Gündəm
22 iyul 2021
305

Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfael Mehrəliyev: Qurbanlıq bayramı Azərbaycan Milli Mətbuat günü ilə bir gün fərqi olması məni sevindirir

Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfael Mehrəliyev: Qurbanlıq bayramı Azərbaycan Milli Mətbuat günü ilə bir gün fərqi olması məni sevindirir

Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində keçirilir.
22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.
Hamımıza məlumdur ki Azərbaycan mətbuatı çox vaxt fərdi şəxlər tərəfindən qazet, jurnal və xəbər saytları şəklində çalışırlar. Dövlət tərəfindən maliyələşmədiyi üçün Azərbaycan mediya nümayəndələri çox vaxt imkanları məhdud olan ziyallılardır.
Bu səbəbdəndə bu il Azərbaycan Milli Mətbuat gününün qurban bayramı ilə birgün fərqi olması məni sevindirir. Sevinirəm ki Azərbaycanda kəsilən qurbanlardan bu ziyallılarımızada bir pay düşəcək. Və xalqımızın hər süfrəsi qurban əti ilə bəzənəcək.
İslam dininin ən vacib dini tələblərindən biri də, Qurban bayramıdır. Üç səmavi dinin - yəhudilik, xristianlıq və İslamın hər üçündə müxtəlif formada qurbanlıq mövcuddur. Lakin İslamda bu ayin xüsusi mahiyyət və əhəmiyyət kəsb edir.

Şəriətə görə, qurbanlıq heyvanın qüsuru olmamalı və onu kəsən bıçağa xüsusi qurban duası oxunmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoç ən azı altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. Bir qurbanlıq heyvan yeddi dindarın adından kəsilə bilər, lakin fərdi qurban daha savablı sayılır.

Qurban bayramı müsəlman ruhaniləri tərəfindən İbrahim peyğəmbərin (Ə) öz oğlu İsmayılı Allahın şərəfinə qurban kəsmək niyyətini bildirən hadisə ilə əlaqələndirilir. Allah öz sevimlisi İbrahim peyğəmbərin (Ə) sadiqliyini sınamaq üçün ondan yeganə oğlu İsmayılı qurban kəsməyi tələb edir və İbrahim peyğəmbər (Ə) gözünü qırpmadan oğlunu yerə yıxıb başını kəsərkən, Allahın göndərdiyi mələk Cəbrayıl (Ə) göydən enib onun əlini saxlayıb, Allahın İbrahimdən (Ə) razı qaldığını bildirib və oğlu İsmayılın əvəzinə Tanrının göndərdiyi qoyunu kəsməyi təklif edir. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana “İsmayıl qurbanı” da deyirlər. Çox sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması Peyğəmbərin (Ə) Allah qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutudur.

Bu andan etibarən dindarlar hər il ev heyvanlarından birini Allahın şərəfinə kəsib, Ona öz itaətkarlıqlarını bildirirlər. Ömründə bir dəfə vacib Məkkə və ya Həcc ziyarətinə getməsi və orada qurban kəsməsi də dindarın mühüm borcu hesab olunur.

Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və sevincinə şərik olmaqdır. Beləliklə, bu bayramın və ayinin də əsasında xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur.
Məndə xalqımızı Qurban bayramı və Milli Mətbuat günü münasibəti ilə təbrik edirəm.