Gündəm, Ölkə
15 iyun 2024
201

ƏMƏLİSALEH, İMANLI, VİCDANLI, VƏTƏNPƏRVƏR, İŞİNİN PEŞƏKARI – XALİD İMANOV

ƏMƏLİSALEH, İMANLI, VİCDANLI, VƏTƏNPƏRVƏR, İŞİNİN PEŞƏKARI – XALİD İMANOV
“Mərcan” şirniyyat evinin rəhbəri Xalid İmanov: “Dünya müsəlmanlarının mənəvi həmrəyliyinin təcəssümü olan Qurban bayramında mömin insanlar Allah və din yolunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirmək fürsəti qazanır, Uca Yaradana yaxınlığın sevincini yaşayırlar.
Bəşər mədəniyyətinə və elmi-fəlsəfi fikir xəzinəsinə misilsiz töhfələr vermiş Azərbaycan xalqının dünyagörüşünün təşəkkülündə və milli-mədəni inkişafında İslam dini mühüm mərhələ təşkil edir. Ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları ölkəmizdə qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühitinin formalaşmasında və etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında mütərəqqi islami dəyərlərin rolu danılmazdır”.
Dini bayramların, o cümlədən Qurban mərasimlərinin cəmiyyətimizdə milli-mənəvi birliyin, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsinə çevrilib. Bu mübarək bayram günlərində ölkəmizin hər yerində geniş xeyriyyəçilik və sosial yardımlaşma tədbirləri həyata keçirilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur.
“Xalqımızın firavanlığı və əmin-amanlığı naminə etdiyiniz duaların və kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunması diləyi ilə bir daha hər birinizə səmimi təbriklərimi çatdırır, ailələrinizə firavanlıq, süfrələrinizə xeyir-bərəkət arzulayıram”.
Dünya xalqlarının tarixində elə günlər olur ki, həm gün bir millətin, dövlətin taleyini həll edir. Azərbaycan xalqının da taleyini dəyişən, gələcək həyatını müəyyənləşdirəcək həmin gün 15 iyun Milli Qurtuluş Günüdür. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdışı milli birliyimizdən doğan tarixi hadisə idi. Dövlətçiliyimizin, millətimizin ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biri olan Milli Qurtuluş Günü tariximizə qızıl hərflərlə yazıldı. Bu gün sadəcə təqvim bayramı deyil, böyük siyasi yükü olan tarixi hadisədir.
Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas olunmasında müstəsna rol oynayan Ulu öndər Heydər Əliyevin gəlişindən sonra xalqımız, dövlətimiz yox olmaqdan xilas oldu: “Milli azadlıqları uğurunda mübarizə aparan xalqlar kimi biz də dövlət quraraq onun mövcudluğunu qoruyub saxlamağa çalışdıq. Amma siyasi xərc-mərclik, xaos, Qarabağda başlayan müharibə və onun acı nəticələri bizi “var” və “yox” olmaq dilemması qarşısında qoydu. Təəssüf ki, siyasi rəhbərlikdə təmsil olunan bir qrup səriştəsizlərin cılız maraqları, qeyri-peşəkar idarəçiliyi bizi “yox” olmağa doğru aparırdı. Belə bir həssas dönəmdə xalqımız öz gələcək taleyi üçün xilaskar lider axtarışına çıxdı. Həmin fenomen şəxsiyyəti dövlət rəhbərliyinə gətirmək üçün bir qrup ziyalı Naxçıvana üz tutdu. Müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka sahibi, müdrik dövlət xadimi olan Heydər Əliyev Naxçıvandan Bakıya dəvət olundu və xalqı öz arxasınca apardı. Azərbaycanda milli tərəqqi, milli oyanış, müstəqil dövlət quruculuğu məhz Heydər Əliyev adı ilə bağlıdır. Hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə ölkəmizin maraqlarını hər şeydən üstün tutan, iqtisadiyyatımızın, mədəniyyətimizin, idmanın, səhiyyənin – bütün sahələrin inkişafında silinməz izlər qoyan, kadr potensialının hazırlanması üçün əlindən-gələni edən Ulu öndər hər zaman böyük məsuliyyətin, ağır yükün altına girərək dövlətçiliyimizi, xalqımızı qorudu.
Milli-mənəvi dəyərlərimizin qorunması, azərbaycançılıq ideologiyasının sistemli hala salınması üçün böyük zəhmətlər çəkən Ulu öndər hələ birinci rəhbərliyi dövründə ölkəmizdə milli şüurun oyanışı istiqamətində xeyli işlər gördü. Azərbaycanın inkişafının başlanğıcı Ulu öndərin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir”.
Heydər Əliyev milli həmrəyliyi Azərbaycanın dövlət siyasətinin ana xəttinə çevirməyi bacardı: “O, böyük siyasi düşüncə sahibi, strateq idi. Güclü azərbaycançılıq məfkurəsi gənclərimizin milli ruhda böyməsini şərtləndirdi. Torpaqlarımızın işğalı ilə heç zaman barışmayan, erməni işğalçılarının bizə yaşatdıqları faciələri unutmayan, düşmənə nifrət, vətənə sevgi hislərilə böyüyən gənclərimiz Ulu öndərin reallaşdırdığı milli ideologiya ilə yoğrulmuşdular. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu gücləndi, gənclərimiz vətənpərvərlik hissi ilə silahlandı, müdafiə olunan bir dövlətdən hücuma keçən, diktə edən bir dövlətə çevrildik. Ölkəmizdə həyata keçirilən bütün sosial, iqtisadi, hərbi proqramlar, milli, mənəvi vətənpərvərlik ruhunun qaldırılması istiqamətində görülən işlər sayəsində xalqımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı erməni işğalçılarından təmizlədi. Bu gün üçrəngli bayrağımız Qarabağ və Şərqi Zəngəzurun hər bir guşəsində dalğalanır. Bu, Ulu Öndərin ən böyük arzusu idi. Öz suverenliyinə qovuşan Azərbaycan önəmli söz sahibinə çevrilib. Zəfərimizin deoloji təməli Heydər Əliyev tərəfindən qoyulmuşdu. Bu gün Ulu Öndərin ruhu şaddır. Çünki Azərbaycan Prezidenti İlham Əliyev ata vəsiyyətini, bir nömrəli missiyanı uğurla həyata keçirdi”.
Azərbaycan xalqını 15 iyun Milli Qurtuluş günü və müqəddəs Qurban bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Ölkəmizdə həmişə sülh və firavanlıq olsun.

ƏMƏLİSALEH, İMANLI, VİCDANLI, VƏTƏNPƏRVƏR, İŞİNİN PEŞƏKARI – XALİD İMANOV