Gündəm, Cəmiyyət
14 dekabr 2020
249

Hadrut təxribatının 7 səbəbi və yaxud Rusiya nədən qıcıqlandı? - PƏRDƏARXASI DETALLAR

Hadrut təxribatının 7 səbəbi və yaxud Rusiya nədən qıcıqlandı? - PƏRDƏARXASI DETALLAR


10 dekabr Zəfər paradını bəzi qonşularımız kimi Rusiya da həzm edə bilmədi. Bəs Zəfər paradı Putin Rusiyasını niyə bu qədər özündən çıxardı?

Birincisi, Vladimi Vladimiroviç başda olmaqla bütün Rusiya (söhbət aktiv siyasi fazadan gedir) Moskavanı 10 noyabr sülh anlaşmasının memarı sayır. Və bunu Azərbaycanın hərbi, Türkiyənin nüfuz qələbəsi kimi qəbul etmir.

İkincisi, Rusiya Zəfər paradında Moskvanın deyil, Ankaranın iştirakını “başa düşmədi”. Moskva istəyirdi ki, bu parad bütün hallarda keçirilməsin. Keçiriləcəyi təqdirdə paradda Rusiya rəhbərliyi, ən azı Şoyqu–Lavrov səviyyəsində təmsil edilsin.

Üçüncüsü, Rusiya əzəli və əbədi rəqibi Türkiyəni özünün ən yaxın və geostrateji sərhəd ölkəsində görmək istəmir.

Dördüncüsü, paradda İlham Əliyevin və Rəcəb Tayyub Ərdoğanın çıxışları Tehranda, Moskvada və İrəvanda ŞOK effekti yaratdı. Rusiya “bu qədərini də gözləmirdi”.

Beşincisi, Ankaranın Moskva ilə ilkin razılaşması olmadan bölgədə yeni-6-lıq platforma yaratmaq çağırışı Kremlin divarlarını silkələdi. Çünki Ərdoğanın saydığı 6 ölkədən Rusiya qarışıq 4-ü Moskvanın “arxa baxçası”dır. O “baçxada” Moskvadan xəbərsiz hansısa tədbirin keçirilməsi Kreml üçün özünüintihardır.

Altıncısı, Zəfər paradı 10 noyabr sülh anlaşmasında Rusiyanın ilk dəfə geyindiyi sülhməramlı “libasını” cırıb atdı. 10 dekabrda Azərbaycan sivilizasiyaya göstərdi ki, “Rusiya həccə getmək istəyir, ayılın”.

Yeddincisi, 10 dekabr paradında Azərbaycan Ordusu tərəfindən qənimət kimi götürülən ağır hərbi texnika və silah-sursat nümayiş etdirildi. Bu silahların heç biri Ermənistanda istehsal edilməmişdi. Nümayiş etdirilən hərbi qənimətlər bütünlüklə “Made in Russia” idi. Bu isə Rusiya hərb sənayesinin imicinə vurulan ən sarsıdıcı zərbə idi. Çünki 44 günlük müharibə əslində Rusiya – Türkiyə texniki döyüşü idi. Və bu döyüşdə Rusiya uduzdu. Rusiyanın hərbi qüdrəti haqqında 100 ildə yaradılmış mif 44 gündə dağıldı.

Bütün bu və digər səbəblər Rusiyanı yerindən oynatdı. Təbii ki, Azərbaycan və Türkiyə ilə açıq müstəvidə üz-üzə gəlmək istəməyən Moskva ənənəvi KQB variantını işə saldı. KQB agentlərinin (ermənilər tarixən Rusların agenturasına işləyiblər) əlilə Zəfər paradının sabahısı günü Hadrutda təxribat törədildi. Bu azmış kimi 10 noyabrda razılaşdırılmış sülhməramlıların xidmət xəritəsi yenidən cızıldı. Özü də Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən yox, “sapı özümüzdən olan” general-leytenant Rüstəm Muradov tərəfindən. Bu, əslində Moskvanın Bakını cəzalandırmaq istəyinin bir parçasıdır.

Digər oyunlar siyasi müstəvidə aparılırdı. Azərbaycan Zəfər paradı keçirəcəyi xəbərindən həmən sonra Ermənistan prezidenti Moskvaya çağrıldı. Bunun ardınca dekabrın 2-də Moskvanın moderatorluğu ilə keçirilən KTMT-nın iclasında Putin ilk dəfə Paşinyanı təriflədi və həmkarlarından indiki çətin vaxtda onları Paşinyana dəstək olmağa çağırdı. Doğrudur, KTMT rəhbərləri iclasdan sonrakı günlərdə İrəvana dəstək istiqamətində heç bir addım atmadılar. Əksinə Qazaxıstan, Özbəkistan və Qırğızıstan qələbə münasibəti ilə Bakını təbrik etdi. Bundan qəzəblənən Paşinyan Orta Asiya ölkələrindəki bütün səfirləri təcili geri çağırdı. Hadisələrin bu cür inkişafını gözləməyən Moskva özü açıq şəkildə Ermənistana arxa duracağını nümayiş etdirdi. Əvvəlcə, Ermənistan Xarici İşlər naziri, ardınca isə Ermənistan Müdafiə naziri Moskvaya dəvət olundular. Qəribə burasıdır ki, hər iki nazirin Moskva görüşləri Rusiya elektron və yazılı KİV-lərində dövlət başçılarının görüşləri səviyyəsində geniş və davamlı şəkildə təbliğ və təşviq olundu.

Bu azmış kimi Rusiya prezidenti Dağlıq Qarabağ ermənilərinin sosial problemlərinin həlli ilə bağlı sərəncam imzaladı. Bu isə artıq Moskvanın pis niyyətini çılpaqlığı ilə göstərdi. Yəni Rusiya Dağlıq Qarabağa sülh üçün deyil, öz geopolitik məqsədləri üçün gəlib. Və tərəflərdən hansı biri Moskvaya daha isti münasibət göstərsə, o bir o qədər çox qazanacaq. Təbii ki, tulalıq etməkdə ermənilərin anoloqu yoxdur. Ona görə də dekabrın 11-də Hadrutda baş verənlər, daha sonra sülhməramlıların hərəkət trayektoriyasının yenidən cızılması Rusiyanın Azərbaycana, dolayısı ilə Türkiyəyə siyasi təzyiqlərinin ilk simptomlarıdır. Yaxın gələcəkdə biz Moskvanın daha böyük sürpirizləri ilə üzləşmək zorunda qalacağıq. Bu yerdə məşhur sual ortaya çıxır: NƏ ETMƏLİ? (konkret.az)