Gündəm, Ölkə
31 may 2024
196

Yaşıl dünya naminə xidmətləri ilə seçilən fədakar insan – Faiq Hüseyov

Yaşıl dünya naminə xidmətləri ilə seçilən fədakar insan – Faiq Hüseyov
Əziz oxucularımız bu dəfə ki, müsahibimiz Sabirabad rayonu Azərbaycan Avtomobil yollarının 5 saylı Yaşıllaşdırma idarəsinin rəisi Faiq Hüseynovdur. Faiq müəllimin fikirlərini sizinlə bölüşmək istəyirik: “Milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfə verilməsi məqsədilə ölkəmizdə Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub.
Bu məqsədlə, “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş aksiyalar həyata keçirilir.
Yaşadığımız dünya, bizi əhatə edən maddi aləm son dərəcə gözəl, zəngin və rəngarəngdir. Bu ətraf aləm təbiət adlanır. Əslində biz özümüz də bu təbiətin bir zərrəsiyik, onun tərkib hissəsiyik. Təbiət bizim hamımızın anasıdır.
Bizim yaşadığımız dünya çox gözəldir. O həm də əsrarəngız və maraqlıdır. Biz zəngin və füsunkar bitkilər aləminin, vəhşı heyvanlardan tutmuş ən xırda həşəratlara qədər saysız-hesabsız canlıların əhatəsindəyik. Əslində Yer kürəsi adlandırdığımız planetin məzmunu da elə ən şüurlu və ən ali varlıqlar olan biz insanlarla bizi əhatə edən təbiətin harmoniyasındadır. Dünyamızın sabahı, gələcəyi bu vəhdətdən və bu vəhdətin əzəli və əbədi tarazlığından asılıdır. Bu harmoniyanın, bu tarazlığın pozulması dünyanı fəlakətə sürükləyə bilər, bütün bəşəriyyəti, dünyanı məhv edə bilər. Ona görə də bu insanlar təbiətə qayğı və məhəbbətlə yanaşmalı, planetimizin bitki örtüyünü - onun florasını və canlılar aləmini - onun faunasını qorumalıyıq.
Biz təbiətin kiçik bir parçasıyıq. Bizim yaşayışımız da, sağlamlığımız da onunla bağlıdır.
Təbiətin ayrılmaz hissələrindən biri ağaclardır. Almanlar ağaclara çox mənalı və müasir səslənən bir ad veriblər: «Yaşıl ciyər». Yaşıllıq insana çörək qədər lazımdır. Həm də çörəksiz yalnız insan məhv olduğu halda, yaşıllıqsız, meşələrsiz təkcə insanlar deyil, başqa canlılar da yaşaya bilməz. Yaşıllıqlar bizim sərvətimiz, var-dövlətimizdir. Yaşıllıqlar bizim məişətimizin bir hissəsidir. Yaşıllıq əhatəsində insanı işıqlı fikirlər öz ağuşuna alır, xoş əhvali-ruhiyyə, qurub-yaratmaq eşqi güclənir. Məlum həqiqətdir ki, meşələri - Yer kürəsinin bu yaşıl kəmərini bircə an təsəvvür etməsək demək, bəşər də yoxdur.
Son illərdə respublikamızda təbiətin qorunması və mühafizəsi məsələsinə çox böyük diqqət yetirilir. Cənab Prezident məhz 2024-cü ili “Yaşıl dünya naminə” ili elan etdi. Xüsusi qeyd etmək istəyirəm ki, yollarımızın daha gözəl və rəngarəng olması üçün yol qırağında ağacların salınması və yaşıllırlarla örtülməsi insan zövqünü oxşayır. Bəzən də uzun yolların qırağında bir ağacın gölgəsində dincəlmək insan ruhunu dincəldir. Biz həmişə çalışırıq ki, təbiəti qoruyaq yollarımızı yaşıllaşdıraq. Azərbaycanımız yaşıllıqlarla əhatə olunsun.
Zəruri giriş: Faiq müəllim 1958-ci ildə Sabirabad rayonunda anadan olub. Ali təhsilli mütəxəssis olan Faiq müəllim uzun illər ərzində müxtəlif idarə və müəssisələrdə müxtəlif vəzifələrdə işləyib. 2016-cı ildən 5 saylı Yaşıllaşdırma idərəsinə rəis təyin olunub.
İdarə Sabirabad və Saatlı rayonlarının yol kənarlarına ağaclar əkir, yaşıllıqlar salır. İdarənin əsas iş prinsipi yolların kənarında yeni yaşıllıqlar salmaq, yaşıllıqların becərilməsi, suvarılması, aqrotexniki qulluq və s. işlər görür.
Sabirabad rayonu Azərbaycan Avtomobil yollarının 5 saylı Yaşıllaşdırma idarəsinin rəisi Faiq Hüseynovun şərəfli ömür yolu, dövlətə-dövlətçiliyə bağlılığı, vətənpərvər ictimai-siyasi və hüquqi fəaliyyəti ilə rəhbərliyin, müasirlərinin və kollektivinin dərin rəğbətini qazanmış belə dəyərli insanlardan biridir. Hər bir insanın təkcə gələcək həyat yolunun deyil, həm də peşə seçiminin düzgün müəyyənləşməsində havasını udduğu, suyunu-çörəyini daddığı torpağın, doğulub boya-başa çatdığı ailənin, əhatə olunduğu cəmiyyətin rolu birmənalıdır. Bu amillər istənilən fərdin istedadının parlamasında, üzə çıxmasında və püxtələşməsində mühüm rol oynayır.
Biz də redaksiyamız adından Faiq müəllimə işlərində uğurlar, uzun və sağlam ömür arzulayırıq.
Əzizimiz Faiq müəllim yolunuz həmişə yaşıl olsun.

Dilşad Əhmədova
Baş redaktor