Gündəm, Ölkə
24 dekabr 2022
322
VƏTƏNİNƏ VƏ MİLLƏTİNƏ HƏDSİZ SEVGİ
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. O da həqiqətdir ki, Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi, ümumilikdə, rasional davranış modeli sayəsində mümkün olub. Prezident İlham Əliyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir.
Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Xalqın lideri ilk növbədə insanları ümumi ideya, prinsip, məqsəd ətrafında birləşdirməyi bacarmalıdır. Ulu öndər Heydər Əliyevin yetkin bir məfkurə kimi xalqımıza təqdim etdiyi azərbaycançılıq ideologiyasının əsasını təşkil edən dövlətçilik, vətənpərvərlik, ənənələrə bağlılıq prinsipləri bu gün milli birliyin əsas təminatçısı kimi çıxış edir. Bu prinsiplərə sadiqliyini qoruyub saxlayan Prezident İlham Əliyev isə Öz fəaliyyəti ilə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı, innovasiyalara tez uyğunlaşmaq bacarığı, dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin stabil milli maraqlarını qoruya bilmək qabiliyyəti ilə Özünün əsl siyasi lider olduğunu isbatlayıb.
24 dekabr hörmətli prezidentimizin doğum günüdür. Bu münasibətlə bütün kollektivim adından və şəxsən öz adımdan liderimizi səmimi qəlbdən təbrik edirəm.
Hörmətli Prezidentimiz!
Sizi doğum gününüz münasibətiylə səmimi qəlbdən təbrik edir və ən xoş arzularımızı bildirirəm. Müstəqil Aqzərbaycan dözlətinin memarı, ümumilli liderimiz Heydər Əliyev kursunun layiqli davamçısı Azərbaycan Respublikasının prezidenti kimi ölkəmizin, xalqımızın dini-mənəvi dəyərlərinin qorunub saxlanması naminə həyata keçirdiyiniz şərəfli və məsuliyyətli fəaliyyətinizdə Sizə uğurlar, möhkəm can sağlığı, uzun ömür, çəxsi həyatınızda ailə səadəti və xoşbəxtlik arzulayıram. Fürsətdən istifadə edib qarşıdan gələn yeni ilinizi və əsası Ulu Öndər tərəfindən qoyulmuş 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibəti ilə də ürəkdən təbrik edirəm.
İlham Əzimov
Bərdə 28 saylı Yol İstismar İdarəsinin rəisi
Daha çox xəbər:
Naxçıvan MR Baş Polis İdarəsinin rəisi Süleyman Nemətov: 31 dekabr Dünya Az ...
Gündəm, Cəmiyyət, ÖlkəQalib Xalqın qalib Sərkərdəsi: İlham Əliyev
Gündəm, Siyasət, CəmiyyətMüzəffər Ali Baş Komandan Sizi doğum gününüzü təbrik edirik!
Gündəm, SiyasətHeydər Əliyev – dahi şəxsiyyət və tarix yazmış fenomen
Gündəm, Siyasət, CəmiyyətQurtuluş Günü - Müasir Azərbaycanın inkişafının başlandığı tarix
Gündəm, Siyasət, Cəmiyyət, Ölkə