Gündəm, Ölkə
13 iyun 2024
158

Ömrünü təhsilə həsr edən şəxsiyyət

Ömrünü təhsilə həsr edən şəxsiyyət
Bütün ömrünü elm və təhsilə həsr edən Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru Bərxudar Bərxudarov, sözün əsl mənasında, əsl vətəndaş, ziyalıdır. Təhsil müəssisəsinin rəhbərinin gənc nəslə bəxş etdiyi biliklər onun mənəvi paklığından, intellektinin yüksəkliyindən, şəxsiyyətinin ucalığından qidalanır. Məhz bu keyfiyyətlərə sahib olan Bərxudar müəllim elmi-pedaqoji sahədə böyük uğurlara imza atıb. O, bunu çoxillik gərgin və halal zəhməti, istedadı və yüksək insani keyfiyyətləri ilə qazanıb. Bir təhsil müəssisəsinin rəhbəri kimi Bərxudar Bərxudarovun fərqləndirən cəhət xarakteri, müəllim və tələbə heyətinə olan diqqəti, irəli sürdüyü fikir və mülahizələrdəki novatorluq ilə bağlıdır. O, elmi, pedaqoji yeniliyi görən, ona xüsusi dəyər verən bir şəxsiyyətdir.
Məlumat üçün onu da bildirək ki, Bərxudar müəllim tədris prosesinin təkmilləşdirilməsinə dair bir sıra təklif, fikir və mülahizələrlə çıxış edib. “Azərbaycanda dərin savada, biliyə, ixtisasa malik olan müəllimlər var və onlar cəmiyyətin çox hissəsini təşkil edirlər. Müəllimin gənc nəslə bəxş etdiyi biliklər onun mənəvi paklığından, intellektinin yüksəkliyindən, şəxsiyyətinin ucalığından qidalanmalıdır. Məhz bu keyfiyyətlərə sahib olan Bərxudar Bərxudarov elmi-pedaqoji sahədə böyük uğurlara imza ata bilər”, - deyən müsahibimiz, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru Bərxudar Bərxudarovun fikrincə, ali təhsil ocağında tədris prosesinin keyfiyyətini yüksəltmək üçün müəllimlər tələbələri lazımi ədəbiyyata yönəltməli, dərslərdə və daha sonra seminarlarda mövzuları araşdırmalı, imtahana hazırlıq dövründə imtahan suallarını tələbələrlə birlikdə araşdırıb işləməlidirlər. Çünki tədris elə prosesdir ki, onu təkmilləşdirmək üçün üzərində daim işləmək lazımdır.
Bərxudar müəllim fəaliyyət göstərdiyi illər ərzində bir çox təhsillə bağlı əsərlərin və həmçinin də Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinə verdiyi töhfə haqqında məqalələrin müəllifidir. Bu uğurların arxasında böyük zəhmət, əziyyətlə yanaşı, təcrübə dayanır. Bərxudar müəllim bütün bunlarla kifayətlənmir, tədrisi daha maraqlı etmək üçün daim yeni metodikalar axtarışındadır. O, dərslərini interaktiv şəkildə keçməyi üstün tutur və bu, tələbələr tərəfindən çox bəyənilir. Gördüyü işi sevən, ona hər zaman məsuliyyət hissi ilə yanaşan professor Bərxudar Bərxudarov deyir: “Ən böyük məqsədim cəmiyyətimiz üçün savadlı və peşəkar kadrlar yetişdirməkdir. Ən böyük arzum isə Ulu Öndər Heydər Əliyevin “Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir” sözlərinə layiq olmaqdır”.
Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru Bərxudar Bərxudarov: 15 iyun “Qurtuluş” günü və müqəddəs “Qurban” bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm.

Dilşad Əhmədova
Baş redaktor