Gündəm
26 may 2021
534

Masallı rayon Sığdaş bələdiyyəsinin sədri Əhliman Əliyev: Heydər Əliyev Azərbaycan bəllədiyyəsinin yaradıcısıdır...

Masallı rayon Sığdaş bələdiyyəsinin sədri Əhliman Əliyev: Heydər Əliyev Azərbaycan bəllədiyyəsinin yaradıcısıdır...

Tariximizdə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 İyun “sadəcə” təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli liderimiz Heydər Əliyev 1993-cü il İyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın coxəsirlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu. Azərbaycanın tarixinə qızıl hərflərlə Milli Qurtuluş Günü kimi daxil olan 15 İyun 1993-cü ildən bizi 22 illik zaman ayırır. İllər bir-birini əvəzlədikcə hadisələrin mahiyyətini, onun bu günümüz və gələcəyimiz üçün əhəmiyyətini daha dərindən dərk edirik. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək, tariximizin hər bir səhifəsi bizim üçün əzizdir, ona hörmətlə, ehtiramla yanaşmalıyıq.

Müasir müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan yolla çatmayıb. Müstəqillik əldə etdikdən sonra müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşən, vətəndaş müharibəsinin astanasında olan Azərbaycan, hətta öz müstəqilliyini itirmək təhlükəi ilə qarşılaşmışdı. Ölkə daxilində müxtəlif silahlı qruplaşmaların hakimiyyət və səlahiyyət savaşına çıxması həm siyası böhrana səbəb olmuş, həm də Azərbaycanı müxtəlif xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevrilmişdi. 1991-ci ildə müstəqillik əldə etdikdən sonra hakimiyyət postuna yiyələnən o zamankı rəhbərlik bu tarixi fürsəti saxlamaq iqtidarında deyildi.

Bunun da nəticəsi olaraq 1993-cü ilin ortalarına doğru hakimiyyət böhranı getdikcə daha kəskin xarakter almışdı. Bu dövrdə hakimiyyətdə olan qüvvələr öz səriştəsiz əməlləri ilə Azərbaycanın müstəqilliyi üçün real təhlükə yaratdılar.

Xalqımızın ümummilli lideri Heydər Əliyev bu mərhələni belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin İyun ayında hakimiyyətə gəlmiş qüvvələr bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

Həmin ərəfədə güclü siyasi liderin nüfuzuna söykənən mütəşəkkil siyasi qüvvələr lazım idi ki, Azərbaycanı düşdüyü mürəkkəb durumdan xilas etsin. Məhz bu lider zəngin dövlətçilik təcrübəsinə və dərin siyasi təfəkkürə malik olan Heydər Əliyev idi. Tariximizə “Milli Qurtuluş Günü” kimi daxil olan 15 İyun 1993-cü il xalqın xilaskarı Heydər Əliyevin Ali Sovetin Sədri seçilməsi ilə Azərbaycanın siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu.

Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti coxəsirlik dövlətçilik tariximizdə mühüm yer tutur. Bu yaxınlarda anadan olmasının 92 illiyini böyük qürur hissi ilə qeyd etdiyimiz Heydər Əliyev bütün həyatını Azərbaycan xalqının və dövlətçiliyimizin taleyi ilə bağlayan, yüksək insani kefiyyətlərə, dövləti idarə etmək bacarığına malik olan bənzərsiz və müqayisəedilməz şəxsiyyət idi. Ulu öndər xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz rol oynayıb. Dahi rəhbərin hakimiyyətdə olduğu otuz ildən artıq bir dövr ərzində qazandığımız bütün nailiyyətlərin fövqündə məhz Heydər Əliyev fenomeni, qüdrətli və dühası, uzaqgörənliklə yürütdüyü siyasi kurs dayanıb.

