Gündəm, Ölkə
09 dekabr 2025
37

Səmra Quluzadə – Şəhid övladı, nümunəvi təhsil rəhbəri və Ulu Öndər Heydər Əliyev irsinə sadiq ziyalı

Səmra Quluzadə – Şəhid övladı, nümunəvi təhsil rəhbəri və Ulu Öndər Heydər Əliyev irsinə sadiq ziyalı
Sumqayıt şəhəri C. Səfərov adına 10 nömrəli tam orta məktəbin direktoru Səmra xanım Quluzadə Azərbaycan təhsil sistemində yüksək peşəkarlığı, rəhbərlik qabiliyyəti və nümunəvi davranışı ilə xüsusi yer tutan ziyalılardandır. Onun fəaliyyəti yalnız bir məktəbin idarə olunması ilə məhdudlaşmır, həm də gənc nəslin sağlam, savadlı, vətənpərvər yetişməsinə xidmət edən genişmiqyaslı maarifçilik missiyası ilə səciyyələnir. Səmra xanım həm pedaqoq, həm idarəçi, həm də şəhid övladı kimi üzərinə düşən məsuliyəti böyük fəxarət, əzm və ruh yüksəkliyi ilə daşıyır.
Səmra Quluzadənin xarakterindəki məğrurluq, Vətən sevgisi və dövlətçilik mövqeyi təsadüfi deyil. O, doğma Azərbaycanı öz canı bahasına müdafiə etmiş qəhrəman bir atanın – şəhidimizin övladıdır. Bu status onun həyatının ən böyük fəxri olmaqla yanaşı, həm də həyat amalı, fəaliyyət prinsipinin təməlidir.
Şəhid övladı olmaq ağır, amma şərəfli bir yükdür. Səmra xanım bu yükü mərdlik və ləyaqətlə daşıyan insanlardandır. O, atasının xatirəsinə olan ehtiramını yalnız sözlə deyil, gördüyü işlərlə yaşadır. Vətənə xidmət etməyin müxtəlif formaları var və o, bu xidməti təhsildə, gənclərin inkişafında, milli-mənəvi dəyərlərimizin qorunmasında görür.
Onun rəhbərliyi altında məktəbdə şəhid ailələrinə və qazilərə ehtiram ən yüksək səviyyədə təmin olunur. Şagirdlərə qəhrəmanlıq tariximizin öyrədilməsi, vətənpərvərlik dərslərinin təşkili, dövlətçilik ruhunun möhkəmləndirilməsi Səmra xanımın pedaqoji fəaliyyətinin ayrılmaz hissəsidir.
Səmra Quluzadə məktəbin idarə olunmasında yüksək peşəkarlıq nümayiş etdirən, yeniliklərə açıq olan və hər zaman təhsil keyfiyyətinin yüksəlməsini əsas məqsəd kimi götürən bir rəhbərdir. Onun direktor təyin olunduğu gündən etibarən məktəbdə intizam, nizam-intizam, müəllim-şagird münasibətlərində qarşılıqlı hörmət, tədris prosesində dinamizm və modern yanaşmalar müşahidə olunur.
Məktəbdə təhsil mühiti daim inkişaf etdirilir, sinif otaqları yenilənir, müəllimlərin peşəkarlığına xüsusi diqqət yetirilir, şagirdlərin müxtəlif sahələrə maraq və istedadlarının üzə çıxarılması üçün müxtəlif layihələr həyata keçirilir. Səmra xanım müəllimləri məktəbin təməli, təhsil prosesinin isə canlı orqanizmi kimi dəyərləndirir. Onlardan hər zaman yüksək məsuliyyət, peşəkarlıq və sevgi ilə çalışmağı tələb edir, özü də bu prinsiplərə ilk olaraq əməl edir.
