Ölkə
16 noyabr 2020
292
Azərbaycanın qələbəsini şərtləndirən daxili və xarici faktorlar
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başladı. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi, uzun illər ərzində işğal altında qalan Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini, Qarabağın incisi olan Şuşa şəhərini işğaldan azad etdi. Beləliklə, 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi.
Təbii ki, bu qələbəni şərtləndirən bir sıra daxili və xarici faktorlar mövcuddur. Həmin faktorlar olmadan qısa bir vaxt ərzində torpaqları işğaldan azad etmək və qələbəni təmin etmək mümkün olmazdı. Xalq-Prezident birliyi, ölkə rəhbərinin düzgün xarici siyasəti, Ali Baş Komandanın dərin və sistemli ordu quruculuğu siyasəti, düşmən üzərində son illərdə əldə edilmiş qələbələr, bir sıra ölkələrlə uğurlu hərbi əməkdaşlıq, müharibəyə hazırlıq səviyyəsi, Azərbaycan dövlətinin silahlı qüvvələrə dair quruculuq siyasəti, dövlətimizin regional və qlobal mövqeyinin güclənməsi və digər bir sıra faktorlar Vətən müharibəsində qələbəmizin təmin olunmasını şərtləndirdi.
Güclü və iradəli Prezident, Ali Baş Komandan İlham Əliyev
Səmərəli təlim keçmiş, texniki cəhətdən tam təchiz olunmuş müasir bir ordu.
Azərbaycan əsgər və zabitlərinin yüksək mənəviyyatı və hazırlığı.
Səlahiyyətli hərbi planlaşdırma, döyüş əməliyyatlarının hərtərəfli hazırlığı.
Ordu ilə xalqın birliyi.
İnkişaf etmiş hərbi-sənaye kompleksi.
Güclü və çoxşaxəli iqtisadiyyat.
Hərbi əməliyyatların beynəlxalq müdafiəsinə yönəlik əhatəli və çoxistiqamətli diplomatik fəaliyyət.
Düşmənin informasiya təxribatlarının neytrallaşdırılması istiqamətindəki fəaliyyət.
Geosiyasi vəziyyətin düzgün qiymətləndirilməsi və hərbi əməliyyatlar üçün düzgün zamanın seçilməsi.
Sentyabrın 27-dən başlanan prosesin bütün nəticələrinin mərkəzində, sözsüz ki, Ali Baş Komandan İlham Əliyev özü dayanır. Bütün prossesin onun nəzarəti və rəhbərliyi ilə həyata keçirildiyi hər kəsə aydındır. Qarabağ torpaqlarının itirilməsi kimi tarixi bir ləkəni Azərbaycanın üzərindən silmək kimi ağır, eyni zamanda şərəfli bir missiyanı üzərinə götürmüş cənab İlham Əliyevin Ali Baş Komandan kimi istər siyasi, istərsə də hərbi proseslərin hər anına birbaşa nəzarət etməsi onun güclü iradə və qətiyyətindən irəli gəlir.
Uzun illər ərzində ordu quruculuğu sahəsində aparılan sistemli fəaliyyət, qələbəyə hesablanmış hərbi hazırlıq və döyüş əməliyyatlarının planlaşdırılmasındakı dəqiqlik göz önündədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ordunun maddi-texniki bazasının gücləndirilməsi, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlər öz bəhrəsini verdi. Ordunun gücü, döyüş qabiliyyəti həm də döyüş texnikalarıyla, silah-sursatla bağlıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il dekabrın 16-da Müdafiə Sənayesi Nazirliyinin yaradılması haqqında imzaladığı sərəncam ordu quruculuğunun daha dinamik aparılmasının təmin edilməsi baxımından olduqca vacib idi. Nəticədə qısa müddətdə silah, hərbi sursat istehsalına başlanıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır" inamı ilə ordu quruculuğunun bütün parametrlərinin (maddi-texniki bazanın möhkəmləndirilməsi, ordu quruculuğunun ardıcıllıq və davamlılıq prinsiplərinin qorunması, yeni təfəkkürə malik zabit kontingentinin, ordu quruculuğu siyasətinin formalaşdırılması və s.) genişləndirilməsini, bu parametrlərin vəhdətini təmin etdi. Ordumuz qısa müddətdə nizami ordu kimi formalaşdı. Ali Baş Komandan, prezident İlham Əliyevin “Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik” sözləri tam olaraq öz təsdiqini tapdı.
