Gündəm, Ölkə, Bölgə
27 may 2024
172

Quba RİH başçısı İlqar Mahmudov ölkə başçısı İlham Əliyevin etimadını yüksək səviyyədə doğruldur

Quba RİH başçısı İlqar Mahmudov ölkə başçısı İlham Əliyevin etimadını yüksək səviyyədə doğruldur
Əziz oxucularımız bu gün söz açdığımız insan Azərbaycanın tərəqqi yolunda özünəməxsus yolu ilə seçilən, abadlıq-quruculuq işləri ilə məşğul olan, Allahın haqq yolu ilə gedən, həmişə kimsəsizlərin və şəhid ailələrinin yanında olan Quba rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov haqqında danışacağıq.
Respublikamızın bütün şəhər və rayonlarında genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılır, səliqə-sahman yaradılır. Görülən işlər kampaniya xarakteri daşımır, şəhər, qəsəbə və kəndlərimizin simasının daha da yaxşılaşdırılmasına, baxımlı olmasına xidmət edir. Bu baxımdan Quba rayonunda görülən işlər, həyata keçirilən tədbirlər diqqəti cəlb edir.
Ölkə iqtisadiyyatının bütün sahələri üzrə sürətli inkişaf gedir, bu da insanların rifahının yüksəlməsinə xidmət edir. Quba Rayon İcra Hakimiyyəti də dinamik yüksəliş üçün bütün zəruri tədbirləri həyata keçirməyə, ölkədəki inkişaf prosesinə layiqli töhfəsini verməyə çalışır. Bu baxımdan ölkənin Quba rayonunda görülən işlər, həyata keçirilən tədbirlər diqqəti cəlb edir. İnsanların sağlam və təhlükəsiz yaşayışının, asudə vaxtlarının səmərəli təşkilinin təmin edilməsi, habelə ətraf mühitin mühafizəsi və bərpası məqsədilə rayonda genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Quba rayonu həm də turistlərin ən çox səfər etdiyi bölgələrimizdən biridir. Bunun üçün də Qubada turistlərin səmərəli istirahəti üçün hər cür şərait yaradılmışdır.
Bir az bundan öncə təsadüfən yolum Quba rayonuna düşdü. Yol gedərkən ətrafı seyr edirdim, burda hər bir tikili, hər bir ağac, hər bir çiçək və qurulan hər bir məkan sanki yüksək peşəkarlıq nümunəsi ilə yaradılmışdır. Peşə fəaliyyətim bağlı olaraq buraların kimə məxsus olduğunu və kim tərəfindən inşa olduğunu maraqlanmağa başladım. Dindirdiyim hər bir sakini ağız dolusu ilə bir şəxs haqqında özlərinə çox yaxın bildiklərini, istər mühüm dövlət, istərsə də el tədbirlərində özünün vətəndaşlıq borcunu yüksək səviyyədə yerinə yetirən icra başçısı İlqar Mahmudovdan danışdılar.
...Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Quba rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov vətənə ləyaqət nümunəsi sayılacaq vətənpərvər insanlardan biridir. İlqar müəllimin müsbət keyfiyyətləri haqqında daha çox yazmaq olar. Sizi Quba rayonuna seyr etməyə dəvət edirik, hər şeyi öz gözünüzlə açıq-aşkar görə bilərsiniz.
İcra başçısı İlqar Mahmudov şəhid ailələri, qazilərə, ahıl və kimsəsizlərə həmişə qayğı göstərərək onların yanındadlr. İlqar müəllim Ulu Öndəri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev cənablarının daxili və xarici siyasətini həmişə dəstəkləmişdir. Və ölkə Prezidentin verdiyi əmr və sərəncamlarına yüksək səviyyədə riayət edir.
Bizdə Redaksiya olaraq İlqar müəllimi və tabeçiliyndə olan bütün əməkdaşlarına uzun ömür, can sağlığı, işlərində müvəffəqiyyətlər arzu edirik.

Dilşad Əhmədova
Baş redaktor