Onun rəhbərliyi ilə məktəbdə keçirilən tədbirlər, fənn müsabiqələri, intellektual yarışlar, ədəbi-bədii gecələr, elmi layihələr, idman yarışları, vətənpərvərlik tədbirləri təhsil prosesinə rəng qatır, şagirdlərin həm bilik səviyyəsini, həm də dünyagörüşünü genişləndirir.
Səmra Quluzadə təkcə bir məktəbin direktoru deyil, həm də dövlətçilik dəyərlərini öz fəaliyyəti ilə təbliğ edən nümunəvi ziyalıdır. Onun məktəbdə yaratdığı təhsil fəlsəfəsinin mərkəzində Azərbaycançılıq ideologiyası, dövlətə sədaqət, milli irsə bağlılıq və Vətən sevgisi dayanır.
O, yaxşı bilir ki, müasir Azərbaycanın qüdrəti yalnız iqtisadiyyatla, hərbi güclə deyil, həm də təhsilin səviyyəsi ilə ölçülür. Buna görə də məktəbdə hər bir şagirdin savadlı, mədəni, vətənpərvər və yüksək mənəvi dəyərlərə malik bir şəxsiyyət kimi yetişməsi üçün böyük səylə çalışır.
Səmra Quluzadə üçün 12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü xüsusi mənəvi əhəmiyyət daşıyır. O, Heydər Əliyevi Azərbaycan dövlətçiliyinin yenidən qurucusu, milli kimliyimizi və dövlətimizi qoruyub inkişaf etdirən dahi lider kimi dəyərləndirir.
Səmra xanım bu böyük şəxsiyyətin təhsil siyasətinə verdiyi önəmi hər zaman xüsusi qeyd edir. Ulu Öndərin “Təhsil millətin gələcəyidir” kəlamı onun fəaliyyətində əsas istiqamətverici xəttdir.
O, bu münasibətlə bildirir: "12 dekabr bizim üçün sadəcə bir anım günü deyil, həm də Ulu Öndərin Azərbaycan üçün yaratdığı möhtəşəm irsi yenidən dərk etmək günüdür. Heydər Əliyev xalqımızı çətin günlərdən çıxaran, sabitlik və inkişaf yoluna aparan, müasir Azərbaycanın təməlini qoyan liderdir. Biz, müəllimlər və təhsil rəhbərləri onun ideyalarına sadiq qalaraq gəncliyi təhsilli, mərd, milli ruhlu və Vətənə sədaqətli yetişdirməyə borcluyuq. Bu, həm də mənim şəhid övladı olaraq borcum və vicdani məsuliyyətimdir."
Bu sözlər onun həm şəhid qızı olaraq xalqına olan sevgisini, həm də dövlətə sədaqətini aydın ifadə edir.
Səmra Quluzadənin fəaliyyəti müəllimlər, valideynlər və şagirdlər tərəfindən yüksək qiymətləndirilir. Onun sadəliyi, səmimiyyəti, işə məsuliyyəti, insanlara qayğı və diqqəti məktəbdə sağlam psixoloji mühit yaradır.
O, həm kollektivi birləşdirməyi, həm də onların potensialını üzə çıxarmağı bacaran rəhbərdir. Bu xüsusiyyətlər onu öz sahəsində seçilən və sevilən direktor kimi tanıdır.
Səmra Quluzadə həm şəhid qızı olaraq daşıdığı qüruru, həm elmə və təhsilə bağlılığını, həm də idarəçilikdəki peşəkarlığını böyük ləyaqətlə birləşdirən nadir ziyalılardandır. Onun fəaliyyəti Sumqayıt şəhəri C. Səfərov adına 10 nömrəli məktəbin inkişafında mühüm rol oynayır və təhsil sistemimiz üçün dəyərli nümunədir.
O, müəllimlik missiyasına, dövlətçilik dəyərlərinə və Ulu Öndər Heydər Əliyev irsinə sadiq bir ziyalı olaraq Azərbaycan təhsilinə böyük töhfələr verməkdə davam edir.

Dilşad Əhmədova
Baş redaktor