Düşmən üzərində qələbəni təmin edən digər bir faktor isə heç şübhəsiz ki, xalq-ordu-dövlət birliyinin ən yüksək səviyyədə olmasından ibarət oldu. Xalq və ordu, o cümlədən xalq və dövlət arasındakı birlik düşmən üzərində qələbənin əldə edilməsində, işğal edilmiş torpaqlarımızın azad edilməsində mühüm rol oynadı. Hələ 12 iyul tarixində Ermənistan silahlı qüvvələrinin bütün beynəlxalq hüquqi normaları pozaraq Azərbaycan dövlət sərhəddinə silahlı müdaxiləsi Azərbaycan xalqını dövlət, xalq və vətən naminə yenidən ayağa qaldırdı. Bütün Azərbaycan xalqı dövlət və ordu ilə çox ciddi həmrəylik sərgilədi. Qısa vaxt ərzində on minlərlə könüllü cəbhəyə getmək üçün hərbi komissarlıqlara müraciət etdi. Ordumuzun uğurlu əks-hücum əməliyyatları, kəndlərimizin, qəsəbələrimizin, şəhərlərimizin düşməndən azad edilməsi xalqımız tərəfindən böyük sevinc və ruh yüksəkliyi ilə qarşılandı. Xalq əmin idi ki, ordumuz qısa zamanda torpaqlarımızı azad edərək ərazi bütövlüyümüzü təmin edəcək. Xalqın orduya və dövlətə olan inamı, ölkədə olan həmrəylik, siyasi sabitlik müsbət mənada öz sözünü dedi.
Heç şübhəsiz ki, qələbənin əldə edilməsi üçün müharibənin aparılması həm də böyük maliyyə tələb edir. Bu baxımdan uzun illər ərzində həyata keçirilən islahatlar, neft və qaz gəlirlərindən əldə edilən vəsaitin iqtisadiyyatın şaxələndirilməsinə yönəldilməsi istiqamətində aparılan düşünülmüş və sistemli fəaliyyət özünü tamamilə doğrultmuş oldu. Hələ 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icrasına başladığı çox qısa bir müddətdə İlham Əliyevin ölkəmizin inkişaf prioritetlərini müəyyən edən “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” imzaladığı fərman, az sonra davamlı və tarazlı inkişafın təmin edilməsinə yönəldilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nın (2004-2008-ci illər) təsdiq edilməsi, neft ixracından əldə ediləcək vəsaitlərin səmərəli idarə olunması və istifadəsi ilə bağlı məsələlərin əks olunduğu “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” 2005-ci il 31 may tarixli Fərman, 2004-cü ildə qəbul edilən “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya” (2005-2025), qeyri-neft sektorunun inkişaf etdirilməsi, sahibkarlığın inkişafı və bazar mühitinin yaxşılaşdırılması, o cümlədən dövlət maliyyə sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən fəaliyyət güclü iqtisadiyyatın formalaşması və nəticə etibarilə davamlı maliyyə imkanları əldə etmək baxımından olduqca əhəmiyyətli idi. Son 15 il sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə xarakterizə edilməklə Azərbaycan iqtisadiyyatı üçün olduqca uğurlu olmuşdur. Əldə olunan uğurları, ilk növbədə, ölkə rəhbərliyinin siyasi iradəsi və qətiyyətli addımları, ictimai-siyasi sabitliyin qorunub saxlanılması, dövlət idarəçiliyinin səmərəli təşkili, vahid dövlət siyasətinin həyata keçirilməsi, iqtisadi inkişafda əsas hədəflərin dəqiq müəyyən edilməsi, islahatların davamlı xarakter daşıması, cəmiyyətin real ehtiyaclarının ödənilməsinə yönəldilmiş dövlət proqramlarının reallaşdırılması təmin etmişdir.
Yuxarıda da qeyd etdiyim kimi Qarabağ savaşındakı qələbəmiz həm də əhatəli və çoxistiqamətli diplomatik fəaliyyətin nəticəsidir. Hər birimiz şahidi olduq ki, aparılan hərbi əməliyyatların beynəlxalq müdafiəsinə yönəlik əhatəli və çoxistiqamətli diplomatik gedişlər olduqca dəqiqliklə həyata keçirildi. Dünyada rəsmi və ictimai rəyi yönəldə bilən 20-dən artıq beynəlxalq media orqanının İlham Əliyevlə geniş müsahibəyə xüsusi yer ayırması da bu çoxistiqamətli fəaliyyətin tərkib hissəsidir. Prezidentin dəqiq ifadə etdiyi bir neçə tezis beynəlxalq diplomatik və ictimai rəydə öz işini gördü. "Biz 30 il dözdük, beynəlxalq hüquqa və vasitəçilərin iş görəcəklərinə inandıq, Azərbaycan haqlıdır, müharibə bizim torpaqlarda gedir, dinc ermənilərlə vuruşmuruq, təcavüzkar torpaqlarımızdan çıxandan sonra möhkəm sülh üçün zəmin yetişəcək". Bu tezislər xarici təzyiqlərin dəf edilməsi və beynəlxalq ictimai rəyin formalaşdırılması baxımından olduqca əhəmiyyətli idi və öz effektini də göstərdi.
