Gündəm
18 iyun 2021
2375
Xaçmaz rayon Polis Şöbəsinin rəis müavini Vüqar Orucov: Heydər Əliyev xalqın keşiyində duran polis sisteminin inkişafında əvəz olunmaz fədakarlığı...
Müstəqillik əldə edildikdən sonra isə Heydər Əliyevin birbaşa rəhbərliyi ilə Azərbaycanda demokratik hüquqi dövlət quruculuğunun möhkəm əsasları qoyulmağa başladı.
Xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olmasını, idarəçiliyin hakimiyyət bölgüsü prinsipi ilə təşkil edilməsini təsbit edən Azərbaycanın ilk Konstitusiyası 1995-ci ildə məhz Heydər Əliyevin sədrliyi ilə hazırlandıqdan sonra referendum yolu ilə qəbul olundu.
Bu sonralar həyata keçiriləcək hüquqi-demokratik islahatlar üçün möhkəm və əsaslı bazaya çevrildi. Ölkəmizin Avropa təsisatlarına (AŞ və s.) inteqrasiyası məqsədilə beynəlxalq konvensiyalara əsaslanan bir sıra qanunlar işlənib hazırlandı. Fikrimizcə, bu normativ-hüquqi aktların qəbulunu Azərbaycanın beynəlxalq hüququn subyektinə daxil olması baxımından ən vacib addımlardan biri kimi qiymətləndirmək olar.
Ümummilli lider Heydər Əliyev yaxşı bilirdi ki, sağlam vətəndaş cəmiyyəti qurmaq, güclü Azərbaycan dövləti yaratmaq üçün başlıca amil sabitlik və əmin-amanlıqdır. Yalnız ictimai asayişin bərqərar olduğu cəmiyyətdə inkişaf mümkündür. Buna görə də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə əsaslı islahatlar davam etdirilərək qanun yaradıcılığı sahəsində ciddi nailiyyətlər əldə olundu. Ümummilli lider Heydər Əliyev hələ 1994-cü ildə “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında” fərmanı imzalamaqla dövlət quruluşunun mühafizəsinə və insan hüquq və azadlıqlarına yönələn cinayətkar qəsdlərə qarşı mübarizədə əsaslı dönüş yaratdı. Aparılan islahatlar nəticəsində ölkədə cinayətkarlığın sayı, demək olar ki, minimuma endirildi. Sabit, güclü və işlək qanunların yaradılması cəmiyyətin ehtiyaclarından irəli gəlirdi. Əslində bu, eləcə də digər normativ aktların və hüquqi sənədlərin qəbulu 1994-1996-cı illərdə dövlətə qarşı cinayətkar qəsdlərlə üzləşən Azərbaycan cəmiyyətinin və Azərbaycan vətəndaşının sosial sifarişinin nəticəsi idi. Azərbaycan Respublikasının Prezidenti ümummilli lider Heydər Əliyevin 24 may 1998-ci il tarixli fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul “Azərbaycan Polisi günü” elan olundu.
Çox keçmədi “Məhkəmələr və hakimlər”, eləcə də “Prokurorluq haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunlar hazırlanaraq qüvvəyə mindi. Penitensiar sistemdə əsaslı islahatların həyata keçirilməsi üçün ciddi hüquqi tədbirlərə başlanıldı. Hüquq sisteminin heç bir sahəsi islahatlardan kənarda qalmadı.
Heç şübhəsiz ki, ümummilli lider Heydər Əliyevin hüquqi-demokratik dövlət quruculuğu ilə bağlı xidmətləri böyük bir elmi araşdırmanın mövzusudur və hesab edirəm ki, bu uzun illər hüquq elminin tədqiqat obyekti olacaq. “Polis haqqında” Qanunun qəbulu isə ölkədə vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanının yaradılması demək idi. Qanun, insan hüquq və azadlıqlarını təmin etmək və polisin fəaliyyətini tənzimləmək baxımından son dərəcə böyük əhəmiyyətə malikdir. Həmin qanunla polisin fəaliyyətini tam tənzimləyən hüquqi əsasları yaradıldı. Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan polisin təyinatı həmin qanuna görə vətəndaşların həyatını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətlərini hüquqazidd əməllərdən qorumaqdan ibarətdir.
Beləliklə, bütövlükdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunmuş qanunlar və imzalanan fərmanlar müstəqil Azərbaycanda demokratik cəmiyyət quruculuğu istiqamətində möhkəm hüquqi bazanı formalaşdırdı. Hazırda Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində hüquqi-demokratik islahatların bazası daha da genişləndirilir və zənginləşdirilir. Bu, hüquq- mühafizə sistemində, habelə polis orqanlarında çalışanların qarşısına yeni və mühüm vəzifələr qoymaqla yanaşı, onların məsuliyyətini daha da artırır və bu şərəfli peşədə çalışmaq üçün hər bir polis əməkdaşına stimul verir.

Daha çox xəbər:
Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Qabil oğlu Məmişov: Qurtul ...
Gündəm1995-Cİ İLİN MART HADİSƏLƏRİ AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNƏ QARŞI XƏYANƏTKARLIQ ...
Gündəm, Siyasət, CəmiyyətEldar Quliyev: Xocalı soyqırımına siyasi-hüquqi qiymətin verilməsi ümummill ...
SiyasətBakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Mehralıyev Rəf ...
GündəmBu gün Azərbaycan əlifbası və dili günüdür
Ölkə