yox, hətta daha geniş, qlobal siyasətdə yeni formatda qəbul edilən Mərkəzi Asiya regionu üçün strukturlaşdırıcı dominanta çevirilməsini müşahidə etməkdəyik. Qlobal düzənin sürətlə yeniləşdiyi müasir dövrdə milli təhlükəsizliyimizin strateji səviyyədə etibarlı təminatı üçün bu məqam fikrimizcə, xüsusi ilə önəmlidir.
Araşdırmalar göstərir ki, dünya təcrübəsində fəal mövqeyi ilə fərqlənən ölkələrdə milli təhlükəsizlik, dövlət idarəçiliyinin prioritet vəzifələrindən birinə çevrilmişdir. Belə ki, inkişafın keyfiyyət dəyişikliyinin kəsilmə xətlərində, dövlət idarəçiliyinin əsas yönləndiricisi kimi, geniş mənada milli təhlükəsizlik çağırışları əsas hədəf və idarəetmənin aparıcı funksionalına çevrilir. Ona görə də dinamik volotilliyə malik qlobal nizamda milli təhlükəsizliyinin təminatı daha sürətlə “yeni” geosiyasət mahiyyəti almaqdadır.
Hazırda geosiyasətdə aparıcı mövqeyə malik “üçüncü dalğa” konsepsiyasına əsasən modernist paradiqma, qloballşmanın şərtləndirdiyi geoiqtisadi mahiyyət üzərində formalaşır.
Yeni qlobal nizamı formalaşdıran üçüncü dalğanın mühüm əlaməti, qlobal informasiya məkanında fəaliyyət göstərən transmilli korporasiyalar, maliyyə institutları və qeyri-hökumət siyasi strukturların əsas aktorlara çevrilməsi hesab olunur.
Qloballaşma göstərir ki, müasir cəmiyyətdə, dominantlığı güclənən informasiya, iqtisadi maliyyə məkanları, güc işlətmədən qlobal resurslara əlçatanlığı təmin etdiyindən, olduqca böyük əhəmiyyət daşımaqla, daha geniş təsir gücünə malikdir. Bu fikrin sübutu və ölkəmizdə təcəssümü kimi, Prezident İlham Əliyevin 2023-cü ilin iyunun 20-də “China Media Group” media korporasiyasına verdiyi müsahibədə dediyi, “Azərbaycanın “İnkişaf hədəflərindən biri regional bağlantı mərkəzinə çevrilmək idi. Çünki xəritəyə baxsanız, Azərbaycanın coğrafi üstünlüklərini görərsiniz. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşir.”
Möhtəşəm Qarabağ Zəfərinin ötən qısa müddətdə bizim coğrafiyada yaratdığı və getdikcə şaxələnən geosiyasi və geoiqtisadi çağırışları yeni qlobal nizam çağırışları kimi qəbul edilə bilər. Yeni nizamın hərbi-siyasi, təbii-ekoloji, elmi-texnoloji tərkib hissələri sırasında üst prioritet sosial-iqtisadi komponentə məxsusdur. Bu dövrdə yaşananların ən təsirli meynstrimlərindən birini, ciddi siyasi-ideoloji məhdudiyyətlərin aradan çıxması təşkil edir. İndi əksinə, marjinal faydalılıq uğrunda mübarizədə “bazarın genişləndirilməsi” hədəfləri aktuallaşır. Sonuncu amil, bütün ölkələrdə iqtisadi dvidentlərini artırmaq istəklərini yüksəldir. Lakin nəzərə alınmalıdır ki, yaranmış şərait, əvvəlki fəaliyyət modelində ölkələrin struktur yaradıcı funksiyalarını əsaslı dəyişmiş və rolunun ciddi azalmasına rəvac vermişdir. Əvvəlki yüzillikdə hakim “iqtisadiyyatın siyasiləşməsi” meylinin, “siyasətin iqtisadiləşməsi” meyli ilə əvəzlənməsi baş verir. Yeni yanaşma dünyada qlobal gəlirin yeni faktiki olaraq “üstmilli” xarakterini formalaşdırır.
Beləliklə, dünyanın məcmu məhsuluna “Qlobal dəyər zəncirinin” həcmi kimi baxışı ehtiva edən yeni bölünmə modelləri yaranır.
Sonuncu qlobal trendin mühüm təzahürləri kimi müxtəlif formatlı dərinləşmiş regional inteqrasiya ittifaqlarının çoxalması, iri transmilli biznesin iqtisadi münasibətlərin aparıcı operatoruna çevrilməsi və s. kimi meyillərlə yanaşı, qlobal güclərin və əlverişli imkanlara malik “kiçik iqtisadiyyatlı” ölkələrin “ölkə-sistemə” çevirilmə uğrunda amansız mübarizəsinin getdikcə daha da güclənməsi aid edilə bilər.