Bu gün möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi idman sahəsində əldə olunan möhtəşəm uğurlar da ulu öndərin uzaqgörən siyasətinin bəhrəsidir. Hələ 1997-ci ildə İlham Əliyev cənabları Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsi ilə ölkəmizin idman ölkəsinə çevrilməsinə, bu sahədə saysız hesabsız nailiyyətlərin qazanılmsına, bunların məntiqi nəticə olan bu gün hər bir azərbaycanlının qəlbini qürur hissi ilə dolduran, ilk Avropa oyunlarının bizim ölkəmizdə keçirilməsinə sanki qabaqcadan müdrikcəsinə qərarlamışdır.

Zaman keçdikcə Heydər Əliyev şəxsiyyətinin böyüklüyü və əzəməti, onun xalqımızın naminə gördüyü xilaskarlıq və quruculuq işlərinin möhtəşəmliyi daha aydın görünür. Xalqımız tam müstəqil dövlətdə yaşadıgına, demokratik dəyərləri özündə əks etdirən vətəndaş cəmiyyətində fəaliyyət göstərdiyinə, xoşbəxt gələcəyinin sahibi olduğuna görə ümummilli liderimiz Heydər Əliyevə borcludur. Azərbaycan tarixinə nəinki dahi qurucu, eləcədə böyük xilaskar kimi daxil olmaqla ölkə həyatının bütün sahələrində əldə edilmiş misilsiz nailiyyətlərin əsasını qoyan Heydər Əliyev dövlətin hər bir vətəndaşı üçün mübarizliyin və xalqa təmənnasız xidmətin simvoluna çevrilmişdir.

Öz xalqı və Vətəni qarşısında misilsiz xidmətlərinə, tarixi roluna görə Heydər Əliyevi dünya miqyaslı siyasi nəhəglərlə Mustafa Kamal Atatürk, Franklin Ruzvelt, Şarl de Qoll ilə müqayisə edirlər. Çünki o, Azərbaycan xalqının həqiqi lideri və xilaskarı kimi şərəfli missiyanı böyük əzm və şərəflə yerinə yetirmişdir. Bütün ömrünü Azərbaycanın tərəqqisinə sərf edən bu müdrik insan deyirdi: “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”.

Parlaq xarizma, yüksək nüfuz, təşkilatçılıq bacarığı, müdriklik, yüksək intelekt, milli-mənəvi dəyərlərin daim uca tutulması, novatorluq, qətiyyətlilik, prinsipiallıq və bu qəbildən olan digər kefiyyətlər həm də ümummilli liderimizin ölkəmizin inkişafında oynadığı rolu müəyyən edən əsas cəhətlər kimi çıxış edib. Bu mənada Azərbaycan xalqı özünü xoşbəxt saya bilər ki, kifayət qədər mürəkkəb və ziddiyyətlərlə dolu dövr kimi xarakterizə edilən XX əsrdə 34 illik bir müddətdə Heydər Əliyev kimi xarizmatik lider ölkəmizə rəhbərlik etmiş, məhz bu dahi insanın yorulmaz fəaliyyəti, gərgin zəhməti sayəsində Azərbaycan sürətli, inkişaf yoluna qədəm qoymuşdur. Müstəqul Azərbaycanın qurucusu və banisi, dövlətçiliyimizin qarantı olmuş bu dahi şəxsiyyətin ölkəmiz və xalqımız üçün etdikləri əsrlər keçsə də tarixi dəyərini itirməyəcəkdir. Heydər Əliyev siyasi-mənəvi irsi təkcə xalqımızın deyil, eyni zamanda bəşəriyyətin zəngin xəzinəsinə çevrilmişdir.

XX əsrin ortalarında 1969-cu ilin 14 İyulunda ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin ən qabarıq siyasi təzahürü sovet imperiyasının sərt ideolaji şəraitində azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlişinin, xalqın tarixi kökünə qayıdış kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsi ilə bağlı olmuşdur. Ulu öndər respublikamızın üzləşdiyi problemləri ilk gündən düzgün müəyyənləşdirməklə onların həlli üçün lazımi iradə, qətiyyət və prinsipiallıq göstərmiş, o dövrün çatışmamazlıqlarını açıq deməkdən çəkinməmişdir.