Hərbi əməliyyatların daxili auditoriyaya düzgün çatdırılması və nəticə etibarilə düşmənin informasiya təxribatlarının neytrallaşdırılması da olduqca vacib amillərdən idi. Heç şübhəsiz ki, bu effektli taktikanın ideoloqu da şəxsən Ali Baş Komandan, Prezident İlham Əliyev özü oldu. Prezidentin "nəyi nə zaman edəcəyimizi bilirik, xalqa hər an üçün gərək olanı deyirik, xalq bizi anlayır ki, bundan artıq demək hələlik olmaz" fikirləri və ya Ermənistanın necə hərbi-mühəndis istehkamları tikdiyini və onların çətin də olsa dağıdıldığını deyən Prezidentin "hələ çox şeylər açacağıq" deməklə müəyyən məsələlərin açıqlanmasını müharibədən sonraya saxlaması nəticə etibarilə həm də ictimai-psioxoloji durum məsələlərinin nə qədər həlledici olduğunu ortaya qoymuş oldu.
Heç şübhəsiz ki, müharibədə qələbəya nail olmaq üçün geosiyasi vəziyyətin düzgün qiymətləndirilməsi və hərbi əməliyyatlar üçün düzgün zamanın seçilməsi də olduqca əhəmiyyətli və vacib idi. İlham Əliyevin qələbəyə olan inamı, istisnasız olaraq bütün məsələlərdə Azırbaycanın haqlı olduğunu sübut edə bilməsi, Ermənistanın havadarları və müdafiəçisi olan beynəlxalq gücləri neytrallaşdırması, eləcə də erməni lobbisinin təsirini minimuma endirə bilməsi müharibə üçün ən münasib geosiyasi zamanın seçildiyini sübut edir.
Təbii ki, 27 sentyabrdan Azərbaycan Ordusunun əks-hücumu ilə başlayan Vətən Müharibəsi – Qurtuluş savaşı yalnız Azərbaycan xalqının tarixində deyil, bütün Türk dünyasının tarixində mühüm yer tutacaq. Baş verən hadisələr bir daha göstərdi ki, doğrudan da Azərbaycanın birmənalı şəkildə qardaşı, ona bütün mənalarda ən yaxın ölkə Türkiyədir. Yəni tək millət, iki dövlət olmağımız məhz 44 günlük Vətən Müharibəsində bir daha sübut olundu. Qardaş ölkənin ən üst qurumlarından tutmuş, sadə vətəndaşlarına qədər hər kəs Vətən müharibəsində Azərbaycanın yanında yer aldılar, ölkəmizə hər cür mənəvi dəstək göstərdilər.
Sentyabrın 27-dən başlanmış əks-hücum müharibəsi Azərbaycanın gücünü və regionda möhkəm sülhə doğru ən düzgün və qısa yolda olduğunu sübut etdi. Müharibənin ilk günlərindən Azərbaycan Prezidentinin ortaya qoyduğu real və ədalətli sülh şərtləri öz bəhrəsini verdi. Azərbaycan silahlı qüvvələrinin yaratdığı siyasi reallıqlarla hamı barışmağa məcbur oldu. Azərbaycan on illər boyu apardığı uğurlu diplomatiya ilə, kənar qüvvələri neytrallaşdırmaqla təcavüzkar Ermənistanı hərb meydanında təkləmək, Ermənistanın heç cür qəbul etmədiyi əsas prinsiplər deyilən çərçivənin mühüm hissəsini hərbi güclə təkbaşına icra etmək və bundan sonra təcavüzkarı kapitulyasiya masasına əyləşdirmək kimi uğurlu bir formula imza atmış oldu. 44 gün ərzində 30 illik təcavüz və etnik təmizləmə siyasətinin qanunsuz nəticələrini ləğv etmək Azərbaycan tarixinin həqiqətən şanlı səhifəsidir. Prezident İlham Əliyev haqqımızı dünyaya təlqin edə-edə bu böyük nəticələri əldə etdi. Azərbaycanın haqqına hörmət edən, etməyə məcbur edilən, ya da heç olmasa neytral qalan ölkələrin sayı və dairəsi genişləndi. Azərbaycan Prezident İlham Əliyevin sayəsində müharibədən bir neçə qat güclənərək çıxdı.
Artıq tamamilə aydındır ki, Qarabağda davam edən müharibənin nəticələri təkcə Ermənistan və Azərbaycanda deyil eyni zamanda, regional və geosiyasi miqyasda da dəyişikliyə səbəb olacaq.
Yusif Bağırzadə, Politoloq
Azərbaycanın qələbəsini şərtləndirən daxili və xarici faktorlar.

Daha çox xəbər:
İqor Korotçenko Azərbaycanın Qarabağda qalib gəlməsinin səbəblərini izah et ...
Dünya"Hərbi sahəyə ayrılan pullardan səmərəli istifadə olunmur" deyənlərə CAVA ...
CəmiyyətŞahin Məmmədov: 30 İllik Həsrətin Bitişi-Qarabağın Qayıdışı
SiyasətMübariz Əhmədzadə: Güclü Ordumuz, Müdrik Dövlət Başçımız və onlara dəstək o ...
Gündəm, CəmiyyətZakir Həsənov şəxsi heyəti təbrik etdi
Ölkə