Gündəm, Cəmiyyət, Ölkə
25 may 2023
241
MİLLİ TƏHSİL STRATEGİYASI
Təhsil həm də ictimai-siyasi əhəmiyyət daşıyır.Bu mənada o, ümumxalq işinə çevrilir və nəticə etibarilə qloballaşır.
Xalqın sevimlisi dahi Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı, XX əsrin sonlarında öz xilaskarlıq missiyasını yerinə yetirməsi nəinki ölkəmizi böhran və depressiyalar qurbanına yuvarlanmaqdan xilas etdi, həm də onun dünya birliyinə inteqrasiyasını həyata keçirdi. Ölkədə Heydər Əliyevin qayıdışı ilə həyat yenidən öz məcrasına düşdü, ictimai-siyasi sabitlik tam bərpa olundu. Ölkənin ahəngdar inikaşafını təmin edəcək amillər təhlil olunmalı idi. Diqqətlə araşdıranda məlum olurdu ki,iqtisadi, siyasi, hərbi cəhətdən qüdrətli dövlət quruculuğunun yolu yalnız və yalnız təhsildən keçir.Təhsili milli tərəqqinin aparıcı amilinə çevirmək üçün isə bu sahədə əsaslı və genişmiqyaslı islahatlara ehtiyac duyulurdu. Bu missiyanı da dahi lider Heydər Əliyev böyük hünərlə öz üzərinə götürdü. Beləliklə, 1993-cü ilin ikinci yarısından başlayaraq Azərbaycan təhsilinin qarşısında yeni işıqlı üfüqlər açıldı. Təhsil sistemi həm struktur, həm də məzmun etibarilə yeniləşməyə başladı.Ən əhəmiyyətlisi isə odur ki, bu gün təhsildə islahatlar kortəbii, pərakəndə halda yox, vahid strategiya, konkret dövlət proqramı əsasında aparılır.
Artıq qətiyyətlə demək olar ki, milli ənənələr, ümumbəşəri örnəklərə söykənən, dünya təhsil standartlarına cavab verən təhsil sistemi sahəsində Azərbaycan xalqının sevimli oğlu, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə səmərə verən xeyli lazımi işlər görülüb. Əvvəlki mütərəqqi ənənələri yeni şəraitdə bərpa etməklə yanaşı, təhsil sistemi milli inkişafın və milli özünüdərkin tələblərinə uyğun yeniləşməyə başlayıb. Dahi lider Heydər Əliyevin bu gün də uğurla davam etdirilən diplomatiyası sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu gündən-günə artır. Əsl siyasət adamı dövrün, zamanın incə damarını tutmağı bacarmalıdır.
Ümummilli lider Heydər Əliyevin sərəncam və göstərişlərinə müvafiq olaraq hazırlanmış “Təhsil sahəsində islahatın dövlət proqramı” həm məzmun, həm də formaca daha mükəmməl, daha mütərəqqi və daha səmərəli təhsil sistemi yaratmaq yolunda atılmış yeni, uğurlu, lazımi bir addımdır.
Məlumdur ki, bütün müsbət keyfiyyətlər insana ailə ilə yanaşı, həm də orta məktəb partası arxasında aşılanır. Bu mənada təhsil möhtəşəm bir saraydırsa, onun özülü, dayağı orta məktəb təhsilidir. Dahi Heydər Əliyevin təbirincə desək, “bütün təhsil sistemində orta məktəb xüsusi yer tutur”.
İnsanların gələcək arzuları, onsan kimi formalaşması, həyatı dərk etməsi də orta məktəbdən başlayır.
Nizaməddin Fərhad oğlu Ağcayev
Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri
Suraxanı rayonu Etibar Cəfərov adına
118 № li orta məktəbin direktoru
Hazırladı: Nazlı
Daha çox xəbər:
Bütün sahələrə qayğı və diqqət Ümummilli Lider Heydər Əliyevin adı ilə bağl ...
Gündəm, Cəmiyyət, ÖlkəUlu Öndər Heydər Əliyev və Azərbaycan təhsili
Gündəm, Cəmiyyət, ÖlkəHeydər Əliyevin təhsil siyasəti
Gündəm, Cəmiyyət, Ölkə, SosialUlu öndər Heydər Əliyev və Azərbaycan Təhsili
Gündəm, Cəmiyyət, ÖlkəHeydər Əliyev Fondunun dəstəyi ilə istifadəyə verilən 62 təhsil müəssisəsin ...
Cəmiyyət