Heydər Əliyevin sovet dövründə Respublikaya hakimiyyətə gəlişi ilə çağdaş tariximizin yeni mərhələsinin, Azərbaycanı müstəqil dölət qurmağa doğru aparan böyük yolun başlanğıcı qoyuldu. Ulu öndərimiz milli ruhun dirçəlməsinə, Azərbaycan təhsilinin və mədəniyyətinin inkişafına nail olmaqla yanaşı, həm də ziyalıların, xalqın müxtəlif təbəqələrinin diqqətini tarixi və mədəni qaynaqlara yönəltdi. 70-80-cı illər Azərbaycan elm və təhsilinin, ədəbiyyatının, memarlığının, incəsənətini və mədəniyyətinin, sözün əsl mənasında, intibah dövri idi.

Ümumiyyətlə, 1969-1982-ci illərdə Azərbaycanda humanitar və ictimai elm sahələrində böyük irəliləyişlər əldə edilmiş, dilimizin, tariximizin, folklorumuzun tədqiqi sahəsində uğurlu nəticələr qazanılmışdır. Sovet rejiminin sərt qanunlarına baxmayaraq, respublikada böyük iqtisadi, elmi və ədəbi-mədəni potensialın yaradılması da məhz bu uzaqgörən siyasətin nəticəsidir.

Heydər Əliyev fəaliyyətinin 1993-2003-cü illəri də bir ömrün qızıl salnaməsidir. Azərbaycanda müstəqil dövlət təsisatlarının yaradılması, demokratik, hüquqi dövlət quruculuğunun əzmlə həyata keçirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin təminatı və yeni iqtisadi kursun müəyyənləşdirilməsi şəxsən Heydər Əliyevin xalqı qarşısındakı əvəzsiz xidmətləridir. Heydər Əliyev nəinki müstəqilliyimizi qoruyub saxladı, onu əbədi və dönməz etdi. Zamanın bu dahi şəxsiyyətə, onun dərin zəkasına, polad iradəsinə, zəngin təcrübəsinə və hədsiz vətən sevgisinə etibar etdiyi tarixi missiyanı layiqincə yerinə yetirməyə müvəffəq oldu.

Ulu öndərimiz tarixi keçmişimizi yaşatmaqla milli-mənəvi irsimizin cəmiyyətdə tam bərqərar olmasına, milli təhsilimizin inkişafına nail olmaqla müasir Azərbaycanın təməlini qoyub. Ən mühümi isə məhz bu möhkəm, sarsılmaz bünövrə üzərində bugünkü qüdrətli Azərbaycanı qurub, xalqımızın firəvan gələcəyinin əsasını qoyub. Demokratik, dünyada yetərincə söz sahibi olan müstəqil Azərbaycan adlı şah əsərini yaradıb. Bu gün qazandığımız nailiyyətlərin, inkişaf göstəricilərimizin hansı birinə nəzər salaq, onlarda məhz Heydər Əliyevin imzasını və silinməz izlərini görərik.

Müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, habelə ölkə daxilində vətəndaş müharibəsinin reallığa çevrildiyi bir şəraitdə xalqımızın yeganə ümidi dəmir iradəyə, yüksək idarəçilik kefiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik xarizmatik lider olan Heydər Əliyev ilə bağlı olmuşdur.

Məhz belə bir mürəkkəb vəziyyətdə 1993-cü ilin yayında ulu öndər xalqın çağrışı ilə respublikaya rəhbərliyə qayıtdı. Xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etmək, müstəqil Azərbaycan dövlətini qurmaq missiyasına “Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” söyləməklə başlayan Heydər Əliyev nadir və iti dövlətçilik zəkası, cəsarətli və sarsılmaz iradəsi ilə Azərbaycanda keçmiş sovetlər birliyindən miras qalmış rejim əvəzinə demokrati hüquqi dövlət yaratmağa müvəffəq oldu.

Təsadüfü deyil ki, 1993-cü ildə ulu öndərimiz qarşıya qoyduğu vəzifələri belə bəyan etmişdir: “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsipləri əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”. Bütün məqsədlərinə nail olmağı bacaran ulu öndər 1997-ci ildə deyir: “Biz istəyirik ki, dövlətimizin tam demokratik, tam hüquqi, tam dünyavi bir dövlət olsun. Bunun üçün Azərbaycanda demokratiyanın bərqərar olması, inkişaf etdirilməsi, hüquqi aliliyin təmin olunması əsas vəzifəmizdir”.