Yeni qlobal çağırışlar sırasında Azərbaycan üçün aktuallığı hər ötən gün daha da dərinləşən, Qədim İpək yolunun 44 günlük Qarabağ Zəfəri ilə şərtlənən yeni geoiqtisadi inkişaf potensialı xüsusi ilə əhəmiyyətlidir. Cənubi Qafqazda və geniş Mərkəzi Asiyada geoiqtisadi inkişaf baxımından mühüm dəyişiklərin əsası mahiyyət etibarı ilə keçən əsrin 90-cı illərin ortalarından, Bakı -Tbilisi- Ceyhan neft kəməri və Traseka xəttinin yaradılması ilə başlamışdır. Mərkəzində Azərbaycanın təbii ehtiyatları və dahiyanə düşünülmüş inkişaf strategiyasının dayandığı bu iki layihə, sonrakı dövrlərdə geniş bir ”dəyər zəncirinə” çevirilməklə kompleks xarakter almışdır. İndi bu “klassik” nəqliyyat layihələri böyük bir coğrafiyada onlarla ölkənin milli maraqlarının təminedicisinə çevirilmişdir və bu proses sürətlə dərinləşməkdədir.
Yeni dünya düzənində daha təsirli mövqe tutmağı hədəfləyən Çinin “Bir kəmər, bir yol” təşəbbüsü, Qarabağ Zəfəri fonunda, İpək yolunu geoiqtisadi inkişafın yeni keyfiyyət amilinə çevirmişdir. Rusiya-Ukrayna konfliktinin qlobal fazaya keçməsi isə Azərbaycanın Avropanın enerji təminatındakı mühüm rolunun daha da yüksəlməsini təmin etmişdir. İndi, bir vaxtlar “bəyənilməyən” Cənubi Qafqaz Qaz dəhlizi Avropanın “xilasedici kəmərinə” çevirilməkdədir. Azərbaycanın yaradıcısı və söz sahibi olduğu bu dəhlizin ötürücülük gücünün təcili artırılması haqqında müzakirələr sürətlə intensivləşmədədir.
Artıq dünya səviyyəsində geosiyasi və geoiqtisadi düzəndə əsaslı dəyişikləri şərtləndirəcək, Orta koridorunun formalaşması müzakirələrinin də faktiki olaraq sona çatmasını proqnozlaşdırmaq olar.
İqtisadi fəaliyyətin dekorbonizasiyasını hədəfləyən Yaşıl iqtisadiyyatın qurulması istiqamətində, Xəzərin təbii dalğa potensialının enerji mənbəyinə çevirilməklə Avropaya nəqli layihələri isə, iqtisadiyyatımızın inklyuzivliyinin gücləndirilməsi və innovativliyinin yüksəldilməsinə çox ciddi töhfələr hesab oluna bilər. Bu sırada məhz Azərbaycanın “drayverliyi “ ilə Turan birliyinin formalaşması proseslərinin xüsusi qeyd edilməsi olduqca vacibdir. Hesab edirik ki, sürətlə yeniləşən belə yeni cağırışlar, onların faktiki və potensial generasiya mənbəyinə çevirən Azərbaycanın struktur yaradıcı rolunu daha da artırır. Bu isə Azərbaycanın və onun tərəfdaşlarının inkişafı və dövlətimizin qüdrətinin artmasına səbəb olacaqdır.
Beləliklə, müstəqillik tariximizin son 20 ilində Dövlət Başçısı kimi xalqın ümidlərini və arzularını reallığa çevirməklə bərabər, ölkəmizin uzun müddətli strateji perspektivdə dominant mövqeyini möhkəmləndirəcək əsasların yaradılmasında fövqəladə nəticələr əldə etmiş İlham Əliyevin yeni dövrdə də Azərbaycan Prezidenti kimi mühüm işlər aparır. Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin dediyi kimi, İlham Əliyevə özü kimi inanır. İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi, həm də fikrimizcə bütün Dünyaya yayılmış 50 milyonluq Azərbaycan Xalqının İstəyi, İnamı və Tələbidir.
Hörmətli həmvətənlər!
Ülvi bəşəri hisslərin daşıyıcısına çevrilən, yeniləşdirici gücə malik Novruz bayramı bu gün də insanlar arasında səmimi münasibətlərə yol açaraq dostluq, mərhəmət və xeyirxahlıq duyğularını möhkəmləndirir, cəmiyyətimizin vahid məfkurə ətrafında inkişafının ahəngdarlığını təmin edir. Milli varlığımızın ayrılmaz parçası saydığımız və yad təsirlərdən qoruduğumuz Novruz ənənələri mənəvi sərvətlərimizə hörmətlə yanaşmağımızın yüksək ifadəsi, eyni zamanda bəşər mədəniyyəti xəzinəsinə qiymətli töhfəmizdir.
Xatirəsini daim minnətdarlıqla andığımız şəhidlərimizin öz canları, qanları bahasına azadlıq bəxş etdikləri əzəli torpaqlarımızda gerçəkləşdirilən irimiqyaslı layihələr, geniş vüsət alan quruculuq işləri və əhalimizin doğma yurdlara qayıdışı ilə yenidən canlanan həyat yaz fəslinin Odlar diyarına builki gəlişinə xüsusi ab-hava qatır və rəmzi məna qazandırır.
Bu əlamətdar bayramın hər evə, hər ocağa yeni sevinc, bol ruzi-bərəkət və firavanlıq gətirməsini arzu edirəm.
Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bu əziz bayram günlərində hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayıram.

Teymur Hacıyev
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi
polis general-mayoru