Ölkədə cərəyan edən hadisələri dərindən təhlil edən Heydər Əliyev yaxşı dərk edirdi ki, Azərbaycanın müstəqilliyini təmin etmək, onu möhkəmləndirmək, ölkədə demokratik hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün, ilk növbədə, ictimai-siyasi sabitlik, təmin edilməlidir. “Dövlət-dövlətçiliyi qorumalıdır” fikrini dönə-dönə vurğulayan Heydər Əliyev çox qəti və prinsipial mövqedə çıxış edərək ciddi intizam, tələbkarlıq və dövlət mənafeyi kimi amilləri ön plana çəkdi.

Ulu öndər, Milli dövlətçiliyin inkişafında korrupsiyanını aradan qaldırılmasının əhəmiyyətini nəzərə alaraq bu ümumbəşəri sosial bəla ilə 1969-cu ildən başladığı mübarizəni ikinci dəfə hakimiyyətə gəlişindən sonra da davam etdi. 1994-cü ilin aprelin birindən atəşkəsə nail oldu, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş sosial-inkişaf gətirdi və bununla da Azərbaycanı tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevirdi.

Respublikamızın beynəlxalq əlaqələrini möhkəmləndirərək gələcək inkişafa hesablanmış neçə-neçə layihələrin, xüsusilə uğurlu neft strategiyasının təməlini qoydu. Düşünülmüş xarici siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratdı. Azərbaycanın günbəgün nüfuzu artmağa, iqtisadiyyatımızın müxtəlif sahələrinə külli miqdarda xarici sərmayələr yatırılmağa başlanıldı, riskli idarəçilik nəzəriyyəsinin “Əsrin Kontraktı” ilə bariz praktiki nümunəsini yaratdı. Fəaliyyəti ilə tarix yaradan bu dahi şəxsiyyət beynəlxalq siyasətdə də heyranlıqla qarşılanıb, daim böyük hörmət və ehtiramla anılıb.

Zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konsitusiyasını yaratmaqla gerçəkıləşdirdi. Yeni Konstitusiyanın layihəsinin hazırlanması kimi çox ciddi və məsuliyyətli vəzifəni bilavasitə öz üzərinə götürən dahi öndərimiz bununla bağlı xüsusi yaradılmış Komissiyaya şəxsən rəhbərlik etmişdir. “Konstitusiya yaratmaq üçün şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda ümumbəşəri dəyərlərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik” – deyən ulu öndər peşəkar hüquqşünas kimi bu sahədə bütün problemləri öyrənərək və görkımli filosoflarının elmi irsinə mükəmməl yiyələnərək Azərbaycan Respublikasının ilk milli Konstitusiyasını yaratdı.

Birbaşa demokratiyanın ən uğurlu modellərindən olan yerli özünüidarəetmə institutunun yaradılması da məhz Heydər Əliyevin adı və titanik siyasi fəaliyyəti ilə əlaqədardır. Belə ki, 2 iyul 1999-cu il tarixdə Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Həmin tarixdə, eyni zamanda, “Bələdiyyələrə seçkilərin qaydaları haqqında” qanun da qəbul olunmuşdur. Yerli özünüidarəetmə ilə bağlı keçən dövr ərzində bir çox vacib qanunlar qəbul edilib ki, bu sırada 15 oktyabr 1999-cu ildə Bələdiyyənin Nümunəvi Nizamnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu, 30 noyabr 1999-cu ildə Bələdiyyə qulluğöu haqqında Azərbaycan Respublikasının Qanununu, 7 dekabr 1999-cu ildə Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında Azərbaycan Respublikasının Qanununu, Bələdiyyələrin əraziləri və torpaqları haqqında Azərbaycan Respublikasının Qanununu və Bələdiyyələrin maliyyəsinin əsasları haqqında Azərbaycan Respublikasının Qanununun qəbul edilməsini göstərmək olar. Bundan başqa, bələdiyyə fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə indiyədək onlarla digər qanunlar qəbul edilmiş, ölkənin əlaqəli qanunvericilyinə müvafiq əlavə və dəyişikliklər edilmiş, sərəncamlar imzalanmışdır.

Azərbaycanda bələdiyyələr demokratik prinsiplər əsasında yaradılan və formalaşdırılan yerli özünüidarəetmə orqanlarıdır. Bu orqanların formalaşdırılması prosesi ölkədə demokratiyanın inkişafı, hüquqi dövlət və vətəndaş quruculuğu, dövlətin və cəmiyyətin idarə olunmasının səmərəliliyinin artırılması istiqamətində atılan ən əhəmiyyətli addımlardan biridir. Bələdiyyələr yaranmamışdan hələ bir neçə il əvvəl bu orqanın mahiyyəti, vəzifəsi və hüquqularının konstitusiyamızda əks etdirilməsi ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliyinin və yerli özünüidarəetmə orqanlarına olan münasibətinin ifadəsi idi.

Ümummili liderimiz bələdiyyələrin formalaşması prosesində onların işgüzar bir orqana çevrilməsi, yerli əhəmiyyətli sosia-iqtisadi məsələlərin həllində müstəqil rol oynaması üçün qayğı və diqqətini əsirgəmirdi. Heydər Əliyev bələdiyyələrin yaradılmasını zamanın tələbi və demokratiyanın ifadəsi kimi qiymətləndirərək qeyd edirdi ki, “Yerli özünüidarəetmənin yaradılması Azrbaycanda gedən demokratiya prosesinin böyük bir hissəsi, böyük bir qoludur. Demokratik, hüquqi dövlət dünyəvi dövlət qurmaq prosesinin bir hissəsi, bir sahəsidir”. Ulu öndər öz qənaitində haqlı idi. Bu günümüzün reallaıqları, ölkəmizdə baş verən sosial-iqtisadi, mədəni inkişaf, demokratik təkamül və bu proseslərdə bələdiyyələrin fəaliyyəti bunu bir daha sübut edir.

Ulu öndər qeyd edirdi ki, “Biz Azərbaycanda tam müstəqil yerli özünüidarəetmə orqanları yaradırıq. Bu demokratiyanın inkişafı deməkdir, eyni zamanda ölkəni idarəetməə vətəndaşlarımıza imkanlar yaradılmasının göstəricisidir”. Azərbaycanda yerli özünüidarəetmənin təşkili prinsipləri və formalaşdırılması, inkişafı, bələdiyyə institutunun təkmilləşdirilıməsi sahəsində həyata keçirilən tədbirlər Heydər Əliyev ideyalarına və Avropa xartiyasında əks olunmuş beynəlxalq normalara uyğundur. Respublikada yerli özünüidarəetmə sisteminin hüquqi bazasının yaradılması Milli Məclisin işinin tərkib hissəsi olmuş, bələdiyyələrin fəaliyyətinin hüquqi tənzimlənməsini əhatə edən mühüm qanunlar işlənib hazırlanmış və qəbul edilmişdir. Bu qanunlar, hüquqi-normativ aktlar, əsasnamələr bələdiyyə həyatının bütün sahələrini əhatə edir.

Qanunvericilikdə yerli özünüidarəetmənin çox mühüm məsələləri – yerli büdcənin formalaşdırılması, təsdiqi və icrası, yerli vergi və ödənişlərin müəyyən edilməsi, yerli sisoal müdafiə, yerli iqtisadi, ekoloji proqramların işlənib hazırlanması və reallaşdırıması,mülkiyyət münasibətlərinin formalaşdırılması, ərazi məsələləri və s. öz əksini tapmışdır.

Azərbaycanda bələdiyyələr müstəqil fəaliyyət göstərən orqan olsalar da, ancaq onlara verilmiş bu müstəqillik bələdiyyələrin dövlət və vətəndaş cəmiyyəti nəzarətindən kənarda qalması demək deyil. Bələdiyyələr ölkədə vətəndaş cəmiyyətinin bir forması olmaqla dövlət və cəmiyyət qarşısında məsuliyyət daşıyırlar. Onlar yerli əhəmiyyətli sosial-iqtisadi məsələlərin həllinə bilavasitə cavabdehdirlər və bu vəzifələrin icrasının təmin etmək üçün yerlərdə lazımi şərait yaradılmışdır.

Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu yaradıcılıqla davam etdirib həyata keşirən hörmətli Prezidentimiz İlham Əliyein səyləri sayəsində Azərbaycan sosial - iqtisadi inkişaf baxımından dünyanın ən qabaqcıl ölkələrindən birinə çevrilmişdir. Nəinki respublikamızın mərkəzi şəhərləri, hətta regionların ucqar kəndləri, şəhərləri sürətli inkişaf yoluna qədəm qoymuş və tanınmaz dərəcədə dəyişmiş, müasirləşmiş, abadlaşdırılmışdır. Həyata keçirilən mühüm dövlət proqramlarında icra orqanları ilə bərabər bələdiyyələrin vəzifələrinin də müəyyən edilməsi onların fəallığının yüksəlməsinə yeni bir stimul olmuşdur. Ölkədəki inkişaf, dünyada baş verən hadisələr, demokratik dəyişikliklər, ictimai həyatın tələbatları bələdiyyələri yeni məqsədlərə, səmərəli fəaliyyətə istiqamətləndirir. Bu baxımdan bələdiyyələrin statusu, fəaliyyət dairəsi ilə əlaqədar bəzi qanunlara əlavə və dəyişikliklərin edilməsi də zərurətə çevrilmiş və möhtərəm Prezidentimizin qayğısı sayəsində bu vəzifə Milli Məclis tərəfindən lazımınca qiymətləndirilib hıyata keçirilir. Son illər bir çox qanunlara edilmiş dəyişikliklər bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına, bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsinə, onların mülkiyyətinin, ərazilərinin müəyyənləşdirilməsinə xidmət edir. Ümumilikdə Bələdiyyə institutun cəmiyyətin idarə olunmasında rolunun artırılmasına hərtərəfli şərait yaradır.

Bu gün də ölkəmizdə bələdiyyələrin inkişafında dövlət maraqlıdır. Bu marağı qəbul olunmuş qanunvericilik aktlarında, Prezident təsdiq etdiyi sənədlərdə, eləcə də bir çox orqanların bu sahə ilə bağlı həyata keçirdiyi tədbirlərdə görürük. Bələdiyyələrin normal fəaliyyət göstərməsi üçün ölkədə lazımi hüquqi baza vardır.

Bələdiyyələr Azərbaycanda aparılan köklü islahatlar və yaşanan dinamik tərəqqi dövründə özünün inkişaf yolunu keçir, vətəndaşların mənafeləri naminə yerli əhəmiyyətli məsələlərin həllində iştirak edir, onların etibarını qazanmağa və cəmiyyətimizdə özünəməxsus yer tutmağa səy göstərirlər. Ötən dövrdə bir çox bələdiyyələr yerli əhəmiyyətli məsələlərin həllində müsbət təcrübə əldə etmiş, fəaliyyətlərində şəffaflığa, icra orqanları və qeyri-hökumət təşkilatları ilə işgüzar əlaqələrin qurulmasına nail olmuş, onların cəmiyyətdə rolu artmışdır.

Bu da Ulu öndərin bütün sahələrdə olduğu kimi Bələdiyyəyə də olan ümid və arzuların addım-addım həyata keçməsi, reallığa çevrilmişdir.

Qurtuluş Günündə atdığı addımla ulu öndər ölkəmizin nəinki bu gününü qurub yarada bildi, mübaliğəsiz demək olar ki, ölkəsini, xalqını, dövlətini, dostlarını sevindirən, düşmənlərini məyus edən mətin addımlarla gələcəyə addımlamasına möhkəm zəmin yaratdı. Yolun açıq olsun Vətən! Qurtuluşun mübarək!